Məhkəmə qərarları › İş №3(005)-5496/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5496/2025

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5496/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin nümayəndəsi X4, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 18:30-da X2 məxsus və onun tərəfindən idarə edilən HAVAL H2 markalı, ** MY *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Xətai prospekti 172 A ünvanında yerləşən “Günaydın” restoranının qarşısındakı yol sahəsində svetoforun hərəkət üçün icazə verilən yaşıl siqnalında keçərək hərəkəti davam etdirdiyi zaman həmin ərazidə xidmət aparan patrul avtomobili tərəfindən saxlanılmış, polis əməkdaşı saxlanılma səbəbi kimi svetoforun qadağanedici qırmızı siqnalında hərəkət edildiyini bildirmişdir, X6 bu iddia ilə razılaşmayaraq yol hərəkəti qaydalarını pozmadığını, svetoforun yaşıl siqnalında keçdiyini YPX inspektoruna bildirmiş, polis əməkdaşı tərəfindən patrul avtomobilində quraşdırılmış videokameranın görüntüsü təqdim edilmiş, lakin həmin görüntüdə svetoforun qırmızı siqnalında keçməni təsdiq edən hal əks olunmamış, yalnız avtomobilin arxa hissəsi görünmüşdür, buna baxmayaraq polis əməkdaşı tərəfindən AR İXM-nin 327.2-ci maddəsi ilə barəsində protokol tərtib edilərək təqdim edilmiş, X6 inzibati xəta faktı ilə razılaşmadığından protokolu imzalamaqdan imtina etmişdir, həmin gün onun mobil telefonuna xx.xx.2025-ci il tarixli İXP7620681 nömrəli protokol barədə, daha sonra isə həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə 3 balla qiymətləndirilməklə 100 manat məbləğində inzibati cərimə tətbiq olunması barədə qərar çıxarılması ilə bağlı SMS bildirişləri göndərilmişdir, halbuki X6 yol hərəkəti qaydalarını pozmamış, inzibati xəta törətməmişdir, barəsində protokolun tərtib edilməsi və qərarın qəbul olunması əsassız olmuşdur, belə ki, o, gündəlik olaraq həmin yol sahəsindən istifadə edir və svetoforun siqnallarına daim riayət edir, indiyədək analoji qayda pozuntusuna yol verməmişdir, eyni zamanda fərz edilsə belə ki, svetoforun qırmızı siqnalında hərəkət etmiş olsaydı, “Şərq bazarı” istiqamətindən svetoforun yaşıl siqnalında hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmalı idi ki, bu da faktiki olaraq mümkün deyildir. Məhkəmə iclasında İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin nümayəndəsi X7 qərarın qanuna uyğun olduğunu bildirərək, qayda pozuntusunun əks olunduğu görüntünü məhkəməyə təqdim etmişdir. Göstərilənlərin nəzərə alınmasını müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X5 şikayət ərizəsini müdafiə edərək, qeyd olunanların nəzərə alınmasını və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Hadisənin görüntüsünü əks etdirən DVD disk görüntüsündən aydın olur ki, HAVAL H2 markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən avtomobil hərəkətini davam etdirməsi müşahidə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə görə, Bu Məcəllənin 327.1-1, 327.1-2,327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1,333-1.1,342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq belə qənaətə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi qaydasına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir və sübutların məcmusu inzibati xətaya hüquqi qiymət verilməsi baxımından kifayət edir, o cümlədən iş üzrə öz əksini tapmış video görüntü də inzibati xətanın törədilməsini təsdiq edən sübut kimi qiymətləndirilir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birBakı şəhəra Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar