Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-5507/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X4 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa olunmasına” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09 may 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi və həmin şikayətə baxılması üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 çıxış edərək “buraxılmış müddətin bərpa olunmasına” dair ərizəsinin təmin olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə çıxış edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 09 may 2024cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın rəsmi qaydada X3 09 may 2024-cü il tarixdə çatdırıldığını bildirərək buraxılmış müddətin üzrsüz səbəbdən buraxılmasını əsas gətirmiş və ərizənin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09 may 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İXM-nin 346-1.4-cü maddəsi ilə 10 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpa olunması qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İXM-in 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göründüyü kimi şikayətçi X1 orqan tərəfindən çıxarılmış qərarı prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəmədə mübahisələndirmiş, şikayət verilməsi üçün müddəti heç bir üzrlü səbəb olmadan ötürmüş, bununla bağlı tutarlı və əsaslı dəlil göstərə bilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09 may 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X4 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-5507/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-5507/2025
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver