Məhkəmə qərarları › İş №3(005)-553/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-553/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-553/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə tərtib edilmiş 10 fevral 2023-cü il tarixli, 00100- 00392/23 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 505-ci maddəsi üzrə tərtib olunmuş 10 fevral 2023-cü il tarixli, 00100-00392/23 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs (VÖEN **********) **********7426 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə yaranmış 2184.11 AZN idxal gömrük rüsumu, 3035.67 AZN əlavə dəyər vergisi, 120 AZN gömrük yığımı olmaqla ümumilikdə 5339.78 AZN gömrük borcu ödənməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsindən daxil olmuş 10 fevral 2023-cü il tarixli, 00100-00392/23 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs (VÖEN **********) **********7426 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə yaranmış 2184.11 AZN idxal gömrük rüsumu, 3035.67 AZN əlavə dəyər vergisi, 120 AZN gömrük yığımı olmaqla ümumilikdə 5339.78 AZN gömrük ödənişi və 1565.93 AZN dəbbə pulu gömrük borcu ödənməmişdir. M/012/002988 saylı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında yerləşən “Casamia" \/İMC-nin adına İtaliya Respublikasından 33ADE531/33AJN704 nömrəli avtomaşınla daxil olmuş 18 yerdən ibarət, brutto çəkisi 537 kq olan "ağc mebellər" yükü **********7426 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli, 33BKL45/33AEG926 nömrəli avtomaşınla daxil olmuş 9 yerdən ibarət, brutto çəkisi 333,80 kq olan yük **********4961 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, 33BKL45/33CYC12 nömrəli avtomaşınla daxil olmuş 11 yerdən ibarət, brutto çəkisi 328 kq olan yük) **********534 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, 33BKL29/33AGR323 nömrəli avtomaşınla daxil olmuş 18 yerdən ibarət, brutto çəkisi 601 kq olan “ağacdan mebel” yükü **********7840 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Gömrük rəsmiləsdirilməsi üçün təqdim edilən 300 saylı xx.xx.2022-ci il tarixli, 201 nömrəli 21,07.2021-ci il tarixli, 239 nömrəli xx.xx.2021-ci il tarixli, 282 nömrəli xx.xx.2021-ci il tarixli invovslarda qeyd edilən dəyərin araşdırılması üçün DGK-nin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəsilə İtaliya Respublikasının Gömrük orqanına 1400-011/0xx-xx/002439 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciət etmişdir. Həmin müraciətə cavab olaraq DGK tərəfindən 3-33/2-001340/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla BBGİ-və göndərilən İtaliya Respublikasının Aksiz, Gömrük və İnhisarçılıq Agentliyindən alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləsdirilməsi zamanı təqdim edilən 54 (**********7426 GB-də invoys nömrəsi yanlış - 300 nömrəli qeyd edilib) saylı xx.xx.2022-ci il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 2660.00 avro deyil, 12313.20 avro və çatdırılma şərtinin EXW FİRENZE olduğu təqdirdə 2184.11 AZN idxal gömrük rüsumu, 3035.67 AZN əlavə dəyər vergisi, 1565.93 AZN dəbbə pulu, 120 AZN gömrük rüsumları, 201 nömrəli 21,07.2021-ci il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 1160,00 avro deyil, 12181.50 avro və çatdırılma şərtinin EXW FİRENZE olduğu təqdirdə 3251.33 AZN idxal gömrük rüsumu, 4508.45 əlavə dəyər vergisi, 2832,32 AZN dəbbə pulu, 120 AZN gömrük yığımları, 239 saylı 06 09.2021-ci il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 3010,00 avro deyil, 7045 avro və çatdırılma şərtinin EXW FİRENZE olduğu təqdirdə 4148.18 AZN idxal gömrük rüsumu, 5744.29 AZN əlavə dəyər vergisi, 3610.75 AZN dəbbə pulu, 120 AZN gömrük yığımları, 282 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 5581 avro deyil, 30807 avro və çatdırılma şərtinin EXW FİRENZE olduğu təqdirdə 7297.45 AZN idxal gömrük rüsumu, 10099.27 AZN əlavə dəyər vergisi, 6349.80 AZN dəbbə pulu, 160 AZN gömrük yığımları əlavə ödəniləcək gömrük ödənişləri təşkil edir. Şəxs MMC tərəfindən **********7426 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə yaranmış 2184.11 AZN idxal gömrük rüsumu, 3035.67 AZN əlavə dəyər vergisi, 120 AZN gömrük yığımı olmaqla ümumilikdə 5339.78 AZN gömrük ödənişi və 1565.93 AZN dəbbə pulu gömrük borcu ödənməmişdir. Şəxs MMC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 5339.78 (beş min üç yüz otuz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində yayınmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 70 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin, yəni 5339.78 manat məbləğinin 70 faizi miqdarında, yəni – 3737.85 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar