Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-554/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nin və ya Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin YPŞ-nin) İXP ******* saylı xx.xx.2021-ci il tarixli qərarlı-protokol SmsRadar.az xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə saat 09:47 radələrində onun istifadəsində olan mobil telefonuna sms vasitəsi ilə daxil olan məlumata əsasən onun idarə etdiyi Chevrolet Cruze markalı, **- VY-*** qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə saat 09:32:34 radələrində Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin tələblərinin pozulmasına görə inzibati xəta törətdiyi və buna görə 327.2-ci maddəsinə əsasən 60 manat məbləğdə və 3 bal cərimə olunmağı qeyd olunur. Belə ki, Bakı şəhəri Nərimanov rayonunda **-YP-*** dövlət nömrə nişanlı avtomobildə xidmət aparan və özünü Təbriz Ağayev adlı şəxs kimi təqdim edən YPX-nin əməkdaşı hərəkətdə olduğu zamanı onun idarə etdiyi avtomobilinə saxlama əmri vermişdir. Aparılan danışıqlar zamanı o, həmin əməkdaşa heç bir yol hərəkəti qaydasını pozmadığını bildirsə də, o buna əhəmiyyət verməyərək, qərəzli olaraq qayda pozulması ilə bağlı ona hər hansı bir foto və ya video görüntü kimi heç bir sübut və ya rəsmi sənəd təqdim etməmişdir. Sonradan isə özü onun iştirakı olmadan müvafiq qərarlı-protokol tərtib etmişdir. Bunu müəyyən etmək üçün həmin ərazidə olan müşahidə kameraları və ya həmin əməkdaşın üzərində xidməti zamanı təhciz olan səs yazısını qeydə alan mikrofon vasitəsi ilə araşdırma aparmaq mümkündür. Hesab edir ki, həmin qərarlı-protokol qanunsuz tərtib olunmuşdur və “inzibati xəta törətməyə görə” necə deyərlər, həmin (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nin və ya Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin YPŞ-nin) əməkdaşın “plan” yerinə yetirmək cəhdidir. Qeyd edək ki, Yol Patrul Xidməti avtomobili perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin nömrə nişanları oxumaq imkanına malikdir. Həmin sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Yol Patrul Xidmətinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi sürət həddini aşmış və ya qayda pozuntusu edən nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür. Lakin bu məsələnin obyektiv araşdırılması aparılmadan (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-si və ya Nərimanov Rayon Polis idarəsinin YPŞ-si) vəzifəli şəxs tərəfindən İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokolu üzrə qayda pozulması ilə bağlı hər hansı sübut olmadan, vizual olaraq TP ******* saylı xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, qeyd olunan qayda pozulması ilə bağlı inzibati xətanı aşkar edən YPX avtomobili və ya əməkdaşın haqqında, müvafiq inzibati protokol və eyni zamanda foto və ya video görüntüsü (cari tarix, saat) kimi təqdim edilən sübutlarda foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin köməyi ilə aşkar edilmiş avadanlıq və ya cihazı barədə hər hansı bir məlumatlar İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokolunda və eyni zamanda TP ******* saylı xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmayıb. Əlavə olaraq bildirmək istəyir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin və ya Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin YPŞ-nin İXP ******* saylı xx.xx.2021-ci il tarixli qərarlı-protokolu barədə məlumatı SmsRadar.az xidməti tərəfindən göndərilən sms əsasında bilmişdir. Qeyd olunan İXP ******* saylı xx.xx.2021-ci il protokolunu və həmin protokol üzrə olan TP ******* saylı xx.xx.2021-ci il qərarının surətini özü xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin YPŞ-dən almışdır. Qeyd etdiklərini nəzərə alaraq Daxili İşlər Nazirliyi BDYPİ-nin və ya Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin YPŞnin haqqında şikayət verdiyi İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokolu və TP ******* saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə saat 09:32 radələrində “CHEVROLET CRUZE” minik markalı **-VY- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməli və Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-554/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-554/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver