Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5554/2025 02.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 16:04-də Azərbaycan Respublikası İXM-in 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməklə Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxarkən müəyyən edilmişdir ki, işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli EQ/29387197 nömrəli inzibati tənbeh vermə haqqında qərardan (DİN BDYPİ X1) görünür ki, xx.xx.2025-ci il saat 16:04-də “Lexus ES300 H Hibrid” minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli EQ/29387197 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməklə törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Asan Pay” ödəniş sistemindən əldə olunan xx.xx.2026-cı il tarixli çıxarışdan görünür ki, Şəxs EQ/29387197 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 400 (dörd yüz) manat cərimə edilmiş, hazırda 40 (qırx) manat endirim məbləği nəzərə alınır. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106.0.4-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən hallar mövcudluğu məsələsini həll edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 150.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edilir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında iş üzrə icraatı tədqiq edərək hesab edirəm ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində həmin Məcəllənin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/29387197 nömrəli inzibati tənbeh vermə haqqında qərarı 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi əsası ilə barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, “Asan Pay” ödəniş sistemindən əldə olunan xx.xx.2026-cı il tarixli çıxarışla müəyyən edilir ki, Şəxs qeyd olunan inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə məbləğinin 10 faiz hissəsindən azad olunması nəzərdə tutulmuşdur. Bununla nəticəyə gəlmək olar ki, hazırda xx.xx.2025-ci il tarixli EQ/29387197 nömrəli inzibati tənbeh vermə haqqında qərar ya qüvvəyə minməmiş, ya da onun qüvvəyə minməsindən 10 gün müddət ötməmişdir. Çünki, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma Azərbaycan Respublikası İXM-in 150.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edildikdə tətbiq edilir. Eyni zamanda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraat materialına inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ/29387197 nömrəli qərarın məhz qüvvəyə minib-minməməsini, müsbət halda hansı vaxtdan qüvvəyə minməsini müəyyən edən heç bir təsdiqedici sübut əlavə edilməmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, müvafiq inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə minməsindən 3 ay müddətin keçməməsi “Asan Pay” ödəniş sistemindən əldə olunan xx.xx.2026-cı il tarixli çıxarışla və işin faktiki halları ilə təsdiq edildiyinə görə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsində həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli olmasına dair imperativ norma müəyyən olunmuşdur. Qeyd olunan hallar və Azərbaycan Respublikası İXM-in normalarının qanuni tətbiqinin təmin edilməli olması nəzərə alınaraq nəticəyə gəlinir ki, bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 48-51, 105-109-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-5554/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5554/2025
02.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver