Məhkəmə qərarları › İş №3(005)-558/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-558/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-558/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Şikayət vermiş şəxs «Bərpaçı-N MMC-nin direktoru Yaşar Şiriyevin vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan "xxxx" MMC-nin direktoru Yaşar Şiriyev tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi "xxxx" MMC-nin direktoru Yaşar Şiriyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bərpaçı-N MMC adlı şirkətin direktorudur. Rəhbərlik etdiyi şirkət hazırda Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində dövlət sifarişi əsasında “Ağıllı kənd” layihəsini icra edən "xxxx" MMC-nin subpotratçısı olaraq çıxış edir və həmin ərazidə layihə icra edir. Dövlət Xidməti guya vətəndaş X1 Novruz Söhbət oğlunun əmək müqaviləsi qüvvəyə minmədən işlərə cəlb edilməsi əsası ilə İXM-nin 192.1-ci maddəsinə vəzifəli şəxs olaraq onun 3000 (üç min) manat cərimə edilməyi barədə xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərar vermişdir. Paralel olaraq X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı, 31 01.2025-ci il tarixli, №3-17-5/2- 8907-2025 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Hazırki şikayət verilən tarixdə protokola baxılması hakim Gültəkin Əsədovanın icraatında olmuşdur. Barəsində tərtib edilmiş cərimə xarakterli tənbeh qərarı qanunsuz və əsassız olduğu üçün aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir. Protokolun tərtib edilməsi əsası kimi guya vətəndaşların onlarla bağlanmış əmək müqavilələrinə qanunvericiliyinə tələblərinə uyğun xitam verildikdən sonra "xxxx" MMC tərəfindən Qarabağ və X11 zonasının Zəngilan Rayonunun Ağalı kəndində yenidən əmək müqavilələri qanuni qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsi üçün cəlb edilmələri ehtimalı və ya sözügedən maddənin tövsifi olmuşdur. Bununla bağlı Qərar isə DƏMX - nin münayəndəsi tərəfindən sübut qismində qurumun bank rekvizitlərindən savayı heç bir məlumat əlavə edilməmişdir. İşin faktiki halı ondan ibarətdir ki, yuxarıda adı çəkilən vətəndaşlar ilə ərazi və əmək şəraiti ilə tanışlıqdan sonra onlarla Əmək Müqaviləsi bağlanmış və eyni tarixdə Zəngilan rayonu Ağalı kəndində əmək müqaviləsi əsasında işçi qismində işlərə cəlb edilmiş və əmək müqavilələrinə öz təşəbbüsləri əsasında xitam verilmişdir, həmin tarixdən sonra hər ikisi Qarabağ və X11 zonasını tərk etmiş və bir daha əmək fəaliyyətinə şirkətimiz tərəfində cəlb edilməmişlər. Onu da xüsusi olaraq vurğulayıram ki, "xxxx" MMC-nin Qarabağ və Şərqi Zəngəzura göndərilməsi nəzərdə tutulan işçiləri üçün Zəngilan rayonuna buraxılması məqsədilə müvafiq icazələr SubPodratçısı olduğu Sifariçi şirkət "xxxx" MMC vasitəsilə bu tip icazələrin alınması üzrə məsul əməkdaşına işçilərin şəxsi məlumatları və əmək müqavilələri göndərilməklə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Xüsusi Nümayəndəliyinə müraciət edilərək alınmışdır. Çünki sözügedən icazə sistemi DİN-nin nəzarətində və birbaşa idarəetməsində olmaqla işğaldan azad edilmiş ərazilərə buraxılış və informasiya sistemi adlı ictimaiyyətə açıq olmayan elektron sistem üzərindən tənzimlənir. Bu bardə adi vətəndaşların və ya sahibkarlıq subyektlərinin sərbəst girib icazə ala biləcəyi heç bir publik sayt və mobil tətbiq yoxdur. Yəni "xxxx" MMC istəsə belə heç vaxt adıçəkilən şəxslərə icazə ala bilməz, icazə sisteminə giriş edə bilməzdi. Bununla yanaşı ortada olan ciddi hüquq pozuntularından ən əsası DƏMX faktı aşkar etdikdən sonra araşdırma məqsədilə adıçəkilən vətəndaşların izahatları alınmamış, Xidmətə dəvət edilməmişlər. Belə ki, əgər araşdırma aparılsaydı hər iki vətəndaşın şəxsiyyətləri müəyyən edildikdən sonra qeydiyyatda olduqları ərazi üzrə yazılı bildiriş ünvanlanaraq və ya adlarına rəsmiləşdirilmiş mobil nömrə vasitəsilə əlaqə saxlanılaraq izahatlarının alınması üçün Xidmətə dəvət edilə bilərlərdilər. Göründüyü kimi, protokolda sözü gedən, “Bərpaçı - N” tərəfindən həmin işçilərin hər hansı işlərə qeyri-rəsmi cəlb edilməsi faktı mövcud deyil və bundan irəli gələrək əmək müqavilələrinin qanuni qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsi üçün vətəndaşları cəlb etmə kimi qeyri-qanuni hərəkətlərin edilməsindən də söhbət gedə bilməz. Nəticə olaraq, DƏMX öncə "xxxx" MMC-nin onların həqiqətən də əmək münasibətlərini rəsmiləşdirmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etməsi faktının həqiqətə uyğunluğunu müəyyən edilməsi üçün Xidmətə dəvət edilməli və bundan sonra onların izahatlarının nəticəsinə və digər sənədlər birgə araşdırmanın nəticəsinə uyğun olaraq inzibati iş üzrə icraata davam edilməsinin zərurət təşkil edib-etməməsinə dair məsələ öz həllini tapmış olacaqdı. DƏMX-in sözü gedən protokolu tərtib etmiş səlahiyyətli şəxsi heç bir araşdırma aparmadan sadəcə inzibati tənbeh tətbiq etmə məqsədi ilə, formallıq üzərində inzibati icraata başlamış və protokol tərtib edərək iş materiallarını məhkəməyə göndərmişdir. Göründüyü kimi, sözügedən Qərar qanunsuz və əsassızdır buna görə də yuxarıda sadalanan səbəblərdən rədd edilməli, "xxxx" MMC barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs Bərpaçı-N MMC-nin vəkili Nümayəndə şikayətə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, hüquqi şəxs barəsində də eyni məsələ ilə bağlı tərtib edilmiş protokol üzrə icraata xitam verildiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X12 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, «Bərpaçı-N MMC-nin direktoru Yaşar Şiriyev tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 3(005)-366/2025-ci il tarixli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” 18 saylı Əmrə əsasən “Tikinti quraşdırma sahəsi” bölməsində “Çilingər santexnik” işləmiş X2 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Məhkəmədə tədqiq edilmiş 20.12.202-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” 196 saylı Əmrə əsasən “Tikinti quraşdırma sahəsi” bölməsində “Hörgüçü” işləmiş X5 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru Yaşar Şiriyev tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9 xx.xx.2024-cü il, X4 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X10 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən icazəsi istənilər məlumatda adları qeyd edinən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlar gedibgetməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, "xxxx" MMC-nin direktoru Yaşar Şiriyev barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru Yaşar Şiriyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar