Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-561/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İş № 3(005)-561/2021 surət Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 15 iyul 2021-ci il Bakı şəhəri Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 22 yanvar 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X8 Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X9 izahatında göstərdi ki, yoxlama zamanı Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu, X5 Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin müəyyən işlərin yerinə yetirilməsinə cəlb edildiyi, nəticədə Şəxs MMC tərəfindən İnzibari Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, X5 Şəxs MMC-nin işçisi olmadığı, onunla hər hansı əmək münasibətləri yaranmadığı məhkəməyə təqdim edilən sənədlərlə və məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Belə ki, X8 ilə Şəxs MMC arasında 12.11.2020-ci il tarixdə təlim-treninq keçirilməsinə dair xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləni 1-ci bəndinə əsasən X8 "xxxx" MMC-də vakant yerlər üzrə işə qəbulu və müəyyən vəzifədə işləməsi imkanını əldə etmək, həmin sahədə bilik və bacarıqlara yiyələnməsi üçün "xxxx" MMC ilə təlim-treninqin keçirilməsinə dair xidmət müqaviləsi imzalamışdır. Sözügedən müqaviləni də Vüsalə Əliyeva öz xətti ilə yazıb tərtib etmişdir. Yəni vətəndaş X8 Şəxs MMC ilə əmək hüquqi münasibətlərinə daxil olmadığını bilmiş, müqavilənin əmək münasibətləri deyil, şirkətdə təlim-treninq keçirilməsini təsdiq edən müqavilə olduğunu bilmişdir. Belə olan halda X5 Şəxs MMC ilə əmək münasibətlərinə daxil olmsı barədə X7 Xidmətinin gəldiyi nəticə ehtimaldan başqa bir şey deyildir. Sözügedən ehtimala görə Şəxs MMC inzibati məsuliyyətə cəlb olunması da qanun pozuntusudur. Həmçinin, Vüsalə Əliyevanın öz xətti ilə yazdığı təlim-treninq keçirilməsi barədə treninq müqaviləsinin şərtlərinə görə təlim-treninqin müddəti 15 gün müddətində olmuş, təlimi müvəffəqiyyətlə keçdikdən sonra "xxxx" MMC-yə məxsus özəl tibbi klinikada müvafiq işlə düzəlmə imkanı əldə edəcəkdir. Lakin təlim müddəti başa çatdıqdan sonra X8 "xxxx" MMC-də işləməkdən imtina etmişdir. Hətta buna görə o, imzaladığı xidmət müqaviləsinin 3.9-cu maddəsinin tələblərinə əsasən şirkətə 1500 manat ödəməli olduğu halda bundan yayınmışdır. Bu səbəbdən X1 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək, guya "xxxx" MMC tərəfindən onun əmək hüquqlarının pozulmasını iddia etmişdir, şikayətə baxan orqan isə hər hansı dəlil və sübutlar olmadan Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edərək materialı baxılması üçün məhkəməyə göndərmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində tərtib edilmiş protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 22.01.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X8 Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. 12.11.2020-ci tarixli xidmət müqaviləsindən görünür ki, uğurlu kadr seçimi ilə əlaqədar olaraq “Xidmət göstərən” tərəfindən yəni, "xxxx" MMC ilə “Təlim iştirakçısı və ya İştirakçı” X8 arasında “Təlim-Treninqin keçirilməsi dair müqavilə bağlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-561/2021 saylı, 02.04.2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsindən 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-923/2021 saylı 20.04.2021-ci il tarixli qərarında görünür ki, şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 3(005)-561/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yernidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Şəxs MMC-ni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməklə düzgün nəticəyə gəlmiş, lakin onun barəsində inzibati tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarından göründüyü kimi, işəgötürən "xxxx" MMC-nin vəzifəli şəxsi X8 ilə əmək müqaviləsi bağlandığı halda iki nüsxədən az olmayaraq yazılı formada əmək müqaviləsi tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilməli və onun bir nüsxəsi işçi X6, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalı idi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında əmək müqaviləsi bağlanmamış, qeyd edildiyi kimi “təlim-treninq” keçməsi üçün xidmət müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapsa da, Şəxs MMC-nin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmə müddəti ötürülmüşdür. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC ilə X8 arasındakı xidmət müqaviləsinə 12.12.2020-ci il tarixdə xitam verilmiş və həmin tarixdən sonra heç bir münasibətləri davam etməmişdir. Yəni ki, inzibati xəta 12.12.2020-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı madəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə baxışı zamanı Şəxs MMC tərəfindən X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməklə pozuntuya yol verilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən (imza var) Vüsal Qurbanov “Əsli ilə düzdür” Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-561/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-561/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver