Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-562/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X8 oğlunun katibliyi, “xxxx”xxxx” MMC-nin vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi - X5 iştirakı ilə, Şikayətçi “xxxx”xxxx MMC-nin direktoru (vəzifəli şəxs) Timothy Tarrantın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətçi “xxxx”xxxx MMC-nin direktoru (vəzifəli şəxs) Timothy Tarrant Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarın ləğv edilməsinə dair qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, “xxxx” QBKT MMM-nin (Təşkilat) əməkdaşı X9 (İşçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 ərizə ilə müraciət edərək, ona 21-28 aprel tarixləri üçün öz hesabına əmək məzuniyyəti yazıldığını və buna görə həmin ay üzrə əmək haqqının az olduğunu bildirmişdir. İşçinin yuxarıda qeyd olunan ərizəsi əsasında X13 Xidməti AR İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.4-cü maddəsinin tələblərinin pozulması, yəni işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında qanun pozuntularına yol verilməsinə görə X2 Tarrantın (İşəgötürən) 1000 (bir min) manat məbləğində cərimə edilməsi haqqında xx xxxx 2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul etmişdir. Qeyd edilən Qərardan onun hansı əsasla verilməsi görünməsə də, istinad edilən maddədən və işçinin şikayətindən belə qərara gəlirik ki, X13 Xidməti işçiyə ödənişsiz məzuniyyətin işçinin öz ərizəsi əsasında verildiyini və bunun Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olduğunu nəzərə almamış və buna görə belə qərara gəlmişdir ki, onun əmək məzuniyyət haqqının hesablanmasında səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Eyni zamanda Qoşmaya əlavə edilmiş ərizədən göründüyü kimi, X1 xx xxxxx 2020-ci il tarixdə ərizə ilə müraciət edərək ona 21-28 aprel tarixləri üçün öz hesabına məzuniyyət verilməsini xahiş etmiş, həmin ərizəsi əsasında ona həmin tarixlərdə ödənişsiz məzuniyyət verilmişdir. Beləliklə, işçiyə qeyd edilən məzuniyyətin verilməsi tərəflərin qarşılıqlı razılığı və qanunvericiliyin tələblərinə uyğun olmuş, lakin X13 Xidməti bu halı nəzərə almadan qanunsuz və əsassız olaraq vəzifəli şəxs kimi mənim cərimə edilməyim barədə qərar qəbul etmişdir. Qeyd edilən maddi hüquq pozuntularından başqa X13 Xidməti inzibati prosessual tələbləri də ciddi şəkildə pozmuşdur, belə ki, o yalnız şikayətlə bağlı sorğu ilə müraciət edib bəzi sənədləri tələb etmiş və daha sonra cərimə barədə qərarı onlara göndərmiş və bununla AR İXM-nin tələblərini pozaraq, iclaslar keçirməmiş, iclaslar barədə onlara rəsmi məlumat verməmiş, məni dəvət edib şikayəti araşdırmamış, iş üzrə protokol tərtib etməmiş və ya tərtib etdiyi protokolu ona təqdim etməmiş, birbaşa qərar qəbul edərək bizə göndərmiş, həmçinin mənim xarici vətəndaş olduğumu və Azərbyacan dilini bilmədiyimi nəzərə almayaraq heç bir sənəd mənə bildiyim dildə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Eyni zamanda İXM-nin 100.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilir. Odur ki, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx xxxx 2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarının ləğv olunaraq, İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə şikayətçi X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin MN seriyalı ******* nömrəli xx xxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin olunmuş, həmin qərar ləğv edilmiş və Timothy Tarrantın Azərbaycan Respublikası İXM-in 192.4-cümaddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə qaytarılmışdır. Həmin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və X10 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(103)-39/2021 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən “xxxx”xxxx” MMC-nin vəkili Vəkil iştirak edərək verilmiş şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişlər ki, AR NK-nin xx.xx.2020-ci il tarixli qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilmiş, xüsusi karantin rejimi dövründə xüsusi iş rejimi olaraq 2020-ci ilin 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilmişdir. Bu səbəblə də şirkətin əməkdaşı olmuş X.Orucova son haqq-hesab ödənilməsi xx.xx.2020-ci il tarixə təsadüf edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X11 çıxış edərək bildirmişdir ki, vətəndaş X12 “xxxx" QBKT MMC-də əmək hüquqlarının pozulması ilə bağlı xx.xx.2320-ci il tarixdə DƏMX-yə müraciət etmiş və müraciətində razılığı olmadan 2020ci ilin aprel ayında məzuniyyətə çıxarıldığını və bu zaman məzuniyyət haqqının hesablanmasında yanlışlığa yol verildiyini bildirmişdir. Daxil olmuş müraciət əsasında DƏMXin Bakı şəhər İdarəsi tərəfindən müvafiq araşdırma başlanılmış və araşdırma zamanı artıq X.Orucovla “xxxx” QBKT MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verildiyi məlum olmuşdur. Vətəndaş X.Orucovun müraciəti üzrə aparılmış araşdırma zamanı onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən ödənilməli olan son haqq-hesabın sonuncu iş günü ona ödənilməməsinin müəyyən edilməsi İXM-nin 192.4-cü maddəsinin tərkibini yaratdığından işəgötürən T.Tarrant barəsində xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbil edilmişdir. Şikayət tam əsassızdır. Odur ki, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, “xxxx”xxxx” MMC-nin direktoru (vəzifəli şəxs) Timothy Tarrant tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «xxxx”xxxxnın Mərkəzləşdirilmiş Kredit satışı meneceri Zərinə Rəsulovaya həmin satışın işçisi Xaqani Fizuli oğlu tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, 21-xx.xx.2020-ci il tarixlərinə öz hesabına məzuniyyətə çıxmağına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin 378/20 saylı xx xxxxx 2020-ci il tarixli əmrindən görünür ki, Təşkilatın Kredit Satışı üzrə işçisinə işçi ilə razılaşdırıldıqdan sonra xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində 8 təqvim günü ödənişsiz məzuniyyətin verilməsi, xx.xx.2020-ci il tarixdən öz xidməti vəzifələrinin icrasına başlaması əmr edilmişdir. “xxxxxxxx” MMC-nin qanuni təmsilçisi Timothy Tarrantın Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli “İnzibati tənbeh verilmə haqqında” qərarın ləğv edilməsinə dair verdiyi şikayətdən və qərarı qəbul etmiş orqanın şikayətindən görünür ki, “xxxxxxxx” MMC Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat miqdarında inzibati cərimə edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə şirkətdə mərkəzləşdirilmiş kredit satışı üzrə işçi vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X12 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək haqqı üzrə çıxarışdan görünür ki, X6 xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verildikdən sonra son haqq-hesab xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx”xxxx” MMC-nin direktoru (vəzifəli şəxs) Timothy Tarrant tərəfindən X6 xx.xx.2020-ci il tarixli 378/20 nömrəli əmrlə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə 8 təqvim günü ödənişsiz məzuniyyət verilmiş, daha sonra xx.xx.2020-ci il tarixdə X12 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğu halda bu əməliyyat xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın qərarının əsassız, heç bir araşdırma və ya əlavə sübut əldə edilmədən qəbul edilməsinə dair hər-hansı mötəbər sübut məhkəmə araşdırması zamanı əldə edilməmiş və ya məhkəməyə təqdim olunmamışdır. Əksinə “xxxx”xxxx” MMC-nin direktoru (vəzifəli şəxs) Timothy Tarrant tərəfindən X4 əmək hüquqları pozularaq sonuncuya axırıncı haqq hesab vaxtında ödənilməmişdir. Digər tərəfdən şikayət vermiş şəxsin nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi izahata da məhkəmə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, nümayəndə məhkəmə iclasında şikayətlə səlahiyyətli orqana müraciət etmiş X4 əmək hüquqlarının pozulmadığını, əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabın həmin tarixdə ödənilməməsinin səbəbinin Azərbaycan Respublikasının ərazisində xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək qeyri iş günləri olması ilə əlaqələndirmişdir. Halbuki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi “xxxx”xxxx” MMC-nin direktoru (vəzifəli şəxs) Timothy Tarrant tərəfindən X12 arasında əmək müqaviləsinə xitam verilmiş və bu barədə bildiriş elektron sistemə qeyd edilsə də, buna baxmayaraq həmin tarixdə işçiyə axırıncı haqq hesabın ödənilməsi yerinə yetirilməmişdir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi “xxxx”xxxx MMC-nin direktoru (vəzifəli şəxs) Timothy Tarrantın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi “xxxx”xxxx MMC-nin direktoru (vəzifəli şəxs) Timothy Tarrantın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-562/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-562/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver