Məhkəmə qərarları › İş №3(005)-566/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-566/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-566/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə saat 12:45 radələrində idarə etdiyi 01CD929 dövlət nömrə nişanlı avtomobil ilə Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı-Sumqayıt yolunda (Sahil küçəsi) hərəkətdə olarkən həmin ərazidə xidmət aparan yol polis əməkdaşı (əməkdaşın ad və soyadı, həmçinin xidmət apardığı avtomobilin nömrəsi yadında qalmayıb) onu saxlayaraq əvvəlcə sənədlərini tələb etmiş, sonra isə avtomobildə nə üçün fərdi qoruyucu vasitədən (maska) istifadə etmədiyini soruşmuşdur və bununla da qanunvericiliyin tələblərini pozduğunu bildirmişdi. O, isə polis əməkdaşına qanunvericiliyin tələblərinə görə şəxsi avtomobildə fərdi qoruyucu vasitədən istifadənin məcburi olmadığını, bu səbəbdən də səhhəti ilə əlaqədar olaraq avtomobildə fərdi qoruyucu vasitədən istifadə etmədiyini bildirdi. Yol polisi əməkdaşı barəsində protokol tərtib edəcəyini bildirdi, o, isə qanunu pozmadığını, protokol tərtib edərsə onun tərəfindən qanunun tələblərinin pozulacağını bildirmişdir. Bir müddət bu barədə söhbət etdikdən sonra polis əməkdaşı protokol tərtib etmədən sənədlərini geri qaytarmış və o, yoluna davam etmişdir. Bir neçə gün sonra ona məxsus elektron kabineti (https://exidmet.mia.gov.az) yoxlayan zaman görmüşdür. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə (Epidemiya əleyhinə rejim, sanitarıya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) əsasən cərimə olunması barədə qərar yerləşdirilmişdir. Qeyd olunan qərarla elektron kabinetdə tanış olan zaman ona məlum olmuşdur ki, guya o, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozmuşdur və bu səbəbdən də barəsində İXP3813775 saylı protokol tərtib edilmiş, elə həmin tarixdə də qeyd olunan protokol üzrə onun 100 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2021-ci il tarixdə polis əməkdaşı onu saxlayan zaman onun iştirakı ilə barəsində protokol tərtib etməmiş və qeyd olunan protokolun surəti ona təqdim olunmamışdır. Hətta polis əməkdaşı qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddəti belə gözləmədən, protokolun surəti ona verilmədiyi və ünvanına göndərilmədiyi halda protokol tərtib olunan gün protokol üzrə qərar da qəbul etmişdir. Bundan əlavə elektron kabinetə yerləşdirilmiş qərara hər hansı bir təsdiqedici sübut əlavə olunmamışdır. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında çıxış edərək vermiş olduğu şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə polis əməkdaşı tərəfindən saxlanıldığı vaxt tibbi maskadan istifadə etməmişdir. O, polis əməkdaşına səhhəti ilə əlaqədar olaraq avtomobildə fərdi qoruyucu vasitədən istifadə etmədiyini bildirmişdir. Polis əməkdaşı tərəfindən saxlanılarkən bildirmişdir ki, nəqliyyat vasitəsində olan şəxslər onun ailə üzvləridir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslərin ailə üzvləri olmasına dair polis əməkdaşına həmin vaxt hər hansı sübut təqdim etməmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Belə ki, X5 xx.xx.2021-ci il tarixdə karantin rejimi qaydalarını pozmaması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. X4 elə özünün məhkəməyə bildirdiklərindən görünür ki, o, xx xxxxxx 2021-ci ildə polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt tibbi maskadan istifadə etməmişdir. O, polis əməkdaşlarına səhhəti ilə əlaqədar olaraq avtomobildə fərdi qoruyucu vasitədən istifadə etmədiyini bildirmişdir. X5 polis əməkdaşı tərəfindən saxlanıldığı vaxt yanında olmuş şəxslərin onun ailə üzvləri olduğunu, onlarla bir evdə yaşadığını bildirdiyinə baxmayaraq, bu halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar