Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-567/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, X3 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, internet portalından 27.08.2021-ci ildə əldə etdiyi məlumata əsasən 26.08.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, 24 ünvanında idarə etməyə etibarnaməsi olan ancaq onun istifadəsində olmayan “Hyundai Azera” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və durma qaydalarını pozma ilə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərinə əsasən protokol tərtib olunmuş, 21.08.2021-ci il tarixdə BNA tərəfindən ******* nömrəli qərar çıxarılmışdır. Qərara əsasən 20 manat cərimə məbləği hesablanmışdır. Ancaq qeyd edilən nəqliyyat vasitəsi onun istifadəsində olmamışdır. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir. 26.08.2021-ci il tarixdə tərtib olunmuş elektron protokol və BNA ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilərək X4 barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək X4 barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olmuş şikayəti verən şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 izahatında göstərdi ki, Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli 26 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə 26.08.2021-ci il tarixdə Bakı şəhəri, Faiq Yusifov küçəsində «Hyundai Azera» minik markalı, 90 DB022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə, yəni dayanma və durma qaydalarını pozduğuna görə barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar qanunidir, buna görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan: “Asan ödəniş” sistemindən çıxarışdan görünür ki, BNA seriyalı ******* nömrəli protokol əsasında X4 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 18 (on səkkiz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli 26 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 26.08.2021-ci il tarixdə saat 20:12-də Bakı şəhəri Faiq Yusifov küçəsində «Hyundai Azera» minik markalı, 90 DB022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Fotoşəkillərdən aydın olur ki, 26.08.2021-ci il tarixdə 90 DB022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən dayanma və durma qaydaları pozulmuşdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Belə ki, şikayətin dəlillərindən və əvvəlki məhkəmə iclaslarında iştirak edən X3 izahatından görünür ki, o, «Hyundai Azera» minik markalı, 90 DB022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olmayıb və nəqliyyat vasitəsi digər şəxsin sahibliyində olmuşdur. Lakin inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan göstərilən halları araşdırmadan onun barəsində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törədilən vaxt nəqliyyat vasitəsinin kimin istifadəsində olması, «Hyundai Azera» minik markalı, 90 DB022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi, yəni İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs müəyyən edilməli və inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində 26.08.2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı, inzibati xətaya yol vermiş nəqlyyat vasitəsinin istifadəçisi müəyyən edilməli və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-567/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-567/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver