Məhkəmə qərarları › İş №3(005)-572/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-572/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-572/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs X19, Zərərçəkmiş şəxs X13, Zərərçəkmiş şəxs X14 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X35 tərəfindən Şəxs barəsində MN seriyalı, ******* nömrəli, 17 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu "xxxx" MMC-nin borclu olduğu 16 icra sənədi vardır. Məhkəmə qərarları çıxdığı gündən bu günədək heç bir icra sənədləri icra edilməmişdir. Bununla da borclu "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru tərəfindən 21 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 çıxış edərək bildirmişdir ki, hüquqi şəxs tərəfindən icra sənədi üzrə heç bir hərəkət edilməmişdir. Hazırda məhkəmədən icra sənədinin icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X28 çıxış edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən icra sənədi icra edilməmişdir. Hazırda məhkəmədən icra sənədinin icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X22 çıxış edərək bildirmişdir ki, hüquqi şəxs tərəfindən icra sənədi üzrə heç bir hərəkət edilməmişdir. Məhkəmədən icra sənədinin icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X23 çıxış edərək bildirmişdir ki, hüquqi şəxs tərəfindən icra sənədi üzrə heç bir hərəkət edilməmişdir. Məhkəmədən icra sənədinin icra edilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3369/2013 saylı, 21,08.2013-cü il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı yaşayış sahəsi üçün X29 ilə "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Müqaviləyə əsasən ödənilmiş 385.220 manat pul "xxxx" MMC-dən alınaraq X20 verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4628/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, "xxxx" MMC ilə X22 arasında ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının, 21-ci mərtəbəsində, ümumi sahəsi 191,4 kv. metrdən ibarət olan 4 otaqlı, 94 nömrəli mənzilə dair bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC-dən X13 xeyrinə 107200 manat məbləğində pul tutulmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3165/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Sahil-D” Kompani MMC-dən 93360 (doxsan üç min üç yüz altmış) manat mənzilə görə ödənilmiş pul və 10 il ərzində illik 5%-lə hesablanmış 46.680 (qırx altı min altı yüz səksən) manat zərər X9 xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11430/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 562.51 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-140/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X21 ilə "xxxx" MMC arasında ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 10 oktyabr 2007-ci il tarixdə bağlanmış 135 saylı müqavilə X7 məxsus 125 m2 və X15 məxsus 87 m2 sahələrlə (cəmi 212 m2 ) üst-üstə düşən hissədə etibarsız hesab olunmalı, həmin müqavilə qismən etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 805 000 (səkkiz yüz beş min) ABŞ dolları (qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) "xxxx" MMC-dən alınaraq X16 qaytarılmalıdır. iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün Həsən İsmayılovun ödədiyi dövlət rüsumunun əvəzi qismində 45,80 manat (qırx beş manat 80 qəpik) “Sahil-D Kompani" MMC-dən alınaraq ona; 10,40 (on manat 40 qəpik) Fərqanə Xudiyevaya; 10,40 (on manat 40 qəpik) Aygün Zeynalovaya verilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan 640 (altı yüz qırx) manat “Sahil-D Kompani" MMCdən tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN ********** X11, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməlidir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)-1768/2021 saylı qərarı ilə "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-5259/2022 saylı icra sənədinə əsasən, "xxxx" MMC təsis edildiyi tarixdən etibarən ünvan 1 ünvanında inşa edilər 4 saylı yaşayış binasının 10-cu mərtəbəsində i sahəsi 101.5 Kv.m olan 2 otaqlı, 36 saylı mənzil ilə bağlı bu günə qədər bağlanmış bütün müqavilələrin (xüsusilə X31, X24 və X36 ilə bağlanmış müqavilələrin), həmçinin 2011-2013-cü illəri əhatə edən "xxxx" MMCnin direktoru Cəfərov M.İ tərəfindən imzalanmış müqavilələrin 3 nüsxəsinin sürəli "xxxx" MMC tərəfindən Bakı şəhəri Xəta Rayon Məhkəməsinə təqdim edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2423/2024 saylı icra vərəqəsinə əsasən, 28 yanvar 2019-cu il tarixli, 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın istismara qəbul aktının və zəruri sənədlərin) iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, ünvan 3 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzil iddiaçı X6 sahibliyinə (mülkiyyətinə) təhvil verilməli və iddiaçı həmin mənzilə köçürülməlidir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-60/2023 saylı icra sənədinə əsasən, “Sahil-D" MMC tərəfindən ünvan 4 ünvanında inşa edilən yaşayış binasının zirzəmisində yerləşən 1 avtomobillik qaraj X1 və istifadəyə verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3752/2022 saylı icra vərəqəsinə əsasən, ünvan 5 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 15-ci mərtəbə, ümumi sahəsi 155.6 kv.metrdən ibarət olan 3 otaqlı, 62 saylı mənzilin dəyəri kimi ödənilmiş 124.480 manat pul cavabdeh "xxxx" MMC-dən iddiaçı X17 xeyrinə tutulmalı, ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən iddiaçı X18 xeyrinə tutulmalı, cavabdeh "xxxx" MMC-dən müqavilə əsasında ödənilmiş 124.480 manat məbləğində pul vəsaəitinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla, 53.416 manat vəsaiti iddiaçı X17 xeyrinə tutulmalıdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2243/2023 saylı icra vərəqəsinə əsasən, cavabdeh "xxxx" MMC ilə X32 arasında bağlanmış 18 fevral 2019-cu il tarixli 51 nömrəli müqavilə etibarsız hesab edilməli, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 157 kv.m olan 3 otaqlı 3 nömrəli mənzil iddiaçı X2 və istifadə hüquqları tanınmalı, həmin mənzilə dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün tələb olunan müvafiq sənədlərin iddiaçı X8 verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə həvalə edilməlidir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(005)-47/2022 saylı icra vərəqəsinə əsasən, mülki işə baxılıb qurtaranadək Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156-da yerləşən 4 ədəd olmaqla 24 mərtəbəli binanın texniki zirzəmisində hər hansı bir işlərin görülməsi "xxxx" MMC-yə qadağan edilməlidir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-1072/2022 saylı icra vərəqəsinə əsasən, cavabdeh "xxxx" MMC-dən 68295 manat əmlakın dəyəri, 23898 manat dəymiş zərər olmaqla, cəmi 92193 manat məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-800/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 275.322,375 manat məbləğində pul iddiaçı X10 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-876/2022 saylı icra vərəqəsinə əsasən, 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini icra etməsi və ünvan 4 ünvanında inşa edilmiş, 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin iddiaçı Zərərçəkmiş şəxs1 təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulmalıdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-375/2022 saylı icra vərəqəsinə əsasən, "xxxx" MMC ilə ünvan 1 ünvanında olan yaşayış binalarının sakinləri X30 və digər 50 nəfər arasında bağlanmış, həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 700 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısını ehtiva edən, xx.xx.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsi üzrə alıcıları satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plancizgisinin verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-504/2023 saylı qərarı ilə "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-19/2021 saylı icra vərəqəsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-966/2019 saylı qərardadı ilə ünvan 4 ünvanında yerləşən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı, 96 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3369/2013 saylı, xx.xx.2013cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4628/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-779/2019 saylı, xx.xx.2019-cu il tarixli, Xətai rayon Məhkəməsinin 2(011)-3867/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1265/2019 saylı, 09.01,2019-cu il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-2015/2019 saylı, xx.xx.2019-cu il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3165/2019 saylı, xx.xx.2019-cu il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011 )-1399/2018 saylı, xx.xx.2018-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011 )- 527/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2383/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11430/2019 saylı, xx.xx.2019-cu il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011 )-1363/2018 saylı, xx.xx.2018-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 400/2020 saylı, xx.xx.2020-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011 )-170/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 140/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-268/2020 saylı, xx.xx.2020-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 3(011)-3869/2020 saylı, 16.11,2020-ci il tarixli, Nərimanov rayon Məhkəməsinin 2(005)- 1609/2021 saylı, xx.xx.2021-ci il tarixli və Xətai Rayon Məhkəməsinin 3(011)-1119/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərində borclu "xxxx" MMC olduğundan icra sənədləri bir icraatda birləşdirilmişdir. “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3369/2013 saylı, xx.xx.2013cü il tarixli icra sənədi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4628/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədi Xətai Rayon Məhkəməsinin 2(011)-527/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi Nərimanov Rayon Məhkəməsinin 2(005)-3165/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Bakı Apellyasiya Məhkəməsini 2(103)-11430/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Nərimanov Rayon Məhkəməsinin 2(005) 1072/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi, Bakı Apellyasıya Məhkəməsinin 2(103)-3752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi və Xətai Rayon Məhkəməsinin 2(011)-5259/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Nərimanov rayon İcra şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda birləşdırilmişdir. xx.xx.2014, xx.xx.2019, xx.xx.2020, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, borcludan icra sənədlərinin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqəsinin icrasını tam şəkildə təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar