Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-573/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X10, Şikayət verən X8 vəkili “LGG” Vəkil Brosunun vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar ilə bağlı X8 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, X11 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks X24-ndə X4 Siyəzən istehsalat sahəsində 14 saylı briqadasında qazma ustası vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixində işçinin ürəktutması nəticəsində təbii ölümü baş vermişdir. Faktla bağlı həm X7, həm də Şabran Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılmış və istehsalatda bədbəxt hadisə faktı öz əksini tapmadığı hadisənin təbii ölüm nəticəsində baş verməsi aşkar olduğu üçün aparılan icraatlara xitam verilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X15 tərəfindən Cəmiyyətin sabiq müdiri Pirim İsayev barəsində MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək vəzifəli şəxs AR İXM-nin 555.3-cü maddəsinə əsasən, 1800.00 AZN (min səkkiz yüz manat) məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərarın əsaslandırıcı hissəsində aşağıdakı kimi qeyd olunmuşdur: “Trestin sabiq qazma ustası X5 xx.xx.2024-cü il tarixində iş yerində ölümü ilə nəticələnmiş bədbəxt hadisəi faktı Trestin sabiq müdiri X12 tərəfindən gizlədilmişdir”. Aşağıdakılara əsasən, sözügedən inzibati tənbeh vermə haqqında qərar AR İnzibati Xətalar Məcəlləsinin 38.1; 53.0.1; 53.0.2; 53.0.6; 75.0.1; 135.1.1-ci maddələrinin tələblərinin pozulması şəraitində qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir: Qərarın ləğv olunması üçün ən ciddi əsas ondan ibarətdir ki, əməldə inzibati xəta hadisəsi ümumiyyətlə mövcud deyildir. Belə ki, əvvəla qeyd olunmalıdır ki, barəsində icraat aparılan şəxs Pirim İsayev bədbəxt hadisə faktının gizlədilməsində təqsirləndirilsə də, səlahiyyətli orqan araşdırma zamanı nəzərə almamışdır ki, işçi X11 istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yox, təbii ölüm (ürəktutma) nəticəsində vəfat etmişdir və bu aparılan bütün araşdırmalarla öz təsdiqini tapmışdır. Bundan əlavə, baş vermiş hadisə barəsində icraat aparılan şəxs tərəfindən gizlədilməmiş, tam əksinə - baş vermiş hadisə ilə bağlı ərazi aidiyyəti üzrə X13 XidmətiX27 Rayon Prokurorluğuna müvafiq müraciətlər olunmuşdur. zərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü maddəsinə görə təbii ölüm nəticəsində baş verən ölüm faktı istehsalatda bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Hazırki işdə də həm X13 Xidmətində, həm də Şabran Rayon Prokurorluğunda ölüm faktı tədqiq edilmiş və ürək dayanma nəticəsində təbii ölüm faktı aşkar olunduğu üçün qeyd olunan fakt istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməmiş, uçota alınmamış, cinayət işinin başlanması rədd edilmiş, hər hansı inzibati xəta haqqında icraat aparılmamışdır. Barəsində icraat aparılan şəxs Pirim İsayev hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Komplek X24-ndə işləmədiyi üçün qeyd olunan sənədlərə çatımlılığı mövcud deyildir. Odur ki, qeyd olunan qurumlara - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Komplek Qazma İşləri X22 Rayon Prokurorluguna müvafiq məhkəmə sorğularının göndərilməsi zəruriyyəti yaranmışdır. Bu sorğulara cavablar daxil olduqdan sonra həqiqətən də məlum olacaqdır ki, Pirim İsayev tərəfindən baş vermiş təbii ölüm hadisəsi gizlədilməmiş, əksinə hadisənin araşdırılması üçün müvafiq dövlət qurumlarına bütün zəruri şərait yaradılmış və üzərinə düşən öhdəlikləri tam icra etmişdir. Qərarın ləğv olunması üçün digər mühüm əsas ondan ibarətdir ki, qeyd olunan maddə - yəni AR İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi İdarəçilik Qaydaları X1 üçün inzibati məsuliyyətə cəlb etmə müddəti 1 (bir) il yox, 4 (dörd) ay olaraq müəyyənləşdirilmişdir və barəsində icraat aparılan şəxs Pirim İsayev ittiham olunduğu inzibati xəta törədildiyi vaxtdan 12 (on iki) aya yaxın müddət sonra inzibati məsuliyyətə cəlb edilmişdir. Ümumiyyətlə İXM-nin 38 və 53-cü maddələrinin tələbinə əsasən də inzibati xəta haqqında işlər üzrə icraatda ilk araşdırılası məsələ inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsini araşdırmaqdır. Çünki inzibati işlər üzrə icraat başlanana qədər müddət keçmişdirsə, onda ümumiyyətlə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Başlana bilmirsə, onda inzibati xəta hadisəsinin olub-olmamasını araşdırmağa ehtiyac qalmır. Buna görə də müddət keçməməlidir ki, icraat başlansın. Müddət keçməmişdirsə, icraat başlana bilir və icraat başlandıqdan sonra araşdırma aparıldığı ərəfədə müddət keçmişdirsə, onda başlanmış icraata xitam verilir. Lakin hazırkı halda səlahiyyətli orqan tərəfindən inzibati tənbeh verilənə qədər artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Hazırki işdə inzibati tənbehvermə haqqında qərardan şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon-şəhər məhkəməsinə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Hazırki işdə inzibati xətanın törədildiyi yer vəzifəli şəxsin işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks X17 hüquqi ünvanı olan AZ1033, ünvan 1razi aidiyyəti üzrə səlahiyyətli məhkəmə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsidir. Məhkəmə iclasında şikayət verən X8 vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X9 MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və şəxsin əməllərində inzibati xəta tərkibi mövcud olmadığından inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X16 bildirmişdir ki, şikayətin əsassız olması səbəbilə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar, eləcə də məhkəmə iclasında şikayət verən X14 tərəfindən qeyd edilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 1800.00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ölüm haqqında Şəhadətnamədən görünür ki, X11 xx.xx.2024-cü il tarixində ürəyin aterosklerotik xəstəliyi səbəbilə vəfat etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin Məcəllənin 217-ci maddəsinin 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.4-cü bəndinə əsasən İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə-min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilmiş ölüm haqqında şəhadətnamədən də aydın olur ki, işçi X11 istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yox, təbii ölüm (ürəktutma) nəticəsində vəfat etmişdir. Qeyd olunan ölüm faktı qanunvericiliyə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmədiyindən və uçota alınmadığından X14 İXM-nin 555.3-cü maddəsinin tələblərini pozmaqla təqsirləndirilə bilməz.Məhkəmə hesab edir ki, X14 barəsində inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-573/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-573/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver