Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-583/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra sənədlərinin icrası ilə əlaqədar borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində icra məmurunun inzibati xəta haqqında 24 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokoluna məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra sənədlərinin icrası ilə əlaqədar borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində icra məmurunun inzibati xəta haqqında 24 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokol barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin məhkəməyə 25 fevral 2025-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən 24 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin rəisi ədliyyə müşaviri Rəşad Abbasov icra sənədlərinin icrası ilə əlaqədar borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində icra məmurunun inzibati xəta haqqında 24 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokolunun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra sənədlərinin icrası ilə əlaqədar borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində icra məmurunun inzibati xəta haqqında 24 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokol geri qaytarılsın. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-583/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-583/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver