Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-586/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X1 Bakı şəhər X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 Bakı şəhər X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh vermə haqqında protokoldan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında protokoldan deyil, həmin protokol üzrə qəbul edilmiş qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. X3, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan şikayət etmiş, qəbul edilmiş qərarları əldə edib həmin qərarları mübahisələndirməli olduqları halda, həmin qərarları əldə etməmiş, həmçinin inzibati xəta haqqında protokolu da əldə edərək iş materiallarına əlavə etməmişdirlər. Sadalanan hal isə, həmçinin şikayətlərin məhkəmə aidiyyətinin müəyyən edilməsini də qeyri-mümkün edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət inzibati tənbeh tətbiq etmək haqqında qərardan verilmədiyindən, eləcə də ləğv olunması istənilən qərar əlavə edilmədiyindən və buna görə də prosessual müddət və aidiyyət məsələlərini müəyyən etmək mümkün olmadığından X1 Bakı şəhər X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında protokolundan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Bakı şəhər X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-586/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-586/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver