Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-594/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1, 482.2-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-2399/21 nömrəli, 19 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC İran İslam Respublikasından 26 nömrəli 11.10.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə 13 oktyabr 2021-ci il tarixdə saat 18:18-də Cənub Ərazi Baş Gömrük ərazisinin “Astara” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməklə 74E57310 nömrə nişanlı avtomobildə ölkə ərazisinə gətirilmiş yüklərin arasında müşayiət sənədlərində geyd edilməmiş 10 000 ədəd plastik kütlədən hazırlanmış bej rəngli, birdəfəlik istifadə ücün nəzərdə tutulan qablaşdırma gabı mövcud olsa da, 14 oktyabr 2021-ci il tarixdə malları Bakı Baş Gömrük İdarəsində **********4316 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məgsədi ilə təqdim etdiyi bəyannamədə qeyd etməməklə bəyan etməmişdir. Bundan başqa, yüklərdən birdəfəlik istifadə üçün nəzərdə tutulan boşqabların sayı 60 000 ədəd qeyd edilsə də, faktiki olaraq 50 000 ədəd sayda birdəfəlik istifadə üçün nəzərdə tutulan balaca boşqab, 200 000 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulan bıçaq, 100 000 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulan çay qasığı, 300 000 ədəd birdəfəlik istifadə üçün nəzərdə rutulan qaşıq, 200 000 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulan çəngəl, 50 000 ədəd birdəfəlik stifadə üçün nəzərdə tutulan böyük boşqabdan ibarət malların X1 İdarəsinin 2200- 015/002-25/005398 nömrəli 20.10.2021-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikasının 678- İQ nömrəli 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olması müəyyən edilmişdir. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 482.1, 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili, fərdi qaydada fəaliyyət göstərən Vəkil izahatında göstərdi ki, Şəxs MMC tərəfindən İXM-in 482.1, 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilmir. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22.11.2021-ci il tarixli raportdan görünür ki, Şəxs ünvanına 74E57310 nömrə nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş yüklər **********4316 saylı GB ilə bəyan edilmişdir.Bəyan olunan mallar barəsində rəy alınması zərurəti yarandığından 1400-012/004-25/007132 nömrəli 15.10.2021 tarixli məktub ilə X1 İdarəsinə müraciət olunmuşdur. X1 İdarəsindən 2200-015/002-25/005398 nömrəli 20.10.2021 tarixli cavab məktubuna əsasən təqdim olunmuş nümunələr arasında MGEİ rəyinə əsasən adı polipropilen (CAS 9003-07-0 ), kalsium karbonat (CAS 471-34-1) və nişasta (CAS 9005- 25-8) əsaslı plastik kütlədən hazırlanmış bej rəngli, birdəfəlik istifadə üçün nəzərdə tutulan qablaşdırma qabı olan mallar invoysda qeyd olunmamışdır; “Yoxlama aparılması haqqında” 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs tər **********4316 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Azərbaycan Respublikasına 74E57310 nömrə nişanlı avtomobildə gətirilmiş mallara dair 26 nömrəli, 11.10.2021-ci il tarixli invoys sənədində 60 000 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulan balaca boşqab qeyd edilsə də, faktiki olaraq 50 000 ədəd balaca boşqab olduğu və edilməmiş 10 000 ədəd plastik kütlədən hazırlanmış bej rəngli, birdəfəlik istifadə üçün tututulan qablaşdırma qabı aşkar edilmişdir. Digər malların adına, təsvirinə, s. qablaşdırmasına və çəkisinə dair heç bir uyğunsuzluq aşkar edilməmişdir. X1 İdarəsinin 2200-015/002-25/005398 nömrəli 20.10.2021-ci il tarixli rəyindən görünür ki, Şəxs MMC-nin ünvanına 26 nömrəli 11.10.2021-ci il tarixli invoysun 1-6-cı mövqeləri üzrə idxal olunan yük XİF MN görə sinifləşdirilir və Azərbaycan Respublikasının 678-İQ nömrəli, 8 iyun 1999cu il tarixli “Ətraf mühitin Mühafizəsi haqqında” Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. 25.11.2021-ci il tarixli raportdan görünür ki, , Şəxs tərəfinc **********316 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Azərbayc - espublikasına 74E57310 nömrə nişanlı avtomobildə gətirilmiş malların yoxlanılması nəticəsin bəyannamə və 26 nömrəli 11.10.2021-ci il tarixli invoys sənədində 60 000 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş balaca boşqab qeyd edilsə də, faktiki olaraq 50 000 ədəd balaca boşq olduğu və bəyan edilməmiş 10 000 ədəd plastik kütlədən hazırlanmış bej rəngli, birdəfəlik istifadə üçün nəzərdə tutulan qablaşdırma qabı aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 6/5636 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağımtıl rəngli 2 (iki) ədəd -20 sm x15 sm x5 sm ölçüsündə qab, -17 sm diaqonal ölçüsündə boşqab, -21 sm diaqonal ölçüsündə boşqab, -15 sm uzunluğunda çəngəl, -12 sm uzunluğunda ədəd qaşıq, 1 (bir) ədəd -14 sm uzunluğunda bıçaq kimyəvi tərkiblərinə görə polietilen tərkibli polimer materialdan hazırlanmışdırlar.Tədqiqata təqdim olunmuş polietilen materialdan hazırlanmış 2 (iki) ədəd -20 sm x 15 sm x 5 sm ölçüsündə qabın qalınlığı 640 mikron, -17 sm diaqonal ölçüsündə boşqabın qalınlığı 480 mikron, 21 sm diaqonal ölçüsündə boşqabın qalınlığı 410 mikron, 15 sm uzunluğunda çəngəlin qalınlığı 1330 mikron, 12 sm uzunluğunda qaşığın qalınlığı 1020 mikron və 1 (bir) ədəd 14 sm uzunluğunda bıçağın qalınlığı 1020 mikron təşkil edir və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən qadağan olunmuş qalınlığı 15 mikrona qədər olan birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara aid hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli, 9/8963 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 17 adda malların ümumilikdə 13.10.2021-ci il orta bazar qiyməti təxminən 47250,00 manat təşkil edir. 10 000 ədəd plastik kütlədən hazırlanmış bej rəngli, birdəfəlik istifadə ücün nəzərdə tutulan qablaşdırma qabının ümumi qiyməti 750 manat, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC İran İslam Respublikasından 26 nömrəli 11.10.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə 13 oktyabr 2021-ci il tarixdə saat 18:18-də Cənub Ərazi Baş Gömrük ərazisinin “Astara” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməklə 74E57310 nömrə nişanlı avtomobildə ölkə ərazisinə gətirilmiş yüklərin arasında müşayiət sənədlərində geyd edilməmiş 10 000 ədəd plastik kütlədən hazırlanmış bej rəngli, birdəfəlik istifadə ücün nəzərdə tutulan qablaşdırma qabı mövcud olsa da, 14 oktyabr 2021-ci il tarixdə malları Bakı Baş Gömrük İdarəsində **********4316 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məgsədi ilə təqdim etdiyi bəyannamədə qeyd etməməklə bəyan etməmiş və bununla da İXM-in 482.1-ci maddəsinin tələbləri həmin hüquqi şəxs tərəfindən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikadsı Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs MMC-nin İXM-in 482.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokoldan görünür ki, yüklərdən birdəfəlik istifadə üçün nəzərdə tutulan boşqabların sayı 60 000 ədəd qeyd edilsə də, faktiki olaraq 50 000 ədəd sayda birdəfəlik istifadə üçün nəzərdə tutulan balaca boşqab, 200 000 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulan bıçaq, 100 000 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulan çay qasığı, 300 000 ədəd birdəfəlik istifadə üçün nəzərdə rutulan qaşıq, 200 000 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulan çəngəl, 50 000 ədəd birdəfəlik stifadə üçün nəzərdə tutulan böyük boşqabdan ibarət malların X1 İdarəsinin 2200-015/002-25/005398 nömrəli 20.10.2021-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikasının 678-İQ nömrəli 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olması müəyyən edilmişdir. Laikn inzibati iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının 30 dekabr 2021-ci il tarixli, 6/5636 saylı rəyi ilə müəyyən edilmişdir ki, göstərilən mallar “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən qadağan olunmuş qalınlığı 15 mikrona qədər olan birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara aid hesab edilmir. İXM-in : 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə , məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs MMC-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır, yəni onun tərəfindən keçirilən malların düzgün bəyan edilməməsinə görə, yəni bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsi kimi hərəkətlərə yol verilməmişdir, buna görə də inzibati işə həmin maddə ilə olan hissədə xitam verilməlidir. Belə ki, İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (750 manat) 40 (qırx) faizi məbləğində, yəni 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, inzibati işə İXM-in 482.2-ci maddəsi ilə olan hissədə xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51,105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (7500 manat) 40 (qırx) faizi məbləğində, yəni 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində İXM-in 482.2-ci maddəsi ilə inzibati xəta törətməsi hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 180 manat Şəxs MMC-dən tutularaq dövlət nəfinə ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-594/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-594/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver