Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-598/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X3 tərəfin Azərbaycan Respublikası X7 İdarəsi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Çinar-Trans MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikası X7 İdarəsi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətlərində olan **-JD-*** dövlət qeydiyyat nişanlı,“İsuzu Citiport” markalı avtobusa X7 Polis Şöbəsi tərəfindən İXP ******* saylı inzibati tənbeh vermə barədə qərar qəbul edilərək, "xxxx" MMC AR İXM-nin 469.3-cü maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Bu günə qədər qeyd edilən qərar rəsmi qaydada onlara təqdim edilməmişdir. Qeyd olunanlara əsasən həmin qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iş üzrə icraata xitam verilməsi bardə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında qərar qəbul etmiş Nərimanov Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə qeyd edilən şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X7 İdarəsi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati protokol əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-nin mülkiyyətində olan **-JD-*** dövlət qeydiyyat nişanlı,“İsuzu Citiport” markalı avtobus xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində İXM-nin tələblərinin pozulmasına dair AR İXM-nin 469.3-cü maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı Çinar-Trans MMC-nin direktoru X4 tərəfindən MMC-nin İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair X7 İdarəsi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzr icraata xitam verilməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Çinar-Trans MMC-nin tərəfindən İXM-nin 469.3-cü maddəsinin tələbinin pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC hüquqi şəxs olduğundan onun barəsidən cərimə növündə inzibati tənbeh tədbiri verilərək həmin müəssisənin hüquqlarını pozmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayət təmin edilməli, X7 İdarəsi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X2 şikayəti təmin edilsin. X7 İdarəsi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-598/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-598/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver