Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-6/2020 11.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Bakı şəhər BPİ Dövlət X1 nümayəndəsi Mirdamət Ağalarovun vəsatətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, çağırışlara gəlməmiş və gəlməməsinin səbəbləri barədə BDYPİnə məlumat verməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Şəxs məcburi məhkəməyə gətirilməsi, Şəxs şəxsiyyəti məhkəyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmış, qərarın icrasının Bakı şəhəri Sabunçu Rayon Poils İdarəsinə həvalə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məcburi gətirilməsi barədə qərardadın icrası ilə bağlı dəfələrlə Bakı şəhəri Sabunçu Rayon Poils İdarəsinə xatırlarma məktubları göndərilsə də, qərardadın icrası təmin edilməmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinin ikinci cümləsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz; 53.0, 53.0.6-cı maddələrinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hazırki iş üzrə inzibati xətanın xx xxxx 2019-cu il tarixdə aşkar edildiyini və həmin vaxtdan 1 ildən çox müddət keçdiyini nəzərə alaraq Şəxs İXP seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz. Odur ki, Şəxs İXP seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsi tətbiq edilməklə İXP seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. üzdür Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-6/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-6/2020
11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver