Məhkəmə qərarları › İş №3(005)-601/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-601/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-601/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X4, Zərəçəkmiş şəxs (tələbkar) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X8 tərəfindən xx.xx.2024-cü il tarixində saat 15:00 radələrində Nərimanov rayonu, Ağaneymətulla 23 ünvanında borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-642/20 saylı, xx.xx.2021-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1018/19 saylı, xx.xx.2019-cü il tarixli icra sənədləri üzrə yaranmış borc öhdəliyinin ödənməsi təklif olunmuşdur, lakin borclu tərəfindən icra məmurunu qanuni tələbləri yerinə yetirilməmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 19 fevral 2024-cü il protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1018/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 53000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. xx.xx.2019-cu İİ tarixində Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər.Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-642/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 140.000 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. (xx.xx.2021-ci il tarixdə daxil olmuş) İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxs göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu Şəxs barəsində olan icra sənədləri xx.xx.2022-ci il tarixli qərarla bir icraata birləşdirilmişdir. Əlavə olaraq qeyd olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3278/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar X10 ilə əlaqə saxlanılaraq, icra sənədinin icra vəziyyəti soruşulmuş, lakin F.Əsədova tərəfindən buna dair rəsmi məlumat şöbəyə daxil olmamışdır. “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman onun adına tələbin yönəldiləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixdə şöbəyə dəvət olunaraq icraata başlamaq haqqında qərar müvafiq bildirişlə borcluya şəxsən təqdim edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1018/2019-022 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olmuş qətnamə borclu tərəfindən apellyasiya və kassasiya instansiyalarında mübahisələndirilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1607/2020 saylı, xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(201)-390/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonrakı mərhələdə borclu Şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrlə şöbəyə gəlməmiş və telefona cavab verməmişdir. Bu səbəbdən icra sənədində borclunun qeydiyyat yeri kimi göstərilən ünvan 4 ünvanına xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş, borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmiş və buna dair müvafiq akt tərtib edilmişdir. Bu səbəbdən borclu Şəxs barəsində axtarış elan olunmasına dair xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində xx.xx.2021-ci il tarixdən 61327/21 saylı axtarış işi açılmışdır. Həmçinin borclu barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıimasına dair təqdimatla məhkəməyə müraciət olunmuş, məhkəmənin 8(005)-268/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Məlum qərardad icra olunması üçün xx.xx.2021-ci il tarixdə şöbəyə daxil olmuş və dərhal borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan əlavə olaraq borclu Şəxs barəsində xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X8, Şəxs barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, qərəzli şəkildə icra sənədini icra etməkdən yayınmamış, borcunu maddi çətinlik çəkməsi səbəbilə ödəyə bilməmiş, lakin ona bağ evi hədiyyə olunmuşdur. Həmin əmlakı sataraq borcunu tam şəkildə ödəmək niyyətindədir. Son olaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X1 Zəfər Məsi oğlu tərəfindən hal-hazırda borcunun tam ödənilməsini tələb etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-642/2022 saylı icra sənədinə əsasən Şəxs 140.000 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, borclu Şəxsna icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-642/2022 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1018/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 53000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2019-cu il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1018/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunu ödəməmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar