Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-602/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Bakı şəhəri DYPİ-nin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri DYPİ-nin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan X2 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-cı il tarixdə “Hyundai Veloster minik” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Heydər Əliyev prospektinin Nərimanov rayonu hissəsində Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılmışdır. Səbəb isə təhlükəsizlik kəmərindən istifadə etməməyi olmuşdur. O, onu saxlayan polis əməkdaşlarına ilk dəfə inzibati xəta törətdiyini və cəriməni yerində ödəmək istədiyini bildirdikdə, aralarında sözlə mübahisə yaranmışdır. Daha sonra ondan spirtli içki qəbul etdiyinə dair polislərdə şübhə yarandığını bildirmişlər. O, alkoqollu içki qəbul etmədiyini bildirsə də, polis əməkdaşları alkotestr vasitəsilə sərxoşluq halını müayinə etmişlər və onun alkoqollu içki qəbul etdiyini bildirmişlər. O, qəti şəkildə alkoqollu içki qəbul etmədiyini bildirsə də, barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər və nəqliyyat vasitəsini duracağa aparmışlar. O, dərhal sərxoşluq halının müayinəsi üçün Respublika Narkoloji Mərkəzi X3 müraciət etmişdir. Orada sərxoşluq halı müəyyən olunduqdan sonra onun sərxoş olmadığı aşkar olundu. O, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu və qərarı tələb etsə də, müxtəlif bəhanələrlə həmin sənədləri ona vermək istəməmişlər. O, xx.xx.2021-ci il tarixdə barəsində tərtib olunmuş protokolu və qərarı rəsmi qaydada almış və 400 manat məbləğində cərimə olunduğunu öyrənmişdir. Bildirmək istəyir ki, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və qərarla qəti olaraq razı deyil. Sərxoşluq halının müayinəsi üçün istifadə olunan alkotesterin sertifikatını tələb etsə də, bu barədə sənədi ona təqdim etməmişlər. Qəti olaraq bildirmək istəyir ki, o, saxlanılarkən alkoqollu içkilərdən istifadə etməmişdir. Bu halı şikayətinə əlavə etdiyi akt da təsdiq edir. Ola bilsin ki, onun müayinəsində istifadə olunan alkotesterin istifadə müddəti bitdiyi üçün şkala səhv göstərmişdir. Qeyd etdiklərini nəzərə alaraq Bakı şəhəri DYPİ-nin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X4 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 00:45 radələrində “Hyundai Veloster” minik markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Bu səbəbdən də, X2 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Bakı şəhər X4 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXMnin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ayıq olmuşdur. Müayinə xx.xx.2020-ci il tarixdə saat 02:20-də keçirilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X2 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 329.1 və 333.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri DYPİ-nin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan X1 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-602/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-602/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver