Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-604/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X3 tərəfindən Bakı şəhəri BPİ-nin X5 İdarəsi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 tərəfindən Bakı şəhəri BPİ-nin X5 İdarəsi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati protokol tərtib edilmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin səlahiyyətli orqanın nümayəndəsi və X3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd edilən protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edilir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. X3 tərəfindən Bakı şəhəri BPİ-nin X5 İdarəsi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etməsinə baxmayaraq, ərizəsinə mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar 17 fevral 2025-ci il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət verməsinə baxmayaraq X3 tərəfindən şikayət ərizəsinə qərar əlavə olunmamışdır. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 tərəfindən Bakı şəhəri BPİ-nin X5 İdarəsi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsinə dair verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-604/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-604/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver