Məhkəmə qərarları › İş №3(005)-608/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-608/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-608/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi Şikayət vermiş şəxs X2 iştirakları ilə, X3 Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikasınən Əmək və X8 Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylıinzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Qaraqurdlu 141 MMC (VÖEN**********) xx.xx.2018 ci ildən Öz Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir.(Bundan sonra MMC adlanacaq) MMC-nin fəaliyyəti Xarici Ticarət əlaqəsi olmuşdur. Müəssisənin Təsisçi və X1, Bakı şəhər Yasamal rayon məhkəməsinin 05.04 2023-cü il tarixli 1(004)-11/2023 nömrəli hökmü ilə AR CM-nın 213.1-ci maddəsi ilə 2 il, 03 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmün qüvvəyə mindiyi tarix xx.xx.2021-ci isdən başladığı üçün X10 Xidmətinin Bakı şəhər İdarəsi, Müəssisənin rəhbəri X4 21 sentyabr 2023-cü il MN1291098 nömrəli Qərarı ilə 1000 AZN (min azn) cərimə etmişdir. X14 nömrəsi ***-***-**-** Direktorun özündə olduğu üçün və bütün əməliyyatları özü İmza etdiyi üçün Müəssisə xx.xx.2021-ci ildən bu günə qədər fəaliyyət göstərməmişdir. Minimum Əmək haqqı 1 yanvar 2023-cü ildən 345azn olduğu üçün Əmək haqqı verməmişdir. Lakin DƏMX-nın BŞİ-nin Əməkdaşları araşdırma aparmadan xx.xx.2023-cü ildə Əmək və Məşğulluq Altsisteminə baxış zamanı 12 sentyabr 2023-cü il MN ******* nömrəli Protokol tərtib ediblər. Həmən Protokola əsasən İdərə Rəhbərliyi 21 sentyabr 2023-cü iltarixində MN ******* nömrəli qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətin məzmununa uyğun çıxış edərək protokolun onun iştirakı olmadan yazılması və məlumatlandırılmamasını nəzərə alaraq barəsində olan Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 (min) manat miqdarında şərti cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-11/2023 saylı hökmündən görünür ki, X6 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X2 İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 tərəfindən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X6 barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylıi nzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X6 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X6 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətivəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 192.3-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X6 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və X8 Nazirliyi yanında X10 Xidmətinn Bakı şəhər İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasınən Əmək və X8 Nazirliyi yanında X10 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar