Məhkəmə qərarları › İş №3(005)-610/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-610/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-610/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhər BPİ-nin X11 İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X3 iştirakları ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ-nin inzibati təcrübə üzrə inspektor mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsassız hesab edir. Belə ki, həmin protokolda xx.xx.2023cü il saat 18:38 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Molla Cümə küçəsində idarə etdiyi ** HZ *** qeydiyyat nişanlı Hyundai Elantra markalı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan (birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) inzibati xətanı törətdiyi qeyd edilmişdir. İşin faktiki halları belədir ki, 21 dekabr 2023-cü il tarixində telefon vasitəsilə ona zəng edilərək inzibati xəta törətdiyilə bağlı görüntü olduğu üçün polis idarəsinə dəvət olunmuşdur. Lakin üzrlü səbəbdən (səhhətindəki problemlərlə əlaqədar) polis idarəsinə gedə bilməmişdir. X8 Məcəlləsinin 121-ci maddəsinə əsasən həmin Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Əlavə olaraq bildirmək istəyir ki, İnzibati Xətalar Məcəlləsinə görə şəxsin iştirakı olmadan, kamera vasitəsi ilə aşkar edilən qanun pozuntusu real vaxt rejimində qərar qəbul edilir və şəxsin elektron kabinetinə göndərilir. Daha sonra 22 dekabr 2023-cü il tarixində sms məlumatlandırma vasitəsilə ona Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən 150 manat məbləğində cərimə olunduğu bildirilmiş, lakin bununla bağlı hər hansı görüntü təqdim edilməmişdir, özü SMS radar sistemində şəxsi kabinetinə daxil olaraq, videogörüntü ilə tanış olmaq istədikdə orada da heç bir görüntünün olmadığı məlum olmuşdur. 6 yanvar 2024-cü il tarixində növbəti sms-lə İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə xx.xx.2024-cü il tarixindən etibarən icra qərarının qüvvəyə mindiyi bildirilmiş, halbuki daha öncədən təkcə inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilmiş, qərar barədə isə heç bir məlumat verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri DYPİ-nin inzibati təcrübə üzrə inspektor mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təstiqini tapmışdır. Bu səbəbdən də şikayət vermiş şəxs barəsində xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Hesab edir ki, şikayət tamamilə əsasızdır. Bu səbəbdən də şikayətin rədd edilməsi barədə qərar edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 150 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri DYPİ-nin nümayəndəsi Emil Qanbayev tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd DVD-R formatlı diskdən görünür ki, X6 tərəfindən nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi müəyyən edilir. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X6 xx.xx.2023-cü il saat 18:38 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsində idarə etdiyi **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi ilə tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Bu hal məhkəməyə təqdim olunmuş 01 ədəd DVD-R formatlı diskdə olan görüntülərlə tam təsdiqini tapır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar