Məhkəmə qərarları › İş №3(005)-617/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-617/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-617/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs oğlu “xxxx” MMC-nin nümayəndəsi X5, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhəri İdarəsinin nümayəndəsi X10 iştirakları ilə, “xxxx” MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhəri İdarəsinin 18 fevral 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin direktoru X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhəri İdarəsinin 18 fevral 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin 18.02.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə o, İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində protokolun tərtibi ilə əlaqədar dəvət edilməmişdir, bu səbəbdən protokolun tərtibində nə o, nə də nümayəndəsi iştirak etməmişdir. Protokolun bu maddə üzrə hüquqi şəxsin barəsində tərtib edilməsi qanunla nəzərdə tutulmasa da, hüquqi şəxsin nümayəndəsi cəlb edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 25.01.2021-ci il tarixli, **********4 nömrəli məktubla, 22.01.2021-ci il tarixli, MN0688051 nömrəli inzibati xəta haqqında protokol ona poçt vasitəsi ilə göndərilmişdir. Bununla bağlı bildirir ki, barəsində icraatın olmasını inzibati xəta haqqında protokolu və qərardadı alandan sonra bilmişdir. Belə ki, protokol tərtib edilən zaman vəzifəli şəxs olaraq o, və ya konkret olaraq hər hansı digər vəzifəli şəxs işin baxılmasına dəvət edilməmişlər. X14 Xidməti Bakı şəhər İdarəsinin 12.01.2021-ci il tarixli, ********** nömrəli məktubundan göründüyü kimi, məktub «xxxx» MMC-nin rəhbərliyinə ünvanlanmış və icraatın kimin barəsində, İXM-nin maddəsi ilə olması qeyd edilməmişdir. Bundan başqa «xxxx» MMC-nin direktordan başqa onlarla vəzifəli şəxsləri (Baş mühasib, Baş mühəndis, Menecerlər və s.) var və hər vəzifəli şəxs də öz səlahiyyətlərinin icrası ilə əlaqədar qanunvericiliyə uyğun məsuliyyət daşıyır. Bu səbəbdən də İXM-nin tələbinə uyğun olaraq icraatın hüquqi, fiziki və ya vəzifəli şəxslər barəsində olması, həmin şəxslərin adlarının (S.A.A.), icraatın başlandığı maddənin nömrəsi dəqiq göstərilməlidir. Həmin bildirişlə əlaqədar olaraq hüquqi şəxs «xxxx» MMC-ni Cəmiyyətin hüquqşünası X11 təmsil etmişdir. Ona verilmiş etibarnamə və orderlərdən də göründüyü kimi ona Cəmiyyəti (hüquqi şəxsi) təmsil etmək səlahiyyəti verilmişdir. Həmin hüquqşünasa Cəmiyyətin hər hansı vəzifəli şəxsini, o cümlədən direktoru təmsil etmək barədə etibarnamə verilməmişdir. Bu fakt tərtib edilmiş protokol və qərardadla da öz təsdiqini tapır. Belə ki, E.M.Məmmədov izahatında «xxxx» MMC-nin nümayəndəsi olmasını qeyd etmişdir. Tərəflərindən tədqim edilmiş 10.02.2021-ci il tarixli qərardadda isə E.M.Məmmədovun «xxxx» MMC-nin nümayəndəsi qismində inzibati xəta haqqında işə baxılmasında iştirak etdiyi qeyd edilmişdir. İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş əmələ görə isə hüquqi şəxsin məsuliyyəti nəzərdə tutulmamışdır. Bundan başqa qərarda hansı vəzifəni yerinə yetirməməklə əlaqədar pozuntuya yol verdiyi qeyd edilməyib. Vəzifəli şəxs, direktor olaraq üzərinə düşən bütün vəzifələrin icrasını vaxtında və dürüst şəkildə icra etmiş və hər hansı vəzifə pozuntusuna yol verməmişdir. Əgər hər hansı pozuntu varsa onun konkret olaraq hansı vəzifəli şəxs tərəfindən, hansı vəzifələri icra etmədiyi üçün yol verməsi konkret müəyyən edilməlidir. Hər pozuntu üçün direktor ya Baş direktor məsuliyyət daşımır. Eyni zamanda protokol barəsində icraata başlanılmadan (bu barədə İXM-nin 102.2-ci maddəsində nəzərdə tutulan qərardad mövcud deyil) tərtib edilmişdir. Belə ki, ona inzibati xəta haqqında araşdırmanın başlanması haqqında qərardad da təqdim edilməmiş, protokolun tərtibi zamanı vəzifəli şəxs olaraq şəxsən ona bu barədə bildiriş verilməmiş, protokolun yazılması barədə hər hansı formada məlumatlandırılmamışdır. Belə pozuntu ilə başlanılmış və aparılan icraat üzrə işə baxılmasını doğru saymır və hesab edir ki, icraata xitam verilməlidir. Qeyd etdiklərini nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin 18.02.2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayət vermiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X11 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhəri İdarəsinin nümayəndəsi X17 izahatında göstərdi ki, X9 “xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə 06.11.2020-ci il və 12.01.2021-ci il tarixli müraciətləri ilə əlaqədar tərəflərindən müəyyən edilmişdir ki, X9 əmək haqqının və son haqq-hesabın ödənilməsində qanun pozuntularına yol verilmişdir. Buna görə də, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında 18 fevral 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən qərar qanunauyğun qəbul edildiyindən ləğv edilməsi barədə verilmiş şikayət əsassızdır və həmin şikayətin təmin edilməməsini xahiş etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kommersiya Qurumlarının dövlət reyestri məlumatları haqqında İnternet Vergi İdarəsinin portalından çıxarışdan görünür ki, nizamnamə kapitalı 50.00 manat olan «xxxx» MMC 16.12.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. X14 Xidməti Bakı şəhər İdarəsinin 12.01.2021-ci il tarixli məktubundan görünür ki, “X9 «xxxx» MMC-də əmək hüquqlarının pozulması barəsində Azərbaycan Resoubhkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X14 Xidmətinin Bakı şəhəri İdarəsində baxılır. Bununla əlaqədar X14 Xidmətinin Bakı şəhəri İdarəsinə təqdim edilmiş sənədlərə təflərindən baxılmış və inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. İnzibatı xəta haqqında icraatı rədd edən halların olmamasını nəzərə alaraq iş üzrə icraatın başlanması ilə əlaqədar 22.01.2021-ci il tarixə saat 12.00-a X14 Xidmətinin Bakı şəhəri İdarəsinə dəvət olunursuz. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması haqqında vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır.”. X14 Xidməti Bakı şəhər İdarəsinin “xxxx” MMC-nin direktoru X6 ünvanlanmış 10.02.2021-ci il tarixli məktubundan görünür ki, X9 “xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə 06.11.2020-ci il və 12.01.2021-ci il tarixli müraciətləri ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi üzrə tərtib edilmiş 22 yanvar 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə X14 Xidmətinin Bakı şəhər İdarəsinin 10 fevral 2021-ci il tarixli qərardadı məlumat üçün ona göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 18 fevral 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaş X9 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbi pozulmuşdur. Bununla da, X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və X8 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, «xxxx» MMC-nin direktoru X8 ilə “İşçi” X16 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verilmişdir. X3 Əmək Müfəttişliyinə ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək haqqı üzrə son haqq-hesabın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. X9 ərizəsi X14 tərəfindən araşdırılmış və həqiqətən də X12 işdən çıxdığı gün son haqqhesabın verilmədiyi müəyyən olunmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə X14 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi tərəfindən 22 yanvar 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, protokola baxan X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X1 Musa Məhəmməd oğlunun Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən «xxxx» MMC-nin vəzifəli şəxsi əmək qanunvericiliyinin tələblərini pozaraq işçi X2 haqq-hesabını sonuncu iş günü işçiyə verməmişdir. Bu fakt işdə olan sübutlarla bir daha təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi «xxxx» MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş “«xxxx» MMC-nin direktoru X8 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliiyn tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, «xxxx» MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 18 fevral 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 18 fevral 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar