Məhkəmə qərarları › İş №3(005)-627/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-627/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-627/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxx 2020-ci il tarixdə Nazirlər Kabineti “Xüsusi karantin rejimi”nin kəskinləşməsi ilə əlaqədar iclas keçirmiş və 124 nömrəli Qərar qəbul etmişdir. Qərara əsasən xx xxxxx 2020-ci il tarixdən hərəkət məhdudiyyətləri elan olunmuşdur. Qalxanvari vəzində əməliyyat olunduğu üçün ildə iki dəfə həkim müayinəsindən keçməlidir. Bu səbəbdən xx xxxxx 2020-ci il tarixdə dövlət orqanları tərəfindən heç bir məhdudiyyət olmadığı üçün şəxsi avtomobilində Topçubaşov adına xəstəxanaya getmək zəruriyyəti yaranmışdır. Qayıdarkən 20 Yanvar dairəsində kiçik serjant Ə.Rüstəmli tərəfindən saxlanılmış və maskasız, əlcəksiz avtomobili idarə etdiyi üçün ona qarşı protokol tərtib edilmişdir. Protokolu adi profilaktik xəbərdarlıq kimi qəbul etmiş, çünki dövlət orqanları tərəfindən məhdudiyyətlər yox imiş. 2020-ci ilin iyul ayında avtomobili texniki baxışdan keçirmək zamanı yetişmiş və baxışdan keçirmək istəyərkən əməkdaşlar 100 AZN cərimə olunduğunu bildirmiş və demişlər ki, cəriməni ödəmədən avtomobil baxışdan keçirilə bilməz. xx xxxxx 2020-ci il tarixdə ona qarşı tərtib olunmuş protokola görə 100 AZN cərimə olunduğunu birinci dəfə burada eşitmişdir və cəriməni ödəmədiyi üçün texniki baxışdan keçə bilmədiyinin səbəbini ona heç kim izah etməmiş, çünki bir-birinə aidiyyəti olmayan hərəkətlər olmuşdur. Məsələ ilə yaxından tanış olmağa başlayanda öyrənmişdir ki, DİN-ə müraciət edən vətəndaşlar qanuna zidd tərtib olunmuş protokolları ləğv etdiriblər. Bundan sonra o, da DİN-nin BDYP idarəsinə, 102 çağrı mərkəzinə, Baş Prokurorluğa, Nazirlər Kabinetinə dəfələrlə müraciət etmiş, lakin qərar ləğv olunmamışdır. Protokolları ləğv olunanlar isə 10 gün ərzində müraciət edən vətəndaşlar olmuşdur. Bundan sonra isə 100 AZN cəriməni ödəmədiyi və bu səbəbdən avtomobilini texniki baxışdan keçirə bilmədiyi üçün DİN-nin BDYPİ X4 ikinci dəfə xx.xx.2021-ci il tarixli EQ ******* protokolunun qərarı ilə İXM 339.1-1 maddəsi ilə inzibati xəta törətdiyini öyrənmişdir. BŞYPİ-də ona bildirmişlər ki, hər 20 gündən bir sistem təzələnir və yeni cərimə yazılır. Yol polisi əməkdaşları istənilən an avtomobilini cərimələri ödəmədiyini səbəb gətirərək cərimə meydançasına apara bilərlər və bu andan şəxsi əmlakından istifadə hüququ pozulmuş olacaq. Qeyd etdiklərini nəzərə alaraq xx.xx.2021-ci il tarixli Qərarın ləğv edilməsi və hüquqlarının bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə saat 12:06-da “BMW 5231” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyi aşkar edilmişdir. Bu səbəbdən də, X8 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X8 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Həmçinin məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə şikayət vermiş şəxs X1 İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, “İnzibati tənbeh vermə haqqında” xx.xx.2021-ci il tarixli qərar onun, yəni X2 barəsində deyil, X6 barəsində qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinin tələbinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar