Məhkəmə qərarları › İş №3(005)-631/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-631/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-631/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhəri DYPİ-nin rəisi X7 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri DYPİ-nin rəisi X7 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X4 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-cu il tarixdə saat 06-35-də ** LP *** dövlət qeydiyyat nişanlı “Toyota Korolla” minik markalı avtomobili ilə Bakı şəhərində, Metropolitenin Koroğlu stansiyasından Dərnəgül yolu istiqamətində hərəkət edən zaman X9i əməkdaşları tərəfindən saxlanılmışdır. Ona polis əməkdaşı tərəfindən spirtli içki qəbul edib-etməməyi haqqında sual verilmişdir. O, isə cavabında bildirmişdir ki, bir gün əvvəl az miqdarda qəbul etmişdir. Yol polis əməkdaşı tərtib etdiyi protokola o, bu haqda qeyd etmişdir. Polis daha sonra ona demişdir ki, “maşını sür arxamca”. Adını bilmədiyi yol polis əməkdaşı onu Bakı şəhəri Nizami rayonunun ərazisində yerləşən cərimə meydançasına gətirmişdir. Onu da bildirir ki, avtomobili o, özü idarə edirmiş. Belə ki, o, sərxoş deyilmiş və sərxoşluğun əlaməti də yox imiş. Avtomobili cərimə meydançasında saxladıqdan sonra həmin yol polis əməkdaşı ona bir nəfər mülki vətəndaşla Bakı şəhəri X9 İdarəsinə getməyi bildirmişdir. O isə polisin tələbinə riayət edərək Bakı şəhər X9 İdarəsinə getmişdir. Orada, yəni 20-ci kabinetdə onu Xeyrulla müəllim qəbul etmişdir. O, Xeyrulla müəllimə də demişdir ki, sərxoş deyil. Demişdir ki, əgər şübhəniz varsa sərxoşluq vəziyyəti ilə əlaqədar tibbi müayinədən keçirə bilərlər. Ancaq Xeyrulla müəllim bunu etməmiş və söhbət etdikdən sonra onu sərbəst buraxmşdır. Sonra o, gedib cərimə meydançasından avtomobilini götürüb (minib) evinə getmişdir. X9 əməkdaşları onu sərbəst buraxdıqdan sonra polislərin ona qarşı ola biləcək böhtanının qarşısını almaq və gələcəkdə günahsız olmağını sübut etmək üçün həmin tarixdə saat 11-55-də tibb müəssisəsində sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə əlaqədar müayinədən keçmişdir. Bu haqda ona 1/3157 saylı, xx.xx.2020-ci il tarixli akt verilmişdir. Həmin aktla onun ayıq olmağı sübuta yetirilmişdir. Hörmətli məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2020-ci il tarixdə X9 əməkdaşı tərəfindən tərtib edilən protokolun surəti ona bu günədək təqdim edilməmişdir. Həmin vaxtdan 2 ay 08 gün keçdikdən sonra, yəni xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhər X9 İdarəsinin əməkdaşı onun mobil telefonuna zəng edib onu həmin İdarəyə dəvət etmişdir. İdarənin 20-ci kabinetində yenidən Xeyrulla müəllim onu qəbul etmiş və ona bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrinin tələblərini pozduğuna görə, yəni təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, eləcə də nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat məbləğində cərimə olunmağı ilə əlaqədar TP ******* saylı xx.xx.2021-ci il tarixli qərarın surətini ona təqdim etmişdir. Hörmətli məhkəmənin nəzərinə çatdırır ki, qeyd edilən qanun pozuntularına o, yol verməmişdir, törətməmişdir. Əgər belə olsaydı onlar onu sərbəst buraxardılarmı? Əlbəttə yox. Beləliklə Bakı şəhəri DYPİ-nin rəisi X7 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qanunsuz və əsassızdır. Buna görə həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beləliklə Bakı şəhəri DYPİ-nin rəisi X7 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X2 həmin tarixdə spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. X1 dünən spirtli içki qəbul etdiyini, bir daha belə hala yol verməyəcəyini, tibbi müayinəyə ehtiyac olmadığını, alkotesterin göstəricisi ilə razı olduğunu bildirmişdir. Əlavə edilmiş İN 642111 nömrəli manual test rejimində xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X3 alkoqolun miqdarı 2,188 faiz olmuşdur. 1/3157 saylı, xx.xx.2020-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ayıq olmuşdur. Müayinə xx.xx.2020-ci il tarixdə saat 11:55-də keçirilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X4 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 329.1 və 333.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri DYPİ-nin rəisi X7 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar