Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-632/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X4 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK 1 № - 57/ 102-7143/ nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:13-də DİN-in 102 Xidməti-zəng Mərkəzinə müraciət edən vət. X5 məlumat verərək, Nərimanov parkının qarşısında yoldaşı İbrahimbəyli Kamranın idarə etdiyi Nissan markalı AZ ** SX *** d.q.n-lı avtomobili naməlum markalı avtomobilin vurub hadisə yerindən uzaqlaşmasını, yoldaşının yüngül xəsarət almasını bildirmişdir. HK 2 № - 1472 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:53-də BSM-dən həkim Qasımlı məlumat verərək, 1995 təv. X2 burunun küt travması xəsarəti ilə müraciət etməsini bidirmişdir. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:03 radələrində idarə etdiyi “Opel Astra-minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 3-cü zolaqla saat da 35 km sürətlə düzünə hərəkət edirmiş. Həmin vaxt atası X1 avtomobildə sərnişin qismində əyləşmiş və 3 yaşlı qızı Milayda qucağında əyləşmişdir. O, idarə etdiyi avtomobil ilə Ə.Rəcəbli küçəsi ilə Təbriz küçələrinin kəsişməsinə çatan zaman işıqforun hərəkəti qadağan edən qırmızı işığının yandığını görməmiş və idarə etdiyi avtomobilin sükanı A.Nemətulla küçəsi istiqamətində döndərib hərəkətinə davam etmişdir. Bu zaman Təbriz küçəsindən H.Məmmədov küçəsi istiqamətində dönən “Nissan Sunny-minik” ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili son anda görmüş və əyləci sıxmışdır. Bu zaman idarə etdiyi avtomobilin ön hissəsi ilə “Nissan Sunny-minik” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan arxa hissəsi toqquşmuşdur. Zərbənin təsirindən “Nissan Sunny-minik” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil isə “Opel Vectra- minik” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisədən sonra Nərimanov RPİ-nin əməkdaşı hadisə yerinə gələrək araşdırma aparmağa başlamışdır. Oda həmin araşdırmada iştirak etmişdir. Araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:03 oğlu Şəxs idarə etdiyi “Opel Astra-minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 3-cü zolaqla saat da 35 km sürətlə düzünə hərəkət edirmişlər. Həmin vaxt o, avtomobildə sərnişin qismində əyləşmiş və 3 yaşlı nəvəsi Milayda qucağında əyləşmişdir. Onlar avtomobil ilə Ə.Rəcəbli küçəsi ilə Təbriz küçələrinin kəsişməsinə çatan zaman Vasif işıqforun hərəkəti qadağan edən qırmızı işığının yandığını görməmiş və avtomobilin sükanını A.Nemətulla küçəsi istiqamətində döndərib hərəkətinə davam etmişdir. Bu zaman Təbriz küçəsindən H.Məmmədov küçəsi istiqamətində dönən “Nissan Sunny-minik” ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili son anda görmüş və əyləci sıxmışdır. Bu zaman avtomobilin ön hissəsi ilə “Nissan Sunny-minik” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan arxa hissəsi toqquşmuşdur. Zərbənin təsirindən “Nissan Sunny-minik” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil isə “Opel Vectra-minik” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisədən sonra Nərimanov RPİ-nin əməkdaşı hadisə yerinə gələrək araşdırma aparmağa başlamışdır. O, da həmin araşdırmada iştirak etmişdir. Araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:03 rarələrində özünə məxsus idarə etdiyi “Nissan Sunny-minik” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə A.Nemətulla küçəsi istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində 4 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla hərəkət edirmiş. O H.Məmmədov küçəsi istiqamətində dönmək üçün nizamlayıcının hərəkəti qadağan edən qırmızı görüb, dayanmışdır. Yaşıl işıq yandıqdan sonra isə hərəkətə başlamışdır. Bu zaman Ə.Rəcəbli küçəsi istiqamətindən qırmızı işıqda hərəkət edən “Opel Astra-minik” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun avtomobilinin sağ yan hissəsi toqquşmuşdur. Zərbənin təsirindən avtomobili fırlanmış və “Opel Vectra-minik” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisə nəticəsində xəsarət almışdır. Xəstəxanada müayinədən keçib, Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Araşdırma zamanı X9 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:03 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Vectra-minik” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə A.Nemətulla küçəsi istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində 4 zolaqdan ibarət avtomobil yolunda sağdan 3-cü zolaqla saat da 40 km sürətlə düzünə hərəkət edirmişdim. O, idarə etdiyi avtomobil ilə H.Məmmədov küçəsi istiqamətində dönmək üçün nizamlayıcının hərəkəti qadağan edən qırmızı işığının yandığını görüb, avtomobilini dayandırmışdır. O, hərəkətdə icazə verən yaşıl işığın yandığını gördükdən sonra hərəkətə başlamışdır. Bu zaman onunla parallel hərəkət edən "Nissan Sunny-minik” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel Astra-minik” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Zərbənin təsirindən “Nissan Sunnyminik” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi fırlanaraq onun avtomobilinin sağ hissəsinə çırpılmışdır. Hadisədən sonra Nərimanov RPİ-nin əməkdaşı hadisə yerinə gələrək araşdırma aparmağa başlamışdır. O, da həmin araşdırmada iştirak etmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2024-cü il tarixli, 31-M nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarət – burun qanaxması ilə müşayiət olunan sümüklərinin yerdəyişməyən qapalı sınığı-küt əşyanın təsirindən törənmişdir; qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsi əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin tələbinə əsasən, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə—hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-632/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-632/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver