Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-635/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 DİN Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25976320 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25976320 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsində göstərmişdir ki, DİN Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş «inzibati tənbeh vermə haqqında» EQ 25976320 saylı, xx.xx.2025-ci il elektron qərarının «Qərara alınır» hissəsində göstərilmişdir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə, barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. DİN Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25976320 saylı elektron protakola (qərara) və inzibati xəta haqqında işin digər materiallarına baxaraq, «Müəyyən edildi» X5, xx.xx.2025ci il tarixində 16:53:48-də Bakı şəhəri, Nizami rayonu Ş.Mirzəyev küçəsi ərazidə, «HUNDAİ İX35» minik markalı ** KA *** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə, nəticədə X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş tutulmuş inzibati xəta dörədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsini rəhbər tutaraq qərar qəbul edilmişdir. Qeyd, «İnzibati tənbeh verilmə haqqında» EQ 25976320 saylı, xx.xx.2025-ci il tarixli elektron X2 xx.xx.2025-ci il tarixində ünvanlanmış şikayətindən sonra xx.xx.2025-ci il tarixində Bakı şəhər X8 İdarəsinin X8 İdarəsi vasitəsilə təqdim olunmuşdur. Odur ki , həmin Qərardan şikayətin verilmə müddəti ötürülməmişdir. Qeyd edir ki, inzibati xəta haqqında iş üzrə heç bir araşdırma aparılmamış, yalnız protokolda port kompyuter tərəfindən çəkilmiş, dövlət qeydiyyat nişanı ümumiyyətlə görsənməmiş əsassız olaraq qərara köçürülmüş və nəticə etibarı ilə DİN Baş X8 İdarəsinin port kompyuter tətəfındən qəbul edilmiş «İnzibati tənbeh vermə haqqında» EQ 25976320 saylı, xx.xx.2025-ci il tarixli elektron qərar qanunsuz çıxarılmış və kobud qanun pozulmasına yol verilmişdir. Bundan başqa, elektron qərarda və qərara əlavə olunmuş foto şəkil və vidio görüntülərdə onun mülkiyyətində olan HUNDAİ İX35 minik markalı ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumiyyətlə açıq aydın görsənməməsi həmin inzibati xəta haqqında işin ona məxsus edilməsi qanunsuz və əsassızdır. Eləcə də tərtib edilən qanunsuz elektron protokol ümumiyyətlə heç araşdırlmamışdır. Çünki elektron tərtib olunmuş elektron protokolda qeyd olunan X5 7 aydan artıqdır ki, Azərbaycan Respublikasından kənarda yaşayır. Belə olan halda inzibati tənbeh tətbiq olunması qanunsuzdur. Açıq-aşkardır ki, inzibati xəta haqqında is bilə-bilə qərəzli, qeyri-obyektiv və ədalətsiz aparılmışdır. Odur ki, DİN Baş X8 İdarəsinin port kompyuter tətəfındən çəkilmiş foto şəkillər və qəbul edilmiş «İnzibati tənbeh verinə haqqında» EQ 25976320 saylı, xx.xx.2025-ci il tarixli elektron qərarın tərtib olunması bilə-bilə edilmiş qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməli, eləcə də, qərar ləğv olunmaqla inzibati xəta işinin icraatına xitam verilməlidir. Məlumat üçün qeyd etmək istəyir ki, özünə məxsus olan "HUNDAİ AX35” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobildən gündəlik istifadə etmir, demək olar ki, il ərzində hər hansı bir yol hərəkəti haqqında qanunun tələblərini pozmur. Lakin xx.xx.2025-ci il tarixində saat təxminən 16:53 radələrində ona məxsus telefona sms radar tətbiqi vasitəsilə İnzibati Xətalar Məcəlləsinin 330.0.1 maddəsi ilə EQ 25976320 saylı protokolu ilə cərimələndiyi haqqında məlumat daxil olmuşdur. Sübutlarla tanış olduqda məlum oldu ki, video görüntü mövcud deyildi, habelə şəkillərdən nəqliyyat vasitəsinin nömrəsi və seriyası görünmür. Bu barədə Baş X8 İdarəsinə avtomaşının mülkiyyətçisi şikayət vermişdir ancaq yenədə bu barədə protokol dəyişilməmişdir. Ancaq həmin foto şəkillərə və videoya baxanda etibarnamə verildiyi avtomaşının dövlət qeydiyyat nişanlı nömrəsi tam aydın görsənmir. Digər tərəfdən, həmin video yazıya nəzər yetirəndə görsənir ki, piyada həmin piyada keçidində ümumiyyətlə hərəkət etmədən dayanmış və kimisə gözləyir. Belə olan halda İXM-nin 330.0.1-ci maddəsinin tənbehi nəzərdə tutulmamalıdır. Videodan tam açıq aydın görsənir ki, ardıcıllıqla 4-5 maşın keçir, lakin piyadalar piyada keçidində kimisə gözləyirlər və bu zaman arxadan gələn başqa piyada həmin şəxsə işarə verdikdən sonra piyadalar yollarına davam edirlər. Ümumiyyətlə piyadalar həmin vaxt heç piyada keçidindən keçmək niyyətində olmamışdır. Belə olan halda heç bir qanun pozuntusu ola bilməz. Əlavə onu da qeyd edir ki, xətanı təyin etmək üçün öncədən düzgün nəqliyyat vasitəsinin markasını, rəngini və dövlət qeydiyyat nişanını dəqiq müəyyən etmək lazımdır. Foto və video görüntülərdən nəqliyyat vasitəsinin markası rəngi təyin olunmuş lakin, həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı nömrəsi tam açıq aydın görsənmir. Məhkəmə iclasında iştirak etmiş şikayət vermiş şəxs X5 vermiş olduğu şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25976320 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 330.0.1-ci nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X5 tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25976320 saylı inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2025-ci il tarixdə saat 16:53:48-də Nizami rayonu, Ş.Mirzəyev küçəsi ərazisində İXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X3 xx.xx.2025-ci il tarixdə inzibati xətanı törətməsini müəyyən etmək mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən xx.xx.2025-ci il tarixli EQ 25976320 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 inzibati tənbeh olunmasına dair Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25976320 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Baş X8i İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə cərimə olunmasına dair Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25976320 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Baş X8i İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-635/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-635/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver