Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-636/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ seriyalı 26219097 saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: X5 onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ seriyalı 26219097 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində şəxsi istifadəsində olan Mercedes Benz 220 markalı **-UC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilimlə Bakı şəhəri Nərimanov rayonu Z. Bünyadov prospekti 1-ci km-də 20 yanvar istiqamətində hərəkətdə olan zaman nəqliyyat vasitəsini texniki baxışdan keçirtmədən idarə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 339.1.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Bununla bağlı DİN Baş X7 İdarəsinin EQ 26219097 saylı qərarı, şəxsi istifadəmdə olan mobil telefonuna “AsanPay” vasitəsilə bildiriş formasında göndərilmişdir. EQ 26219097 saylı qərarı əlbəəl xx.xx.2025-ci il tarixində Xətai rayon DYP şöbəsindən götürmüşdür. Şəxsi istifadəsində olan Mercedes Benz 220 markalı **-UC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilimi növbəti texniki baxışdan keçirtmək üçün Bakı şəhəri Sabunçu rayonu Zabrat-Maştağa şossesi ünvanında yerləşən AR DİN-nin BDYPİ-nin X4 1 noyabr 2024-cü il tarixindən 24 fevral 2025-ci il tarixədək dəfələrlə müraciət etməyinə baxmayaraq nəqliyyat vasitəsini texniki baxışdan keçirmək mümükün olmamışdır. Buna səbəb, EQ 21878948 saylı elektron qərar əsasında ödənilməmiş cərimə borcu olduğuna görə MMX-nin vəzifəli şəxsi tərəfindən sistemə girişə qadağa qoyulmuşdur. X3 inspektoruna EQ 21878948 saylı elektron qərarın ləğvi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-2576/2024 saylı qərarının olduğunu bildirmişdir. Mərkəzi səlahiyyətli nümayəndəsi isə qeyd etdiyim problemin həlli, X3 səlahiyyəti xaricində olduğundan və bu barədə BDYPİ-nə müraciət etməyini məsləhət etdi. Bununla bağlı BDYPİ-nin 902 qaynar xəttinə dəfələrlə nüraciət etməyinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir.EQ 21878948 saylı qərarla bağlı cərimənin ödənilməsi müddəti başa çatmadığından və eyni zamanda bu qərarla bağlı məhkəmə mübahisəsi davam etdiyindən şəxsi istifadəmdə olan ** UC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə texniki baxışdan keçirilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldlrlmasma və xx.xx.2024-cü il tarixindən cərimə məbləğinin 1 faizi qədər dəbbə pulunun hesablanmasının dayandırılması və nəticəsi barədə müraciətinə məlumat verilməsi üçün xx.xx.2024-cü il tarixində cavabdeh qurumun rəhbərliyinə rəsmi müraciət edilmişdir. Bu günə qədər cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli müraciətinə rəsmi cavab verilməmişdir.Eyni zamanda xx.xx.2024-cü il tarixində Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin şəxsən qəbulunda olmuşam lazımı sənədləri ona təqdim etsəmdə heç bir tədbir görülməmişdir. Şikayət ərizəsinə əlavə edilmiş sübutlardan da göründüyü kimi EQ 21878948 saylı elektron qərarla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarının qanuni qüvvəyə minməsindən xeyli vaxt 3 ay keçməsinə baxmayaraq cavabdeh qurum məhkəmə qərarını icra etməməkdə israrlıdır. DİN Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 21878948 saylı elektron qərarı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarı ilə ləğv edils də bugünə qədər MMX-nin sistemindən cərimə borcu kimi qalmaqdadır. Buna görə də şəxsi istifadəmdə olan Mercedes Benz 220 markalı **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirtmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Mercedes Benz 220 markalı **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirtmədən idarə etdiyinə görə, əsassız olaraq DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26219097 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 339.1.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində qərar qəbul edilən şəxs X5 inzibati qərarın qanunsuz olduğunu, əvvəl də bir dəfə məhkəmə tərəfindən qərar ləğv edilərək araşdırma üçün X8 İdarəsinə göndərilsə də yenidən onu dəvət etmədən eyni məzmunlu qərar qəbul edildiyini bildirmişdir. Barəsində tərtib edilmiş protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nın Yol Patrul Xidməti xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında EQ seriyalı 26219097 saylıinzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 50 manat miqdarında cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 3595/2024 saylı qərarından aydın olur ki, X2 tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 16/1- 159519 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Beləliklə iş üzrə müəyyən edilir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarı ilə X5 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-159519 saylı protokol üzrə qərar ləğv olunmuşdur. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X5 texniki baxışdan keçmək üçün müraciətlər etsə də, məhkəmə tərəfindən ləğv olunmuş qərar üzrə cərimə borcunun ödənilməsinin istənilməsi və nəticədə yenidən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s) istintaq etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarı ilə X2 tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-159519 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin inzibati qərar üzrə sistemdə müvafiq düzəliş edilmədən şəxsin barəsindəyenidən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin EQ seriyalı 26219097 saylı xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər X7 tərəfindən qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ seriyalı 26219097 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-636/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-636/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver