Məhkəmə qərarları › İş №3(005)-638/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-638/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-638/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə X3 barəsində Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, 12 Yanvar 2025-ci il tarixində saat 17:44 radəslərində etibarnamə ilə idarə etdiyi 77 -UB-746 dövlət qeydiyyat nişanlı KİA Spoertage minik markalı avtomobili ilə Xətai prospektində yerləşən “Günaydın" restoranın həyətindən çıxaraq sol tərəfindəki istiqamətdə nəqliyyat axınına svetoforun yaşıl işığının yanmasını gözləyərək həmin axına paralel və heç bir nəqliyyat vasitəsinə maneə törətmədən “Təhsl Nazirliyi” istiqamətində hərəkətimi davam etmişdir. Yol ayrıcını keçdikdən sonra DYP-in YPX əməkdaşı nəqliyyat vasitəsinin durdurulmasını tələb etdi. Avtmobilinə yaxınlaşaraq bildirdi ki, o svetoforun qadağaedici siqnalında hərəkətini davam etdirmişdir. Yəni o sağ tərəfində olan svetoforu əsas tutmalıymış, onun yaşıl işığı yandığında ilkin olaraq o öncə sol tərəfə-solumdakı körpüyə doğru hərəkət etməli, daha sonra körpünün altından geri dönmə manevri etməli, daha sonra isə üzü “Təhsil Nazirliyi” istiqamətində hərəkət etməli imiş. O, da bunun absurd olduğunu söyləmişdir. Çünki o, “Günaydın” restoranından çıxarkən qarşısında heç bir svetoforun olmadığını söylədi. Svetoforlar yalnız sol və sağ istiqamətindəki maşınlar üçündür. Həmçinin onun yolun hərəkət hissəsinə çıxdığı yerdə düzünə və sağa üfüqü nişanlama xəttləri mövcuddur. Hətta bir neçə dəfə olub ki, YPX əməkdaşları bu şəkildə hərəkətimin davam etdirilməsini söyləyiblər. Orada hər zaman YPX əməkdaşı olur və o birinci dəfədir ki, belə manevr etmir. Hər zaman bu şəkildə hərəkətimə davam etdirmişdir. Həmçinin o qeyd etmişdir ki, onun önündə yolayrıcına qədər heç bir svetafor yoxdur. Onun sağında və ya solunda olan svetoforlar onun hərəkətini tənzimləmirlər. Ayrıcına qədr olan svetaforun siqnallarına əməl etməlidir. Onun qarşında da heç bir svetofor yoxdur. Dediklərinə heç bir önəm vermədən İXM-in 327.2-ci maddəsi ilə yəni setaforuun qadağaedici siqnalında hərəkətin davam etdirilməsi ilə bağlı 100 manat və 3 bal olmaqla İXP6813038 nömrəli protokol tərtib etdi. O, yol ayrıcını səhv keçmiş o zaman yol ayrıcının keçilmə qaydası ilə onu cərimələndirməlisiniz bir halda ki ona düzünə hərəkət etməyinə icazə yoxdursa. Yox əgər svetoforu əsas tutursunuzsa bəs o zaman o nə zaman yolu keçməlidir? Bir halda ki, dediyiniz sağındakı svetoforun yaşıl işığı yanan zaman onun həmin yolu düzünə keçməyi mümkün deyil. Sözügedən yuxarıdakı inzibati protokol haqqında şikayətini yazılı surətdə Bakı Baş Yol Polis İdaərəsinə müraciət etmişdir. Lakin İXP in düzgün yazılması haqqında qərar çıxarılıb. O, bu qərardan şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, qərardan şikayət vermiş şəxs və inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdırlar. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli“İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddə də nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X2 Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar