Məhkəmə qərarları › İş №3(005)-639/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-639/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-639/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şikayət vermiş şəxs X3, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli qərarının ləğv olunması barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, BNA tərəfindən barəsində ******* nömrəli, 31.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında əsassız və qanunsuz qərar tərtib edilmişdir. Belə ki, evdə olduğu halda ona 31.01.2022-ci il tarixdə sms gələrək AR İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyi bildirilmiş və ona məxsus elektron kabinetə qardaşının mülkiyyətində olan **-KG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Nərimanov rayonu, Ə.Rəcəbli küçəs 7g ünvanında olarkən çəkilmiş fotoşəkilləri (içərisində sürücünün olmadığı) yerləşdirilmişdir. O, həmin gün **-KG-*** nörməli avtomobili idarə etməmiş, bütün gün evdə dincəlmiş, ümumiyyətlə həmin avtomobilin mülkiyyətçisi və idarə edən şəxs qardaşı X4r və həmin gün avtomobil onun tərəfindən idarə edilmişdir. BNA onun dayanma və durma qaydalarını pozduğunu sübut etsin ki, o, həmin gün nəqliyyat vasitəsini idarə etmiş və hansısa inzibati xətaya vol vermişdir. BNA qardaşına ünvanladığı 09.02.2022-ci il tarixli məktubunda qeyd edir ki, “HYUNDAİ ACCENT” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil 31.01 2022-ci il tarixində, saat 17:09 radələrində Əhməd Rəcəbli, 7g ünvanında 5.9 nişanı ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda saxlanılaraq Yol hərəkəti haqqında Qanunun 48-ci maddəsinin İV hissəsinin tələbi pozulmaqla İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, Akşin Qocayevin barəsində BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı tərtib edilmişdir və İnzibatı Xətalar Məcəlləsinin 122.2-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh vermə haqqında qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin (AR Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi) məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi, nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs barəsində tətbiq edilir. Nəqliyyat vasitəsini idarə etmədiyi halda hansı məntiqlə onun barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edildiyi ona aydın deyil. BNA nəqliyyat vasitəsinin mülkiyyətçisi olan qardaşına ünvanladığı 09.02.2022-ci il tarixli cavab məktubunda bildirir ki, İXM-nin 122-ci maddəsi üzrə icraat apararaq onun barəsində inzibati xəta haqqında qərar qəbul edib. Daha sonra isə buna tam zidd 28.02.2022-ci il tarixli məktubla cavab verərək bildirir ki. "BNA ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək formata uyğun tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 izahatında göstərdi ki, Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli 31 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə 31.01.2022-ci il tarixdə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində «Hyundai Accent» minik markalı, 99KG430 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə, yəni dayanma və durma qaydalarını pozduğuna görə barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar qanunidir, buna görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli 31 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 31.01.2022-ci il tarixdə saat 17:09-də Bakı şəhəri Əhməd Rəcəbli küçəsində «Hyundai Accent» minik markalı, 99KG430 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Fotoşəkillərdən aydın olur ki, 31.01.2022-ci il tarixdə 99KG430dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən dayanma və durma qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Məhkəmə iclasında müəyyən edildi ki, «Hyundai Accent» minik markalı, 99KG430 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ sonuncu dəfə X7 tərəfindən 08.06.2021-ci il tarixdə 26.12.2023-cü il tarixinədək X5 etibar edilmişdir. İnzibati qanunvericiliyin tələblərinə əsasən inzibati tənbeh vermə haqqında qərar nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, yəni X6 barəsində çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. İnzibati tənbeh vermə haqqında qəbul etmiş səlahiyyətli şəxsin əldə etdiyi sübutlar X6 tərəfindən İXM-in 346.1-ci maddəsinin tələblərini pozduğunu təsdiq edir. Bu səbəbdən X3 Bakı Nəqliyyat Agentliyinin 31.01.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı Nəqliyyat Agentliyinin 31.01.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, Bakı Nəqliyyat Agentliyinin 31.01.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar