Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-64/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndə və vəkili Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 398-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətiBakı şəhəri X5 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətiBakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixdə, saat 13:20-də "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 118 A ünvanında yerləşən “Hazırlıq kursları”nda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, 11676,49 (on bir min altı yüz yetmiş altı manat, 49 qəpik) manat gəlir (mənfəət) əldə etdiyi müəyyən edilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndə və vəkili Vəkil protokola etiraz edərək bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində yoxlama aparılmış, Akt tərtib edilmiş və guya “qanunsuz sahibkarlıq fəaliyyəti aşkar etdiyindən” Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin pozulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi Şəxs MMC-nin “Hazırlıq kursunda” lisenziya tələb olunduğu halda belə lisenziya olmadan guya peşə təhsili (əlavə təhsil) fəaliyyəti ilə məşğul olduğu üçün inzibati məsuliyyətə cəlb edilməsi Şəxs MMCnin 11 min illik gəlir əldə etdiyini və bunun müvafiq misli həcmində cərimə edilməsini tələb edir. Bildirilir ki, Şəxs MMC tərəfindən peşə təhsili (əlavə təhsil) fəailiyyəti göstərilmir. Cəmiyyət tərəfindən müqavilə əsasında sifarişçi müəsisələrin işçilərinə əməyin mühafizəsi üzrə təlimkonsultasiya xidmətləri göstərilir. Bu barədə yoxlayıcılara bildirilsə də, nədənsə nəzərə alınmamışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, müəsisələrin işçilərinə əməyin mühafizəsi üzrə təlim-konsultasiya xidmətləri üzrə gəlirlər köçürmə yolu ilə həyata keçirilir. Müəssisənin bank hesabına daxil olmuş vəsaitlər isə müəssisə tərəfindən bağlanılmış xidmət müqavilələri əsasında daxil olmuşdur. Bütün vəsaitlər müqavilə əsasında daxil olmuşdur və həmin müqavilələr təlimkonsultasiya, təlim xidmətləri, təlim və sertifikatlaşdırma xidmətləri ilə bağlı həyata keçirilmişdir. Təkrarən bildirilir ki, onların göstərdiyi xidmətlər əməyin mühafizəsi ilə bağlıdır və bununla bağlı təlimlər keçirilmişdir. Bundan başqa xidmət fəaliyyəti mövcud olmamışdır. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırılır ki, Şəxs MMC-nin hədəflərindən biri cəmiyyətin fəaliyyətini genişləndirməkdir. Belə ki, cəmiyyət əlavə təhsil müəsisəsi kimi fəaliyyət göstərməsi üçün 2022-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilmişdir. İqtisadiyyat Nazirliyindən müvafiq razılıq əldə edildikdən sonra o istiqamətdə ayrıca layihələr mövcuddur ki, o layihələr çərçivəsində böyük kollektiv cəlb ediləcəkdir və bu fəaliyyətə başlanılacaqdır. Hal-hazırda Şəxs MMC-də 3 işçi fəaliyyət göstərir və bu şəxslər isə yalnız təhlükəsizlik təlimlərinin keçirilməsi ilə məşğuldurlar. Bununla bağlı müqavilələri işə əlavə edilmişdir. Belə ki, əldə edilmiş gəlirlər məhz bu müqavilələr əsasındadır, Şəxs MMC qanunsuz sahibkarlıq fəailiyyəti ilə məşğul deyildir. Şəxs MMC rəsmi qaydada vergi orqanında qeydiyyatdan keçməklə müvafiq VÖEN-ə malikdir. Cəmiyyət əməyin mühafizəsi üzrə təlim-konsultasiya xidmətlərindən əldə etdiyi gəlirlərdən vaxtlı vaxtında sosial sığorta və vergilərini ödəmişdir. Bu istiqamətdə vergi orqanı tərəfindən hər hansı bir irad bildirilməmişdir. Sadalananları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “X4nin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7165 qərardan görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, 118 A ünvanında yerləşən obyektdə lombardların fəaliyyəti hallarına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdə başlanır, xx.xx.2022-ci il tarixədək X4nin həyata keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2022-ci il tarixli, KY221873911 nömrəli çıxarışın surətindən görünür ki, Şəxs MMC-də plandankənar (növbədənkənar) X4 xx.xx.2022-ci il tarixdə başlanır, xx.xx.2022-ci il tarixdə bitir; xx.xx.2022-ci il tarixli “Lisenziya tələb olunan fəaliyyət növləri belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə X4nin nəticələri haqqında Akt”dan görünür ki, Bİ-nin X4 İdarəsinin Operativ nəzarət şöbəsinin əməkdaşları Şəxs MMC-də X4ni həyata keçirərkən, Şəxs MMC tərəfindən lisenziya tələb olunduğu halda belə lisenziya olmadan peşə təhsili (əlavə təhsil) fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilmişdir. İnspeksiya xidmətlərinin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, 04/10-001 saylı müqavilədən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "KİM CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti» baş direktoru X1 şəxsində, bundan sonra «Sifarişçi» adlandırılacaq» Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “DCS Group" Məhdud Məsuliyyətli Cəmiyyəti, direktoru X3 şəxsində, bundan sonra “İcraçı" adlandırılacaq, (birlikdə 'icraçı" və ''Sifarişçi” Tərəflər" adlandırılacaq) Tərəflər“ arasında aşağıdakı şərtlərlə müqavilə bağlamışlar. "xxxx"' Məhdud Məsuliyyətli Cəmiyyəti təlim xidmətlərinin göstərilməsini sifariş verib Şəxs MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi, «İcraçı» isə «Sifarişçisnin müəyyən etdiyi qaydada təlim xidmətləri (bundan sonra “Xidmət") göstərməyi öhdəsinə götürmüşdür. “Təlim xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2022-ci il tarixli, 01/16-001 saylı müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təlim xidmətlərinin göstərilməsini sifariş verib Şəxs MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi, «İcraçı» isə «Sifarişçinin müəyyən etdiyi qaydada təlim xidmətləri (bundan sonra “Xidmət") göstərməyi öhdəsinə götürmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-in 398-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 20.2. Peşə təhsili mülkiyyət formasından asılı olmayaraq peşə təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün lisenziyası olan ayrı-ayrı təşkilatların, müəssisələrin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və digər müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir 24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır. Göründüyü kimi, təhsil fəaliyyətinin həyata keçirilməsi üçün rəsmi sənəd lisenziya tələb olunur. İş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən sifarişçi müəsisələrin işçilərinə əməyin mühafizəsi üzrə təlim-konsultasiya xidmətləri göstərilir. Bu hal iş materiallarına əlavə edilmiş “Təlim xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2022-ci il tarixli, 01/16-001 saylı müqavilə və İnspeksiya xidmətlərinin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, 04/10-001 saylı müqavilə ilədə sübuta yeirilir. Sözügedən Qanunda isə bu fəaliyyətin həyata keçirilməsinə dair lisenziya nəzərdə tutulmamışdır. Məhkəmə, Şəxs MMC-nin əməlinə münasibətdə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni də rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı sübuta yetmədiyindən adı çəkilən MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur, buna görə də qeyd edilən hüquqi şəxs İXM-in 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 13 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-64/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-64/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver