Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-641/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X9 vəkili “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası X3 nümayəndələri X4 və X6 iştirakları ilə, Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X9 vəkili Nümayəndə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 vəkili Nümayəndə, Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən X9 barəsində İXM-in 447.0.1-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar tərtib edilərək ona 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə tədbiq edilmişdir. Belə ki, səlahiyyətli orqan qərarı onunla əsaslandırmışdır ki, 4k22Njx/LAB05-23010-T-010 nömrəli sınaq protokoluna əsasən idxalçısı "xxxx" MMC olan “Normoday” №30 nişanli 30 tabletlik bioloji aktiv qida məhsulunun tərkibində Vitamin C və Kalium miqdarı məhsulun etiket məlumatları ilə uyğunsuzluq təşkil etmişdir. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olaraq 4k22Njx/LAB05-23010-T-010 nömrəli sınaq protokolu (xx.xx.2024-cü il tarixli MN1520963 saylı inzibati xəta haqqında protokol) göstərilmişdir. Hesab edir ki, İXM-in 447.0.1-ci maddəsi ilə barələrində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. X3 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimovun tərtib etdiyi qərar ətraflı araşdırma aparılmadan və müfəssəl təsvir göstərilmədən, protokolun tərtib edilməsi qaydaları pozulmaqla və tərəfin iştirakı təmin edilməməklə çıxarılmış, sübutlar qeyd edilməyərək mülahizələr əsasında, sadəcə qərəzli yanaşma və hüquqi uyğunsuzluqlar nəticəsində tərtib edilmişdir. Nəticədə isə, X9 barəsində qanunazidd olaraq 1500 manat miqdarında inzibati cərimə tədbiq edilmişdir. Belə ki, "xxxx" MMC-nin idxalçısı olduğu “Normoday tablet” №30 məhsulu 2022-ci ilin yanvar ayında ölkəyə gətirilmiş, bioloji fəallığa malik qida əlavəsinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” X15 tərəfindən verilmiş B/753/2021 saylı, xx.xx.2021-ci il tarixli ekspertiza rəyinə və X5 Tərəfindən verilmiş A2-20010312/İD-Q-220001 nömrəli xx.xx.2022-ci il tarixli Qida təhlükəsizliyi sertifikatına əsasən rəsmiləşdirilmiş və satışı həyata keçirilmişdir. Partiya nömrəsi EX2021-001, istehsal tarixi xx.xx.2021-ci il olan “Normoday” №30 məhsulundan yuxarıda adları qeyd edilən səlahiyyətli hər iki orqanın nümayəndələri tərəfindən nümunələr götürülmüş, lazımi analizlər və yoxlamalar aparılmış, yekun nəticədə isə məhsulun istifadəyə və satışa yararlı olduğu verilən sertifikat və rəylə təsdiqlənmişdir. Məhsul bütün norma və standartlara cavab vermişdir və buna dair AQTA inzibati akt qəbul etmişdir. Həmin məhsulun son partiya qalıq hissəsi "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 769669 nömrəli, xx.xx.2022-ci il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura əsasında satılmışdır. Həmin tarixdən etibarən "xxxx" MMC-nin mülkiyyətində və istifadəsində “Normoday” №30 məhsulu qalmamış və daha sonrada idxal edilməmişdir. Gətirilən məhsulun xx.xx.2022-ci il tarixdən etibarən ölkə üzrə satışı şirkətləri tərəfindən yekunlaşdırılmışdır. Onara məxsus anbarda və digər saxlama yerlərində məhsul nümunəsi qalmamışdır. Cəmiyyət tərəfindən məhsulun pərakəndə satışı həyata keçirilmədiyindən malların hansı satış nöqtələrinə verilməsi, onlardan göndərildikdən sonra hansı saxlanma şəraitində saxlanılması, istifadə qaydalarına riayət edilib-edilməməsi məsələlərindən xəbərdar olmamışlar. Eyni zamanda məhsulun ölkəyə gətirildiyi və tərəflərindən topdan satıldığı zaman qablaşmasında və markalanmasında heç-bir nöqsan olmamışdır. Bütün bunlar, məhsulun hal-hazıradək topdan alıcı tərəfindən onlara geri qaytarılmaması və rəsmiləşmə zamanı nöqsan aşkar edilməməsini təsdiq edən sertifikat və digər sənədlərlə sübuta yetirilir. AQTA-nin 2023-cü ilin noyabr ayında keçirdiyi yoxlamalar zamanı bəzi ticarət nöqtələrindən xx.xx.2023-cü il tarixdə götürülən nümunələr onlara məlum olmayan yerlərdən götürülmüş, hansı şəraitdə saxlanıldığı göstərilməmiş və götürüldüyündən 5 gün sonra, xx.xx.2023-cü il tarixdə AQTİ X1 təqdim edilmişdir. Həmin gün məhsullara dair sınaq başladılmış və yalnız xx.xx.2023-cü il tarixdə sınaq yekunlaşdırılmışdır. Çıxarılmış 4k22Njx/LAB05-23010-T-010 nömrəli sınaq protokolunda qeyd edilmişdir ki, “Normoday” №30 məhsulunda sınaq nəticələrinə əsasən uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, məhsul içərisində yer alan Vitamin C və Kalium (K) etiket məlumatlarında göstərilən səviyyədə deyildir. Bütün bunlar barədə onlara əvvəlcədən məlumat verilməmiş və heç-bir bildiriş təqdim edilməmişdir. AQTA-nin Bakı Regional Bölməsi tərəfindən 20 dekabr 2023cü il tarixdə "xxxx" MMC barəsində Yoxlamanın aparılması haqqında YPK-0913-23 saylı qərar (Zaur Kərimov) qəbul edilmişdir. Həmin qərarda yoxlamanın növü plandankənar olaraq qeyd edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında yoxlama keçiriləcəyi və yoxlamanın ünvan 1 ünvanında onlara məxsus olmayan təsərrüfat obyektində keçiriləcəyi qeyd edilmişdir. Yoxlamanın keçirilməsinə əsas olaraq isə “İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması göstərilmişdir. Həmçinin, plandankənar yoxlamanın keçirilməsi ilə bağlı reyestrdə sıra nömrəsi 1181, 1192 və 1193 olan yoxlama suallarının siyahısının “təsdiq edilməsinə dair” akt və digər sənədlər 24 yanvar 2024-cü il tarixdə vəkil Nümayəndə Bakı Regional İdarənin inzibati binasında olan zaman tələbi əsasında onlara təqdim edilmişdir. Tərəflərindən həmin qərara və əvvəlcədən onlara çatmış xx.xx.2023-cü il tarixli 3-44-1/2-1-12600/23 saylı məktuba baxış keçirilən zaman məlum olmuşdur ki, səlahiyyətli orqan heç-bir araşdırma aparmadan, öz mülahizələrinə əsasən və prosessual qanunvericiliyin tələblərini pozmaqla bu qərarı qəbul etmişdir. xx.xx.2023-cü ii tarixli 3-44-1/2-1-12600/23 saylı məktubda qeyd edilmişdir ki, plandankənar yoxlama 20 gün müddətinə, xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Lakin təqdim edilmiş iş materiallarında və digər sənədlərdə bu hərəkətə dair heç bir qərar qəbul edilmədiyi məlum olmuşdur. Əlavə edir ki, Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, qərarda qeyd edilən ünvan 1 ünvanında yerləşən anbar onların istifadəsində deyildir və həmin obyektdə heç bir təsərrüfat işləri aparmırlar. Həmçinin, yoxlamanın aparılmasına səbəb kimi göstərilən halların nələr olması qeyd edilməmiş və məlumatın, daxil olmuş konkret faktların nələr olması qərarda öz əksini tapmamış və onlara bu barədə heç-bir məlumat verilməmişdir. Plandankənar yoxlamanın keçirilməsi ilə bağlı reyestrdə sıra nömrəsi 1181, 1192 və 1193 olan yoxlama suallarının siyahısının “təsdiq edilməsinə dair” aktdan görünür ki, yoxlayıcılardan Hətəm Dadaşzadə yoxlama suallarını öz imzası ilə təsdiq etməmişdir. Eyni zamanda yoxlamanın aparılması zamanı qoyulacaq suallar da qanunvericiliyə zidd olaraq seçilmişdir və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın çıxarılmasına əsas olmuş yoxlama zamanı ümumiyyətlə bu suallar yoxlanılmamışdır. Xüsusilə qeyd edir ki, yoxlamanın nəticələri üzrə YPK/0913-23 saylı, xx.xx.2024-cü il tarixli qərarda inzibati orqan 136 saylı, reyestr nömrəsi 1193 olan “Qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun qablaşdırılıb və markalanıbmı?” sualına cavab olaraq öz mülahizələrini qeyd etmiş və aşkar olunmuş pozuntunun nə olmasını, buna səbəb olan halları və ən nəhayətində barəsində inzibati cərimə tədbiq edilən şəxsin hansı hərəkət və ya hərəkətsizliyinin bu pozuntuya səbəb olmasını qeyd etməmişdir. Nəzərə alınsa ki, sual məhsulun qablaşdırılması və markalanması ilə bağlıdır və bu məsələlər artıq inzibati orqanın vaxtı ilə apardığı yoxlaması ilə standartlara uyğun olduğu öz təsdiqini tapmış idi. Həmçinin digər iki sual ümumiyyətlə iş materiallarında görünmür və nəticələri barədə məlumat yoxdur.Qeyd edilənlərdən və iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli yoxlamanın aparılması haqqında qərar maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İnzibati orqanın bu aktı və bu akt əsasında apardığı digər hərəkətləri qanuna zidd olmuşdur. Bu inzibati akt əsasında tərtib edilmiş YPK/0913-23 saylı 10.01,2024-cü il tarixli yoxlama aktı formal olaraq tərtib edilmişdir və həmin yoxlama aktında əvvəlcədən müəyyən edilmiş suallar əsasında və "xxxx" MMC-yə məxsus olan anbarda yoxlama aparılmamışdır. Faktiki yoxlamanın başlanma və başa çatma tarixləri 20-xx.xx.2023-cü il kimi təhrif edilmiş məlumat olaraq qeyd edimişdir. Yoxlama zamanı hansı hərəkətlərin aparıldığı göstərilməmiş, qəsdlə yalan olaraq sahibkara hüquq və vəzifələri izah edildi deyə qeyd edilmişdir. Və sonda yenə qəsdlə sahibkarın imza etməkdən imtina etdiyi qeydi aparılaraq yoxlayıcı tərəfindən aktda saxtakarlığa yol verilmişdir. Həmin yoxlama aktı əsasında onların iştirakları təmin edilmədən və əvvəlcədən qərar qəbul edilməklə xx.xx.2024-cü il tarixli Yoxlamanın nəticələri üzrə YPK/0913-23 saylı xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Beləliklə göstərilənlərdən aydın olur ki, AQTA-nın Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş yuxarıda qeyd edilən inzibati aktlar qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmışdır, onun hərəkətlərində heç-bir inzibati xəta əlaməti aşkar olunmamasına baxmayaraq ona 1500 manat miqdarında cərimə növündə inzibati tənbeh əsassız və qərəzli şəkildə tədbiq edilmişdir. Qeyd edilənlərə əsasən bildirir ki, AQTA-nin Bakı Regional İdarəsi heç bir yoxlama aparmamış, onların iştirakları və məlumatları olmadan aparılmış yoxlamanın isə, hansı nəticələri ilə nəyin müəyyən olunduğu göstərilməmiş və barəsində İXM-in 447.0.1-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar tərtib edilərkən ona bu mövzu barədə heç-bir sual verməyərək izahatı alınmamış, işin araşdırılması aparılmamış, mülahizələrə və qərəzli yanaşmaya dayanaraq X12 1500 manat cərimə edilmişdir. Həmçinin səlahiyyətli vəzifəli şəxs X12 barəsində İXMnin 447.0.1-ci maddəsini tədbiq edərkən hansı araşdırılmış məlumatlara əsaslandığı isə onun üçün hələ də böyük bir sual işarəsidir. Qeyd olunan maddədə göstərilmişdir ki, istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, 447.0.1-ci maddədə “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs istehlakçıların hansı şəkildə aldadıldığını və bunun dəyərinin 300 manatdan az olduğuna dair heç bir sübut qəbul edilmiş protokolda və qərarda öz əksini tapmır. İş materiallarında və qəbul edilmiş qərarlarda isə buna dair heç bir məlumat yoxdur. Eyni zamanda bioloji aktiv maddələrin tərkibində olan vitaminin miqdarının azalmasında insan həyatı və sağlamlığı üçün birbaşa və mühüm təhlükənin nə olması, nümunə götürülmüş məhsulun saxlama şəraitinə və digər qaydalara əməl edilərək saxlanılıb-saxlanılmaması və digər məsələlər isə ümumiyyətlə araşdırılmamış və buna dair sübutlar təqdim edilməmişdir. İşin hallarından və materiallardan aydın olur ki, X12 barəsində çıxarılmış qərar heç-bir araşdırma aparılmadan sadəcə inzibati orqanın öz mülahizələrinə əsasən qəbul edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X9 vəkili Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X3 nümayəndələri X7 və X10 hər biri ayrı-ayrılıqda izahatlarında göstərmişdir ki, onların yoxlama aparmaq səlahiyyətləri vardır. Yoxlama zamanı 4k22Njx/LAB05-23010-T-010 nömrəli sınaq protokoluna əsasən idxalçısı "xxxx" MMC olan “Normoday” №30 nişanli 30 tabletlik bioloji aktiv qida məhsulunun tərkibində Vitamin C və Kalium miqdarı məhsulun etiket məlumatları ilə uyğunsuzluq təşkil etdiyi, beləliklə də qanunvericiliyin tələblərinin pozulması aşkar olunmuşdur. X2 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə müəyyən olunmuşdur. Şikayət tamamilə əsasızdır. Bu səbəbdən də şikayətin rədd edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X12 Azərbaycan Respublikası İXM-nin 447.0.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş YPK/0913-23 nömrəli, xx.xx.2024-cü il tarixli Yoxlama Aktından görünür ki, "xxxx" MMC-nə məxsus ünvan 1 ünvanında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində yoxlama həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yoxlamanın aparılması haqqında” YPK/0913-23 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan və KY232066097 nömrəli, xx.xx.2023-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışdan görünür ki, "xxxx" MMC-nə məxsus ünvan 1 ünvanında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində yoxlama həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə görə, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə görə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən baş verməsi ehtimal olunan inzibati xəta üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X9 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin iştirakı təmin olunmadan X12 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun təkrar araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X9 şikayətində göstərdiyi dəlillər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X9 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlir ki, X12 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X12 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X12 Azərbaycan Respublikası İXM-in 447.0.1 və 447.0.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 vəkili Nümayəndə şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-641/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-641/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver