Məhkəmə qərarları › İş №3(005)-645/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-645/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-645/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 elektron məhkəmə portalı vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətin baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materialını araşdırıb, barəsində inzibati icraat aparılan şəxs tərəfindən məhkəməyə verilmiş ərizənin geri qaytarılması ilə bağlı müraciətini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayət ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar