Məhkəmə qərarları › İş №3(005)-65/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-65/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-65/2021 13.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Şikayət vermiş “xxxx” ASC-nin idarı heyətinin sədri X3 nümayəndəsi X4, Qərarından şikayət verilmiş səlahiyyətli orqan- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, vətəndaş X9 tərəfindən “xxxx” ASC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlamışdır. X5 müraciətinə baxılarkən işəgötürən “xxxx” ASC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmiş və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ******* saylı xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra ******* saylı xx.xx.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1700 (bir min yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qeyd olunan qərar xx.xx.2020-ci il tarixində təqdim edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati orqanın əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Qərar ləğv olunmalıdır: Belə ki, xx.xx.2020-ci il tarixində X9 “xxxx” ASC- nin X14 Ərizə ünvanlamış və tutduğu vəzifədən azad etməyini xahiş etmişdir. Azad etmə səbəbini isə digər işəgötürənlə əmək müqaviləsini bağlayacağını qeyd etmişdir. Buna görə də, əmək müqaviləsinə həmin gün xitam verilməsini xahiş etmişdir. Bundan sonra işçinin xahişini nəzərə alaraq xx.xx.2020-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddəsini nəzərə alaraq işçi ilə əmək müqaviləsinə ərizənin yazıldığı tarixdə xitam verilmişdir. X5 müraciəti Dövlət Əmək Müfəttişliyi Xidmətində baxılmış, iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2020-ci il tarixində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri idarəsinə dəvət olunmuşuq. Qeyd olunan tarixdə bankın əməkdaşı Bakı şəhər idarəsinə getmiş, X5 bank barəsində şikayətin olmadığını bildirmişlər. Bundan sonra müraciət edən şəxs əmək müfəttişliyinin əməkdaşı ilə əlaqə saxlamış, həqiqətən şikayətinin olmadığı bildirilmişdir. Müraciət edən şəxslə əlaqə saxlanılmış, lazım olduğu təqdirdə məhkəmədə iştirak edərək və ya ərizə ilə şikayətinin olmadığını təsdiqləyəciyini bildirmişdir. Lakin, buna baxmayaraq inzibati orqan olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1- ci maddəsinin tələblərinin pozulmasını əsas gətirərək İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1700 (bir min yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, inzibati orqan tərəfindən tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır. Şikayət vermiş “xxxx” ASC-nin idarı heyətinin sədri X3 nümayəndəsi X8 məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş protokola və qəbul edilmiş qərara etiraz etdiyini bildirərək qeyd etmişdir ki, işçi Rauf Bəxtiyarov əsassız yerə əmək müfəttişliyinə şikayətlə müraciət etmişdir. Həmin şəxs könüllü iradə ifadəsi əsasında tutduğu vəzifədən azad edilmiş və xx.xx.2020-ci il tarixli əmrlə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən onun bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək məzuniyyətindən istifadə etmədiyi 86 günün haqqının ödənilməsi əmr edilmişdir. Bu səbəblə də verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, “xxxx” ASC-nin İmişli filialının rəhbəri bildirir ki, əmək müqaviləsinə xəbəri olmadan xitam verilmişdir. İşçiyə vaxtından əvvəl məlumat və kompensasiya verilməmişdir. İş yerində ixtisarlar olması bildirildiyindən işçi öz arzusu ilə tutduğu vəzifədən azad olmasına dair ərizə versə də, öncədən məlumat və kompensasiya verilməyib. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X7 tərəfindən Rauf Bəxtiyarovun əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmiş bununla da əmək qanunvericiliyinin tələbləri pozulması faktı aşkar edildiyindən barəsində AR İXM-nin 192.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bəxtiyarov Rauf tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli 658/HR saylı əmrdən çıxarışdan görünür ki, X9 “xxxx” ASC-nin İmişli filialının kredit şöbəsinin müdiri ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmiş, əmək məzuniyyətinin istifadə edilmədiyi 86 günün haqqının ödənilməsi əmr edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, işçi Rauf Bəxtiyarov xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunması ilə bağlı ərizə ilə ASC-nin İdarə heyətinə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə isə vətəndaşın AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsinə dair əmr verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırki işdə isə işçi Rauf Bəxtiyarov tərəfindən əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmiş, işəgötürən tərəfindən isə AR ƏM-nin 69-cu maddənin tələbi pozularaq həmin tarixdə də əmək müqaviləsinə xitam vermişdir. AR ƏM-nin 69.4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, "Muğanbak ASC" -nin bölmə rəhbəri X7 tərəfindən X5 barəsində qanunsuz olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxarılması barədə əmr verilmişdir. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla və iş materiallarında olan digər sənədlərlə şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar