Məhkəmə qərarları › İş №3(005)-651/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-651/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-651/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Şikayət vermiş şəxs "xxxx" MMC-nin Kadrlar Departamentinin direktoru Bərhəm Quliyevin vəkili “Union” Vəkil Bürosunun vəkili Nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan "xxxx" MMC-nin Kadrlar Departamentinin direktoru Bərhəm Quliyev tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi "xxxx" MMC-nin Kadrlar Departamentinin direktoru Bərhəm Quliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏM Xidmətinin Qarabağ Regional şöbəsinin rəisi Akif Baxşəliyev tərəfindən xx.xx.2024cü il tarixdə mənim barəmdə İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar qəbul edilib. Qərara əsasən "xxxx" MMC-nin, Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində “Rahat” Market satış şəbəkəsində,X7 ilə əmək müqaviləsi bağlanmadan xidməti işlərə cəlb edilməsi və X2 AR İXM-nin 192.1-ci maddəsinə əsasən cərimə olunması göstərilmişdir. O, aşağıdakı səbəblərə görə qərarla razı deyil və etirazını bildirmişdir. "xxxx" MMC-nin Ağdam rayonu, Quzanlı qəsəbəsində “Rahat” Marketi fəaliyyət göstərir. Marketin müdiri X5r. Market müdiri özbaşına şəkildə marketə işçi çəlb etmiş və bu barədə şirkətə məlumat verməmişdir. Market müdiri bu cür özbaşına hərəkətlər edərək özünü marketin sahibi kimi aparmış və sanki vətəndaşı gətirib evində işlətmişdir. X7 102 xidmətinə şikayət etmiş və Ağdam rayon polis idarəsi tərəfindən müvafiq araşdırma aparılaraq sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə DƏM-nin Qarabağ regional idarəsinə göndərilmişdir. Müfəttişlik müvafiq araşdırma aparmış və market müdiri X8 barədə xx.xx.2024-cü il tarixdə MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul olunaraq cərimə tətbiq olunmuşdur. Qərara əsasən vətəndaş fiziki şəxs olaraq 1000 manat cərimə olunmuş və market müdiri həmin məbləğin 500 manatını xx.xx.2024-cü il tarixdə ödəmişdir.Polisdən daxil olma və qərarın qəbul arasında 27 gün keçmişdir. Belə görünür ki, araşdırmanın nəticəsində fiziki şəxs təqsirli sayılmış və araşdırma yekunlaşmışdır. Bundan sonra müfəttişlik görünür “yeni faktlar” müəyən etmiş və xx.xx.2024 cü il tarixdə "xxxx" və mənim barədə də eyni məzmunlu protokol tərtib etmiş və xx.xx.2024-cü il tarixdə məni MN seriyalı ******* saylı qərarla 3000 (üç min) manat cərimə etmişdir. Əcəba müfəttişlik əməkdaşları sentyabr ayında fiziki şəxs barədə qərar qəbul edərkən niyə vəzifəli şəxs və hüquqi şəxs barədə fikirləşməyiblər. Çox maraqlıdır ki, 3 ay keçdikdən sonra onlar belə bir qənaətə gəliblər ki, vəzifəli şəxs və hüquqi şəxs də inzibati xətaya yol veriblər və təqsirkardırlar. Bu çox absurd və qanunsuzdur. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" MMC-nin Kadrlar Departamentinin direktoru Bərhəm Quliyevin vəkili Nümayəndə1 şikayətin təmin edilməsini, hüquqi şəxs barəsində də eyni məsələ ilə bağlı tərtib edilmiş protokol üzrə icraata xitam verildiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" MMC-nin Kadrlar Departamentinin direktoru Bərhəm Quliyev tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-23/2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 16 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC direktoru X3 tərəfindən əmək müqaviləsi bağlanmadan X1 vəzifəsində xidməti işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X9 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən əmək müqaviləsi olmadan şəxsin əməyə cəlb olunub-olunmaması araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, "xxxx" MMC-nin Kadrlar Departamentinin direktoru X4 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin Kadrlar Departamentinin direktoru X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar