Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-66/2021 11.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət verən şəxs “xxxx” MMC-nin direktoru X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın qanunsuz olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair “xxxx” MMC-nin direktoru X3 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin direktoru X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın qanunsuz olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi “xxxx” MMC-nin direktoru barəsində xx xxxxxx 2020-ci il tarixində ******* nömrəli protokol tərtib etmiş, xx xxxxxx 2020-ci il tarixində həmin protokol əsasında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bununla bağlı hesab edirlər ki, tərtib edilmiş qərar aşağıda göstərilənlərə görə ləğv edilməlidir. İşin faktiki hallarından biri budur ki, inzibati xətanın törədildiyi gün xx xxxxxx 2020-ci il tarixidir. İnzibati tənbeh vermə haqqında qərar isə xx xxxxxx 2020-ci il tarixində inzibati xətanın törədildiyi gündən 3 ay keçəndən sonra qəbul edilmişdir. Bununla da İXM-nin 38.1-ci maddəsinin tələbi pozulmuşdur. Qeyd etdiklərini nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın qanunsuz olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs “xxxx” MMC-nin direktoru X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Verilmiş suala cavab olaraq X6 bildirmişdir ki, X4 xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad olunmasına baxmayaraq, mühasibin səhvi ucbatından son haqq-hesab X5 xx.xx.2020-ci il tarixdə ödənlmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “xxxx” MMC-nin direktoru X6 ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Əmək müqaviləsi”ndən görünür ki, X7 “xxxx”nda Tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmişdir. “xxxx” MMC-nin direktoru X6 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 173 nömrəli Əmrdən görünür ki, X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2020-ci tarixindən Tibb qeydiyyatçısı vəzifəsindən azad edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, xx.xx.2020-ci tarixli, MN seriyalı ******* nömrəli Protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edildi ki, X7 xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuş, lakin son haqq-hesabı xx.xx.2020-ci il tarixdə ödənilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunvericiliyin məzmunundan aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirildikdən, yəni işəgötürən tərəfindən imzalandıqdan və müəssisənin möhürü ilə təsdiqləndikdən sonra, bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” MMC-nin direktoru X6 ilə X7 arasında bağlanmış “Əmək müqaviləsi”nə əsasən X7 “xxxx”nda Tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmişdir. “xxxx” MMC-nin direktoru X6 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 173 nömrəli Əmrə əsasən X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2020-ci tarixindən Tibb qeydiyyatçısı vəzifəsindən azad edilmişdir. X2 haqq-hesabı işəgötürən tərəfindən işçiyə xx.xx.2020-ci il tarixdə verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi “xxxx” MMC tərəfindən son haqq-hesabın sonuncu iş günü işçi X5 verilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş “xxxx” MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı “xxxx” MMC tərəfindən son haqq-hesabın sonuncu iş günü işçi X5 verilməməsi barədə pozuntuya yol verilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın törədildiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən 3 aydan çox müddət keçdiyini nəzərə alaraq “xxxx” MMC-nin direktoru X6 barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilə bilməz, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1, 43, 48- 51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. “xxxx” MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar üzrə inzibati işin icraatına, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-66/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-66/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver