Məhkəmə qərarları › İş №3(005)-662/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-662/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-662/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi X2 iştirakı ilə, Bakı şəhəri BPİ-nin X13 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət barədə X6 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Bakı şəhəri BPİ-nin X13 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının icrasına xitam verilməsi və onun mülkiyyətində olan “BMW” minik markalı, 77-KL389 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilimi müvəqqəti saxlanc yerindən çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X3 məhkəmə iclasında qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə, saat 16:39-da, Bakı şəhəri, Y.Səfərov küçəsi üzü G.Qədirbəyova istiqamətində DYPİ-nin əməkdaşı X7 tərəfindən yol hərəkət qaydalarını pozduğuna görə, İXM-nin 342.2.2-ci maddəsinə əsasən, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. DYPİ-nin əməkdaşı onun avtomobilini saxladıqda onun nəqliyyat vasitəsinə ümumi baxış keçirdərək normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə İXM-nin 342.2.2-ci maddəsinə əsasən protokol tərtib edilmiş və avtomobilini (Ağ şəhər)də yerləşən müvəqqəti saxlanc yerinə aparılmışdır. Bununla bağlı, o, DİN-nin 102 qaynar xəttinə zəng edərək DYPİ-nin əməkdaşı qanunsuz avtomobilini müvəqqəti saxlanc yerinə aparılması barədə şikayət bildirsə də, hazıradək onun şikayəti nəzərə alınmamışdır. Daha sonra, xx.xx.2024-cü il tarixdə X9 Bakı şəhər DYPİ-nə gedərək avtomobilimi cərimə meydançasından çıxarılması ilə bağlı 30 nömrəli otağa yaxınlaşmış, polis mayoru X4 tərəfindən “İmprotex Motors”a (BMW servis) sorğu veriləcəyini və sorğunun cavabına əsasən qərar veriləcəyini bildirdi. xx.xx.2024-cü il tarixdə “İmprotex Motors”a (BMW servis) tərəfindən sorğuya cavab verilərək bildirilmişdir ki, “Sizin, 17.01.24 tarixindən olan sorğunuzla əlaqədər **-KL-*** d.n.n. avtomobilinin vizual baxışı zamanı (17.01.24) avtomobildə ön faralara quraşdırılmış qeyri zavod istehsalı lupalı led lampalar sistemi aşkarlanmışdır. Ön bamperdə istehsalçı zavod tərəfindən quraşdırılmış dumanəleyhinə faralar ləgv edildiyi müşahidə edilib. Vizual baxışı zamanı asqı sistemində, yaylarda və sesboğucu sistemində hecbir müdaxilə aşkarlanmamışdır.” Kimi qeyd olunmuşdur. Sorğunun cavabı müsbət gəlməsinə baxmayaraq Polis mayoru X1 Soltan Elşad oğlunun avtomobilini cərimə meydançasından çıxarmaqdan imtina etdi. Daha sonra, o, xx.xx.2024cü il tarixdə Bakı şəhər DYPİ-nə gedərək İXP ******* saylı protokolu, (TP 6232033) saylı qərar ilə qərarlaşdırmışdır. DYPİ-nin əməkdaşı avtomobilimi qanunvericiliyə zidd olaraq müvəqqəti cərimə medydançasında saxlamaqda davam edir. Belə ki, “İmprotex Motors”a (BMV servis) tərəfindən sorğuya müsbət cavab verilməsinə baxmayaraq, DYPİ-nin əməkdaşı qanunsuz olaraq nəqliyyat vasitəmi müvəqqəti cərimə meydançasında saxlamaqda davam edir. Bu da onu göstərir ki, DYPİnin əməkdaşının qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Bakı şəhəri BPİ-nin X13 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunaraq icrasına xitam verilməsini və onun mülkiyyətində olan “BMW’ minik markalı, 77-KL389 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilimi müvəqqəti saxlanc yerindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri BPİ-nin X13 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri BPİ-nin X13 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləgv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri BPİ-nin X13 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə saat 16:39-da Bakı şəhəri, Səbail rayonu ərazisində normativ tələblər pozulmaqla nəqliyyat vasitəsinin avadanlığını dəyişdirdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan “İmprotex Motors” tərəfindən Bakı şəhəri BPİ-nin X13 İdarəsinə ünvanlanan cavabdan görünür ki, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin vizual baxışı zamanı (17.01.24) avtomobildə ön faralara guraşdırılmış geyri zavod istehsalı lupalı led lampalar sistemi aşkarlamnışdır. Ön bamperdə istehsalçı zavod tərəfindən guraşdırılmış dumanəleyhinə faralar ləgv edildiyi müşahidə edilib. Vizual baxışı zamani asgı sistemində, yaylarda və sesbogucu sistemindc hecbir müdaxilə aşkarlanmamışdır . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri BPİ-nin X13 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Bakı şəhəri BPİ-nin X13 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar