Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-663/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X2 inzibati tənbeh vermə haqqında qəardan şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə o, idarə etdiyi “Lexus” markalı AZ **-OE-*** dövlət qeydiyyat nişanlı və xx xxxxxx 2019-cu il tarixdə qızı Kazımlı Aygün “Volkswagen” markalı AZ **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə Bakı şəhəri M.Qaşqay və F.Qasımzadə küçələrinin kəsişməsində “X6" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin tələbinə əməl etməyib, 3.1 “Giriş qadağandır” yol nişanının təsir zonasında hərəkət etdiklərinə görə xüsusi texniki vasitə ilə barələrində İXM-in 327.2-ci maddəsi üzrə EQ ******* və EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarlarla razılaşmayaraq, şikayət ərizəsi ilə Bakı Şəhəri Baş Polis İdarəsi X8 İdarəsinə müraciət etmişlər. Həmin orqan əsassız olaraq onların şikayətini təmin etməyib qərarları qüvvədə saxlamışdır. Belə ki, yol polisi tərəfindən ərizələrində göstərdikləri dəlillər təhlil edilməmiş, onlara qiymət verilməmiş, cavab məktubunda əsassız və uydurma olaraq onların çağırışlara gəlmədikləri qeyd olunmuşdur. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati qərar ləğv edilməlidir. O və qızı eyni ərazidə, eyni səbəblərə görə təqsirsiz olaraq yol hərəkəti qaydalarını pozmuşlar. M.Qaşqay və F.Qasimzadə küçələrinin kəsişməsinə çatmamış qaz borusuna quraşdırılmış 4.1.5 - düzünə və ya sola məcburi hərəkət istiqamətini göstərən nişanı külək əyərək qorizontal vəziyyətə gətirmiş və sürücülər üçün görünməz etmişdir, bu səbəbdən də sağa dönməyin qadağan edilməsi barədə xəbərdarlıq barədə sürücülərin məlumat alması mümkünsüz olmuşdur. Nişanın istifadəyə yararsız vəziyyətdə olması inzibati xətanın törədilməsinə səbəb olmuş amillərdən biridir. Bundan başqa, F.Qasımzadə küçəsinin yol sahəsinə 3.1 “Giriş Qadağandır” nişanı düzgün quraşdırılmamışdır. Həmin nişan qaydalarda nəzərdə tutulduğu kimi hərəkət istiqamətinə nisbətən yolun sağ tərəfində və yolun başlanığıcında yox, 3-4 metr içəridə yolun sol tərəfində yerləşdirilmişdir. Halbuki, “X6” Qanunun 61-ci maddəsinin Vİİİ hissəsində göstərilir ki, yol nişanları qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilir. Həmin Qanunun 64-cü maddəsində isə təsbit edilmişdir ki, qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Nişanların yararsız vəziyyətə gətirilməsi və Qanunun tələblərinə uyğun quraşdırılmaması nəticəsində o, təqsiri olmadan yol hərəkəti qaydasını pozmuşdur. Nişanların vəziyyəti barədə fotoşəkillər ərizəyə əlavə edilmişdir və həmin şəkillərdən qeyd etdiyi arqumentlərin əsaslılığı açıq-aydın görünür. Təqdim edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* saylı qərarda əks olunmuş şəkildən aydın görünür ki, o, avtomobillə F. Qasımzadə küçəsinə çıxarkən yolun solunda quraşdırılmış “Giriş qadağandır” nişanının görüntüsü yük maşının kuzası ilə tamamilə bağlanmış və sürücünü nişanı görmək imkanından məhrum etmişdir. Bu hal bir daha təsdiq edir ki, müvafiq qurumlar tərəfindən nişan qaydalara uyğun quraşdırılmamış və süni şəkildə inzibati pozuntu törədilməsinə və qeydə alınmasına şərait yaradılmışdır. Həmin pozuntular qızı Kazımlı Aygünün barəsində də əsasız protokol tərtib edilməsinə səbəb olmuşdur ki, o da şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin dövrdə eyni səbəblərdən Kazımlı Aygünün həyat yoldaşı Əhmədov Fariz barədə də protokol tərtib edilmiş, lakin o, cəriməni ödədiyindən şikayətlə müraciət etməmişdir. Bu isə onu göstərir ki, həmin yerdə quraşdırılmış nişanlar və videokamera yol hərəkəti qaydası pozuntusunun qarşısını almaqdan daha çox, sürücülər üçün qurulmuş bir tələdir. “Giriş Qadağandır” nişanının düzgün qurulmaması barədə fikirləri həmdə onunla təsdiq olur ki, Azadlıq prospekti ilə F.Qasımzadə küçəsinin kəsişməsində “Giriş qadağandır” nişanı qanunun tələblərinə uyğun olaraq hərəkət istiqamətinin sağında quraşdırılmışdır. Bundan başqa, “Yol Nişanları və Siqnalları Haqqında” Konvensiyanın (Azərbaycan Respublikası həmin Konvensiyanı xx.xx.2010-cu ildə təsdiq etmişdir) 6-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır, lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(005)- 770/2020 nömrəli qərarı ilə X2 tərəfindən verilmiş şikayət təmin olunmuş, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 idarəsinin inzibati xəta haqqında EQ seriyalı ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-913/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 idarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi X4 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(005)-770/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(005)-1193/2020 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli qərar ləğv edilmiş, X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-466/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, X1 barəsində olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsi və işə yenidən baxılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək əlavə olaraq bildirdi ki, şikayət ərizəsində göstərilən daxili və beynəlxalq normaların tələblərindən görünür ki, onun barəsində xüsusi qurğu vasitəsi ilə tərtib edilmiş qərar əsasız və qanunsuzdur. Yol polisinin cavab məktubunda qeyd olunur ki, onlar araşdırmadan bilərəkdən yayınıb çağırışlara gəlməmişlər. Bu reallığı əks etdirmir. Onlar araşdırma aparılmasını tələb etdikləri halda çağırışdan yayınmaları məntiqsizdir. Polis orqanları bu barədə heç bir sübut təqdim etməyib və edə də bilməz. Onlara verilmiş cavab xx.xx.2020-ci il tarixdə imzalansa da, onun elektron ünvanına xx.xx.2020-ci il tarixdə göndərilmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. “X6” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İİİ hissəsinə əsasən qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. Azərbaycan Respublikasının ratifikasiya etdiyi 1968-ci il tarixli “Vyana Konvensiyası”nın 6-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücülər üçün nəzərdə tutulan nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin, həmin nişanlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, həmin yol nişanı hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin Konvensiyanın 13-cü maddəsinin 1-ci hissəsinə görə qadağanedici, məhdudlaşdırıcı və əmredici nişanlar, onların qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında quraşdırılır və səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda təkrarlana bilər. Lakin, pis görünüş səbəbindən və yaxud yol istifadəçilərinin əvvəlcədən xəbərdar edilməsi məqsədi ilə, səlahiyyətli orqanlar məqsədə müvafiq saydıqları hallarda, nişanlar əmr, qadağa və ya məhdudiyyətin qüvvəyə mindiyi yerdən müəyyən məsafə qabaq quraşdırıla bilər. Əmr, qadağa və məhdudiyyətin qüvvəyə mindiyi yerlərdən qabaq quraşdırılan nişanların altında əlavə 1-in H bölməsinin H,1 əlavə lövhəciyi yerləşdirilir. İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Məhkəmə iclasında müəyyən edildi ki, M.Qaşqay və F.Qasımzadə küçələrinin kəsişməsinə çatmamış qaz borusuna quraşdırılmış 4.1.5 - düzünə və ya sola məcburi hərəkət istiqamətini göstərən nişanı tam yararlı vəziyyətdədir və iş materialında olan fotoşəkildən də aydın görünür ki, həmin nişan tam olaraq sürücülərin hətta daha yaxşı səmərəli görünməsi üçün qaz borusuna quraşdırılmış və yolun kənarında boruların olması səbəbindən həmin nişan yolun kənarında quraşdırılması sürücülərə daha çox maneə yaradacaq və ən optimal hal olaraq həmin nişan qaz borşuna quraşdırılmışdır. Bundan əlavə avtonəqliyyat vasitəsi dönmə əməliyyatı yerinə yetirərkən daxil olduğu F.Qasımzadə küçəsinin yol sahəsinə 3.1 “Giriş Qadağandır” yol hərəkəti nişanı tam olaraq düzgün yerləşdirilmişdir. Belə ki, dönmə əməliyyatı yerinə yetirən sürücünün nəqliyyat vasitəsi tam olaraq həmin nişan ilə mütənasib olduğundan nişanın görüş dairəsi açıq aşkar görünür ki, hər bir sürücü tərəfindən görülməkdədir. Qanunun tələbindən də göründüyü kimi yol nişanlarının başqa məsafədə quraşdırılması qanunidir və bu sürücülərin bundan daha səmərəli istifadəsinə xidmət edir. Şikayətçinin qeyd etdiyi hissədə yol nişanının qoyulması sürücülərin hərkətinə maneə yaradacaqdır və yol nişanlarının quraşdırılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin və Azərbaycan Respublikasının Nazirlər X3 Təhlükəsizliyi Komissiyasının ekspertləri tərəfindən “Azəryolservis”ə verilən plan üzrə tərtib olunaraq quraşdırılır və qanunauyğun şəkildə tənzimlənir. Şikayətçinin qeyd etdiyi yol nişanlarının yararsız vəziyyətdə olmadığı və tam yararlı vəziyyətdə olması iş materiallarındakı fotoşəkildən tam aydın görünür. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-663/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-663/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver