Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-666/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük məmuru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 rayon Məhkəməsinin 2(005)-3615/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 28 fevral 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməmiş və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X14 məhkəməyə ərizə təqdim edərək borclu tərəfindən icra sənədi üzrə borc tam ödənildiyindən tərtib edilən protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Hal-hazırda Şəxs icra sənədində nəzərdə tutulan ödənişi tam şəkildə zərərçəkmiş şəxsə ödəmişdir. Buna görədə iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə icra qurumuna yazdığı ərizəni məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Nərimanov rayon Məhkəməsinin 2(005)-3615/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasənŞəxs əsas borc üzrə 1197,5 manat 96,5 manat məbləğində dəbbə pulu, cəmi 1294 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı X7 xeyrinə tutulması nəzərdə tutulmuşdur. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Quba Rayon Məhkəməsinin 2(005)3615/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X14 məhkəmətə iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizə vermişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy İş № 3(005)-329/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 31 yanvar 2023-cü il Bakı Şəhəri Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingizqızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakları ilə, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 12:20-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır, baxılacaq işi elan edir və məhkəmə iclasında texniki səbəblərə görə audio-video yazıdan istifadə edilmədiyini bildirir. Katib məruzə edərək bildirir ki, barəsində inzibati icraat aparılan şəxs, tələbkar və icra məmuru məhkəmə iclasına gəlmişlər. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan azərbaycan dilində başa düşməklərini və danışa bilmələrini soruşur. İşdə iştirak edənlər hər biri ayrı-ayrılıqda azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı Nərimanov rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrlik etdiyini, məhkəmə iclas katibinin Mayılzadə Gülzadə Çingiz qızı olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqularını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən iştirakçıların şəxsiyyətini və səlahiyyətini müəyyənləşdirir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X6 - xx.xx.1967-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Tələbkar: X10 - xx.xx.1957-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanında yaşayan İnzibati xəta haqqında protokol tərtib edən şəxs: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X14. Sədrlik edən sualına cavab: Barəsində inzibati icraat aparılan şəxs X6:- İnzibati protokolla tanış olmuşam. Sədrlik edən işdə iştirak edənlərə onların İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçılarının hər biri hüquq və vəzifələrinin onlara aydın olunduğunu bildirir. Sədrlik edən proses iştirakçılarına müdafiəçinin prosesdə iştirakını istisna edən halları izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 məhkəmədə hüquqlarını özü müdafiə edəcəyini bildirir və vəkildən imtina barədə ərizəni məhkəməyə təqdim edir. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən icra məmuruna icra işini məhkəməyə təqdim etməyi təklif edir. İcra məmuru icra işini məhkəməyə təqdim edir. İşin baxılmasında iştirak edən şəxslərin izahatları dinlənilir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X14: - Hörmətli hakim! Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3921/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının 12 dekabr 2022-ci il tarixdə icraya yönəldilmiş, 21 dekabr 2022-ci tarixdə icra sənədinin icrası ilə bağlı borclu X6 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 31 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, X6 icra sənədi üzrə 8000 (səkkiz miz) manat məbləğində pul vəsaiti 26 yanvar 2023-cü il tarixdə icra şöbəsinin depozit hesabına ödənilmiş, ümumilikdə 94.500 manat məbləğində pul tutularaq tələbkar X8 ödənilməlidir. Lakin qalıq borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3921/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X3 94.500 manat məbləğində pul X1 xeyrinə ödənilməlidir. Protokolu müdafiə edərək təmin edən olunmasını xahiş edirəm. Sədrlik sualına cavab icra məmuru: - Bütün zəruri icra hərəkətləri edilib. - X6 icra sənədi üzrə 94.500 manat qalıq borcu var. Əlavə sual daxil olmadı. Barəsində inzibati icraat aparılan X4 izahatı: - Hörmətli hakim! Mən icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq yayınmamışam, sadəcə olaraq yığılmış borcu maddi vəziyyətim ilə əlaqədar olaraq ödəyə bilməmişəm. Aylıq xidməti müqabilində 500 manat məbləğində əmək haqqımdan tutularaq tələbkara ödənilir və ondan başqa gəlir mənbəyim yoxdur. 8000 (səkkiz min) manat icra şöbəsinin depozit hesabına ödənilmişdir. Razılıq əsasında hər ay hissə-hissə tələbkara ödəniş edə bilərəm. Qeyd edilənləri nəzərə alaraq, barəmdə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edənin sualına barəsində inzibati icraat aparılan şəxsin cavabı: - Maddi imkanım aşağıdır, 500 manat əmək haqqıdan hər ay tutularaq tələbkara ödənilir. - Ailəmdə tək işləyən mənəm, başqa heç bir gəlir yerim yoxdur. - 1 il müddətinə borcumu ödəyəcəm. Əlavə sual daxil olmadı. X1 izahatı: - Hörmətli hakim! X6 borcunu ödəmək istəmir və qərəzli şəkildə yayınır. Eyni zamanda qətnamədə ödənişin hissə-hissə ödənilməsi qeyd edilməmişdir, tam şəkildə birdəfəlik ödənilməsi qeyd edilib. Həmçinin borcun tam şəkildə ödənilməsini tələb edirəm, əks halda X6 barəsində həbs seçilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edənin sualına tələbkarın cavabı: - Ödənişi etməkdən qərəzli şəkildə yayınır. - Qətnamə ödənişin birdəfəlik ödənilməsi qeyd edilib. Əlavə sual daxil olmadı. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə inzibati xəta haqqında materialı və icra işini nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses iştirakçılarına söz verir. İnzibati xata haqqında protokol tərtib etmiş şəxs: - Hörmətli hakim! X6 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hörmətli hakim! İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Tələbkar: - Hörmətli hakim! X6 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm.Məhkəmə müşavirə otağına gedir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 12:40-da bağlı elan olunur. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(005)-666/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-666/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver