Məhkəmə qərarları › İş №3(005)-675/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-675/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-675/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 05.09.2020-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin TP ******* nömrəli, 05.09.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirdi ki, 02.06.2020-ci il tarixində, saat 16:00 radələrində özünə məxsus olan **-KG-*** dövlət qeydiyyat nişanlı, ‘‘Hyundai Accent” minik markalı nəqliyyat vasitəsi ilə Xətai rayonu, Dəmirçizadə küçəsi ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olmuşdur. Sözügedən ərazidə “Günaydın” adlı restoranın qarşısından yolun sol hərəkət hissəsi ilə işıqforun yaşıl işığında sola dönərək Heydər Əliyev prospektinə yola düzəlmişdir. Bir neçə saniyə sonra Bakı şəhəri, DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X2 onu Heydər Əliyev prospektində körpünün üzərində hərəkətdə olarkən nəqliyyat vasitəsini saxlamağı üçün işarələr vermiş, həmin vəziyyətdə dayanmağının ərazidə hərəkət edən çoxlu sayda avtomobillərin hərəkətinə maneə olacağına baxmayaraq avtomobilini dayandırmış və barəsində əsassız və qanunsuz TP ******* nömrəli, 02.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Tərəfindən 03.06.2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət edilərək barəsində əsassız və qanunsuz tərtib edilmiş TP ******* nömrəli, 02.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2020-cü il tarixli 3(005)-1107/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 02.06.2020ci il tarixli qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Republikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinə tapşırılması qərara alınmışdır. Daha sonra tərəfindən 29.06.2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli qərarının ləğv edilməsi və ümumiyyətlə əməlində inzibati xəta tərkibi olmadığından inzibati işə xitam verilməsi tələbi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Barəsində əsasssız tərtib edilmiş İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmağına dair inzibati xəta haqqında TP ******* nömrəli, 02.06.2020-ci il tarixli qərar Nərimanov Rayon Məhkəməsi tərəfindən ləğv edilərək qanuni qüvvəsini almış və inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Baş X7 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Baş X7 İdarəsi tərəfindən isə guya ki, Nərimanov Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, 3(005)-1107/2020 nömrəli qərarına iştirakı ilə yenidən baxılması üçün onun ünvanına bildiriş göndərilmiş, o, DYPİ-yə gəlməmiş və işə baxılmasının təxirə salınması üçün hər hansı bir vəsatət vermədiyi üçün onun iştirakı olmadan ləğv edilmiş qərara yenidən baxılmış və barəsində 04.08.2020-ci il tarixli yeni qərar qəbul edilərək guya ki, ona göndərilmişdir. Odur ki, qərardan sikavət vermə müddəti ötürülməmişdir. AR BDYPİ tərəfindən ona göndərilən 18.09.2020-ci il tarixli və 07.10.2020-ci il tarixli, 9/YP 046- 67237Q-3220 saylı məktublarında hansısa 04.08.2020-ci il tarixli qərardan söhbət gedir. Həmin məktubların məzmununda deyilir: “Nərimanov Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli 3(005)-1107/2020 nömrəli qərarına iştirakınızla yenidən baxılması üçün ünvanınıza bildiriş göndərilmişdir. Siz DYP-yə gəlmədiyinizdən və işə baxılmanın təxirə salınması haqda hər hansı bir vəsatətiniz daxil olmadığından Məcəllənin 61.3-cü maddəsinə əsasən 04.08.2020-ci il tarixdə iş üzrə qərar qəbul olunmuş və həmin qərar Sizə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 3(005)-1107/2020 saylı qərarı ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Republikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinə tapşırılması qərara alınmışdır” cümləsindən BDYPİ öz mənafeyinə uyğun şəkildə istifadə edərək, vətəndaşı çağırmadan, izahatını almadan, heç bir araşdırma aparmadan özbaşına qanunsuz və əsassız qərar tərtib ediblər, onun da tarixini düzüb qoşa bilməyərək iki müxtəlif tarixli eyni qərarı qeyd ediblər. Ona məxsus ***-***-**-** nömrəli mobil telefon nömrəsinə və asanpay hökümət portalında, elektron kabinetinə 06.11.2020-ci il tarixdə məlumat gələrək, onun AR Daxili İşlər Nazirliyi tərəfindən İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilərək barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılacağı ilə bağlı qərarsız 06.11.2020-ci il tarixli İXP ******* saylı protokolun tərtib edildiyi bildirilmişdir. Barəsində tərtib edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı İXP ******* saylı protokolla da razı deyil və onu əsassız hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ona tətbiq edilən İXP ******* saylı qərarsız protokol 48 saat ərzində, yəni 08.11.2020-ci il tarixində baxılması üçün məhkəməyə göndərilməli idi. Belə ki, ödənilməmiş cəriməni 3 aydan artıq müddətdə ödənilmədiyi halda sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ yalnızca məhkəmə tərəfindən qəbul edilmiş qərarla məhdudlaşdırıla bilər. Lakin barəsində növbəti dəfə qanunsuz və əsassız qəbul edilmiş İXP ******* saylı protokol baxılması üçün 4 aydır ki, məhkəməyə göndərilmir. İnzibati xəta haqqında iş üzrə qəbul edilmiş 02.06.2020-ci il tarixli qərar Nərimanov rayon məhkəməsinin 18.06.2020-ci il tarixli qərar ilə ləğv edilmiş, lakin bu günki günə qədər nədənsə Baş X7 İdarəsi tərəfindən həmin ləğv edilmiş qərar sistemdən çıxarılmamış və bu isə öz növbəsində qüvvədən düşmüş qərar üzrə cərimənin üzərinə əsassız dəbbə pulunun gəlməsinə və nəhayətində mülkiyyətində olan və idarə etdiyi **-KG-*** dövlət nömrə nişanlı avtomobilin son 10 ay ərzində Bakı şəhərində xidmət edən demək olar ki bütün yol poisi əməkdaşları tərəfindən qanunsuz şəkildə saxlanılaraq ödənilməmiş cəriməyə görə avtomobilin BDYPİ-nin dayanacağa aparılacağını deməkləri ilə nəticələnmişdir. Odur ki, bunları nəzərə alaraq TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, X3 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 05.09.2020-ci il tarixli qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin müşayiət-eskort bölüyünün YPX inspektoru, polis baş serjantı X1 TP ******* saylı inzibati xəta haqqında qərarına əsasən X4 **-KG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobillə 02 iyun 2020-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1107/2020 saylı, 18.06.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 02 iyun 2020-ci il tarixli qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinə tapşırılmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 1107/2020 saylı, 18.06.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 02 iyun 2020-ci il tarixli qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinə tapşırılsa da, növbəti dəfə yenidən X3 iştirakı təmin edilməmiş, araşdırma aparılmamış və barəsində inzibati xəta haqqında 05 sentyabr 2020-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında 05 sentyabr 2020-ci il tarixli TP ******* nömrəli qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 05 sentyabr 2020-ci il tarixli qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 05 sentyabr 2020-ci il tarixli qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar