Məhkəmə qərarları › İş №3(005)-680/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-680/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-680/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-cı Polis Şöbəsinin polis sahə inspektoru X2, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, X11 fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-cı Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 14:15 radələrində X6 Yol Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-cı Polis Şöbəsinin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu, Z.Bünyadov prospektində onları YPX-nin əməkdaşları saxlamış, saxlama səbənini avtomobilin banında iri profillərin olduğu ilə izah etmiş və avtomobilin sənədlərini istəmidir. Maşını idarə edən qardaşı avtomobilin sənədlərinin evdə qaldığını bildirmişdir. Bu zaman polis əməkdaşı avtomobili müvəqqəti dayanacağa aparacağını bildirmişdir. Bundan əsəbləşərək avtomobildən aşağı düşərkən uşaqları qorxaraq ağlamışdır. Uşaqların ağlamasını gördükdə əsəbləşərək avtomobilin şüşəsini sındırmış və şüşə qırığı ilə sol əlinin bilək nahiyyəsindən kəsmişdir. Məqsədi avtomobilin müvəqqəti dayanacağa aparılmaması olmuşdur. Bu hadisədən sonra oraya əlahiddə polis əməkdaşları gəlmişdir. Sonda Şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X3 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ərazi üzrə xidmətdə olan zaman Z.Bünyadov prospektində saat təqribən 10:05 radələrində hərəkət edən “VAZ 21911” nəqliyyat vasitəsinin banında iri qabaritli əşyalar aparıldığı üçün həmin avtomobili saxlayaraq, avtomobilə yaxınlaşıb özünü təqdim etmiş, sürücüyə avtomobilin saxlanma səbəbini bildirdikə sürücünün yanında əyləşən şəxs onlara qarşı nalayiq ifadələr işlədərək özünə xəsarət yetirəcəyini bildirmiş və beləliklə də məsuliyyətdən boyun qaçırmaq istəmişdir. Həmin şəxsi sakitləşdirməyə və təmkinli olmağa dəvət etsə də o, buna məhəl qoymayaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman o, növbətçi polis hissəsinə məlumat verərək post patrul xidmətindən kömək üçün yaxınlaşmasını xahiş etmişdir. Həmin şəxs PPX-nin gəldiyini gördükdə öz övladına xəsarət yetirmək üçün yaxınlaşmışdır. Bunu görən polis əməkdaşı dərhal sürücünü avtopatrul avtomaşınına əyləşdirməyə çalışsa da vətəndaş polis əməkdaşlarına güc tətbiq edərək müqavimət göstərmiş və ətrafdakı vətəndaşları öz ətrafına yığaraq kömək etmələrini xahiş etmişdir. Vətəndaş əlavə gələn kömək qüvvələri vasitəsilə 17-ci Polis Şöbəsinə gətirilərək barəsində raport tərtib edilmişdir. Şöbədə həmin şəxsin 25.0.1991-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X8 digər şahid X1 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 X7 polis nəfəri X10 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Z.Bünyadov prospektində 2414 çağırışlı avtopatrulla xidmət apararkən təxminən saat 14:25 radələrində “Fab” tikinti materialları satan dükanın qarşısından keçərkən 479 çağırışlı avtopatrul inspektoru onları saxlayaraq bildirmişdir ki, vətəndaş onun qanuni əmrinə tabe olmur və özünə şüşə qırıntısı vasitəsilə xəsarət yetirib. Onlar vətəndaşa yaxınlaşıb özlərini təqdim etmişlər və qolarının kəsik olduğunu görərək onu 17-ci Polis Şöbəsinə dəvət etmişlər. Vətəndaş onların qanuni tələblərinə əməl etməyərək Polis Şöbəsinə getməkdən imtina etmişdir. Polislər ona fiziki qüvvə tətbiq edib əyləşdirmək istədikdə vətəndaş onlara güc tətbiq edib kənardan keçən vətəndaşlardan kömək istəmişdir. Onu avtopatrula əyləşdirərkən kənardan keçən vətəndaşlar maeəçilik törətmişlər. Lakin buna baxmayaraq onlar vətəndaşı avtopartula mindirərək 17-ci X12 Məntəqəsinə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 X13 polis nəfəri X14 digər şahid X5 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi İltimas Yusiflinin adına yazılmış xx.xx.2021-ci il tarixli Raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə ərazi üzrə xidmətdə olan zaman Z.Bünyadov prospektində saat təqribən 10:05 radələrində hərəkət edən “VAZ 21911” nəqliyyat vasitəsinin banında iri qabaritli əşyalar aparıldığı üçün həmin avtomobili saxlayaraq, avtomobilə yaxınlaşıb özünü təqdim etmiş, sürücüyə avtomobilin saxlanma səbəbini bildirdikə sürücünün yanında əyləşən şəxs onlara qarşı nalayiq ifadələr işlədərək özünə xəsarət yetirəcəyini bildirmiş və beləliklə də məsuliyyətdən boyun qaçırmaq istəmişdir. Həmin şəxsi sakitləşdirməyə və təmkinli olmağa dəvət etsə də o, buna məhəl qoymayaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman o, növbətçi polis hissəsinə məlumat verərək post patrul xidmətindən kömək üçün yaxınlaşmasını xahiş etmişdir. Həmin şəxs PPX-nin gəldiyini gördükdə öz övladına xəsarət yetirmək üçün yaxınlaşmışdır. Bunu görən polis əməkdaşı dərhal sürücünü avtopatrul avtomaşınına əyləşdirməyə çalışsa da vətəndaş polis əməkdaşlarına güc tətbiq edərək müqavimət göstərmiş və ətrafdakı vətəndaşları öz ətrafına yığaraq kömək etmələrini xahiş etmişdir. Vətəndaş əlavə gələn kömək qüvvələri vasitəsilə 17-ci Polis Şöbəsinə gətirilərək barəsində raport tərtib edilmişdir. Şöbədə həmin şəxsin 25.0.1991-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Həmin şəxs barəsində müvafiq tədbirlər görülməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. “İnzibati qaydada tutma haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Aktdan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin məsul növbətçisi polis mayoru Şakir Əliyev, qrafik üzrə növbətçi olarkən sahə inspektoru polis mayoru Elmar İbrahimov, əməliyyat müvəkkili polis leytenantı R.Quliyev, baş əməliyyat müvəkkili, polis mayoru Toğrul Talıbov və təhqiqatçı polis polkovnik-leytenantı Asif Qubadov həmin Aktı ondan ötrü tərtib ediblər ki, xx.xx.2021-ci il tarixdə saat 14:20 radələrində 17-ci PŞ-nə Bakı ş. BPİ-nin DYPİ-nin YPX 479 saylı a/p və Nərimanov RPİ-nin ÇPƏB-nin 2414 çağrışlı a/p tərəfindən gətirilmiş bir nəfər şəxsin Polisin qanuni tələblərinə tabe olmadığına görə 17 PŞ-nə raportla NH-ə məruzə etmişlər. Həmin şəxs PŞ-nə gətirilərkən üzrəində açıq aşkar bilinən xəsarətlər olmuşdur. PŞ-də aparılan araşdırma zamanı həmin şəxsin xx.xx.1991-ci il təv. Şəxs olduğu müəyyən olunmuşdur. Vətəndaş Şəxs ilə aparılan şifahi sorğu əsasında, onun bədənində olan xəsarətlərin özü tərəfindən yetirildiyini bildirmişdir. Buna səbəb kimi isə polisin qanuni tələblərinə tabe olmamağını və həmçinin polisin qanuni tələblərinə etirazını bildirməsini göstərmişdir. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxsləriki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 14:15 radələrində X6 Yop Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Vəkil göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-cimaddələrinirəhbərtutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar