Məhkəmə qərarları › İş №3(005)-682/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-682/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-682/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saat 02:15 radələrində Nərimanov rayon DYPŞ Yol patrul xidməti baş inspektoru polis leytenantı X4 tərəfindən saxlanılmışdır. İnspektor ona İXM-nin 211.2-ci maddəsi əsasında protokol tərtib olunacağını bildirmişdir. O da heç bir etiraz etmədən qəbul etmişdir. Bu zaman ona yalnız bir inzibati tənbeh vermə haqqında qərar vərəqəsi vermişdir. Evə gəldikdə “Asanpay” tətbiqi vasitəsi ilə görmüşdür ki, barəsində eyni maddə ilə eyni vaxtda eyni inspektoru tərəfindən bir yox, iki protokol tərtib olunub. Həmçinin inspektor tərtib olunmuş ikinci protokolun vərəqəsini ona verməmişdir. Məsələ ilə bağlı tərtib olunmuş protokolların nömrələrini və saatları ilə bağlı qeyd edir ki, İXP-3849178-02:18:40, İXP 3849181-02:27:05. Barəsində tərtib olunmuş ikinci qərar əsassız və qanunsuz olduğundan inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini və Nərimanov rayon DYPŞ Yol patrul xidməti baş inspektoru polis leytenantı X4 barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və ya qulluğu səhlənkar yanaşma maddəsi ilə lazımi tədbirlərin görülməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X1 Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, X2 xx.xx.2020-ci il tarixdə saat 02:27-də Bakı şəhəri, Azadlıq prospekti 213 ünvanda olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozduğu əsas gətirilərək 100 manat məbləğində cərimə edilmiş, onun barəsində xx.xx.2020-ci il tarixli İXP № ******* saylı protokol tərtib edilmişdir. “Asan Ödəniş” Sistemindən əldə olunmuş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X2 barəsində xx.xx.2021-ci il tarixdə törədilmiş xətaya görə DİN tərəfindən həmin tarixdə İXP- 3849178-02 və İXP 3849181-02 nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. “Asan Ödəniş” Sistemindən əldə olunmuş digər çıxarışlardan isə müəyyən olunur ki, X3 tərəfindən İXP-3849178 nömrəli inzibati xəta xx.xx.2021-ci il tarixdə saat 02:18-də, İXP ******* nömrəli inzibati xəta isə xx.xx.2021-ci il tarixdə saat 02:27-də törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, X2 xx.xx.2021-ci il tarixdə AR İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən protokol tərtib edilməsinə baxmayaraq eyni fakt üzrə, eyni şəxs barəsində və eyni protokolla Rüstəm İsmayılovun yenidən inzibati məsuliyyətə cəlb edilməsi bağlı protokol tərtib edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. İnzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə –fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə işin yuxarıda qeyd olunan obyektiv hallarını, Azərbaycan Respublikası İXM-nin 106.0.4 və 109.2-ci maddəsinin tələblərini, X2 barəsində eyni fakt üzrə iki ayrı-ayrı inzibati protokolların tərtib edilməsini, bir inzibati xətaya görə iki dəfə inzibati məsuliyyətə cəlb olunmasının yolverilməz olduğunu nəzərə alıb, hesab edir ki, X2 vermiş olduğu şikayət ərizəsi təmin edilməlidir. Bununla da, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, onun barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət ərizəsi təmin edilsin. X2 İXM-in 211-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar