Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-69/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə EP ******* nömrəli, 22 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən malların müvəqqəti idxal müddəti başa çatdıqdan 1 ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə bəyannamələrin verildiyi aşkar edilmişdir. Bununla da Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında çıxış edərək bildirdi ki, inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçmişdir. Bununla əlaqədar inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/024738 nömrəli xx.xx.2022ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********1691 sorğu nömrəli, **********1684 sorğu nömrəli, **********1676 sorğu nömrəli, **********1695 sorğu nömrəli, **********1693 sorğu nömrəli, **********2460 sorğu nömrəli, **********2459 sorğu nömrəli, **********2457 sorğu nömrəli, **********2461 sorğu nömrəli, **********1685 sorğu nömrəli, **********1687 sorğu nömrəli, **********1688 sorğu nömrəli, **********1694 sorğu nömrəli, **********1697 sorğu nömrəli, **********1692 sorğu nömrəli, **********1690 sorğu nömrəli, **********1680 sorğu nömrəli, **********1679 sorğu nömrəli, **********1678 sorğu nömrəli, **********1675 sorğu nömrəli, **********1689 sorğu nömrəli, **********1686 sorğu nömrəli, **********1681 sorğu nömrəli, **********1683 sorğu nömrəli və **********1674 sorğu nömrəli olmaqla ümumilikdə 25 gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş “Liebher.200 EC-H10/200 markalı” qülləli kranın hissələri yüklərinin ölkə ərazisində qalma müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, lakin, qeyd olunan yüklərin müvəqqəti idxal müddətinin uzadılması, digər gömrük prosedurunda rəsmiləşdirilməsi və ya gömrük ərazisindən aparılması barədə gömrük orqanına heç bir müraciət daxil olmamışdır. Araşdırma zamanı sözügedən malların müvəqqəti idxal müddəti başa çatdıqdan 1 ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə qeyd edilən malların sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi üçün Bakı Baş Gömrük İdarəsinə müvafiq olaraq 25 gömrük bəyannaməsinin verildiyi aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, sözügedən yüklərin ilkin mərhələdə xx.xx.2015-ci il tarixədək gömrük ərazisinə gətirildiyini, lakin, sonradan işlər davam etdiyinə görə müddətin uzadılması ilə bağlı gömrük orqanına müraciət etdiklərini və müvəqqəti idxal müddətinin sonuncu dəfə xx.xx.2021-ci il tarixədək uzadıldığını, sözügedən malların qülləli kranın ehtiyyat hissələri olduğunu və tikinti işlərində istifadə olunduğunu, həmin malların daimi olaraq Azərbaycan Respublikasında qalması üçün sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda rəsmiləşdirmək niyyətlərinin olduğunu, lakin, maliyyə vəsaitləri olmadığına görə müvəqqəti idxal müddətini pozduqlarını, xx.xx.2022-ci il tarixdə qeyd edilən malların sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi üçün Bakı Baş Gömrük İdarəsinə müvafiq olaraq 25 gömrük bəyannaməsini təqdim etdiklərini bildirmişdir. Beləliklə, araşdırma zamanı Şəxs MMC tərəfindən 2014-cü il tarixdə ümumilikdə 25 gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2021-ci il tarixdə başa çatdığı, sözügedən malların sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi üçün MMC tərəfindən 1 ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müvafiq olaraq 25 gömrük bəyannaməsinin verildiyi, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinin tələblərinin pozulduğu, həmçinin, sözügedən malların ümumilikdə dəyərinin xx.xx.2022-ci il tarixdə Şəxs MMCdən gömrük orqanına təqdim edilmiş gömrük bəyannamələrinə əsasən 569653,47 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1 və 3.2-ci maddələrinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Bu müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına bir ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 aya qədər uzadır Məhkəmə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulan inzibati əməlini törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. İş materiallarında görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən istinad olunan Gömrük bəyannamələri üzrə malların öhdəlik müddəti ərzində yəni xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasına geri qaytarılması təmin edilməmiş və bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün sonuncu müddət xx.xx.2022-ci il müəyyən edildiyindən MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş EP ******* nömrəli, 22 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 38.1, 53.1.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş EP ******* nömrəli, 22 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-69/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-69/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver