Məhkəmə qərarları › İş №3(005)-69/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-69/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-69/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3, Şikayət verən X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ilə bağlı X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, X4 Xidmətinin Bakı şəhər idarəsinin 19 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə mən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş qərardan görünür ki, X5 tərəfinfən “X11” MMC-nin Nərimanov MKTBnə təhkim olunmuş işçisi Mehdi Xəlilovun xx.xx.2024-cü il tarixində xəsarət alması barədə hadisə baş verən gün “X11” MMC ilə Nərimanov rayon MKTB arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”ə əsasən “X11” MMCnə və X4 Xidmətinə məlumat verilməmişdir. “X11” MMC ilə Nərimanov rayon MKTB arasında bağlanmış xx.xx.2019-cu il tarixli “işçi qüvvəsinin təmin edilməsinə dair Saziş”də belə hadisələr barədə məlumatın verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Eyni zamanda, belə öhdəlik nəzərdə tutulsa da məlumatın verilməməsi İnzibati Xətalar Məcəlləsinin 555ci maddəsi ilə nəzərdə tutulmuş xətaya görə inzibati məsuliyyətin əsasının yaratmır. M.Xəlilov hadisə baş verən tarixdə nahar fasiləsində ona 53 nömrəli MİS-nin rəisi Əziz Mustafayev tərəfindən xəbərdarlığa və iş vaxtı istifadə edilən nərdivanın götürülməsinə baxmayaraq öz təşəbbüsü ilə özünə məxsus yararsız nərdivana çıxaraq işi davam etdirmək istəmiş, nəticədə yıxılaraq xəsarət almışdır. Bu barədə araşdırma zamanı Ə.Mustafayev bildirmişdir ki, hadisə baş verən gün Əziz Mustafayev tərəfindən təlimalandırma zamanı və işçilərə fasilə vaxtı işləməmək barədə xəbərdarlıq etmişdir. Nahar fasiləsi ərəfəsində orada işləyən X9 Xəlilov ilə rastlaşdığını və onlara bir daha nahar fasiləsində işləməməklərini tapşırmışdır. Hadisə barədə məlumat aldıqdan dərhal sonra hadisə yerinə gəlmiş M.Xəlilovu xəstəxanaya aparmışdır. Xəstəxanada tibb işçiləri ilə söhbət zamanı onlar Ə.Mustafayevə hadisə barədə polisə və X4 Xidmətinə məlumat verdiklərini bildirdikləri üçün bu barədə əlavə məlumat verməyə ehtiyac olmadığı qənaətinə gəlmişdir. Məhkəmə iclasında şikayət verən X5 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək qeyd edilən halların nəzərə alınmasını və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X7 bildirmişdir ki, Xəlil Mehdiyevin izahatından, eləcə də Manaf Manfovun çıxışından aydın olur ki, Xəlil Mehdiyev Mənzil- Kommunal Təsərrüfat birliyində işlərə cəlb edilmişdir və Manaf Manafov tərəfindən onların işlərinə nəzarət həyata keçirilmişdir. Hadisə isə həmin müəssisədə işləyərkən baş vermişdir. Lakin, bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və şikayətin əsassız olması səbəbilə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar, eləcə də məhkəmə iclasında şikayət verən X5 tərəfindən qeyd edilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli Müraciət vərəqəsindən aydın olur ki, həkim əməkdaşı tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin Məcəllənin 217-ci maddəsinin 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanın törədilməsi üçün heç bir əsasın olmadığı, müvafiq orqanlara bədbəxt hadisə ilə bağlı işəgötürən tərəfindən məlumat verilməli olduğunu, özünün isə işəgötürən şəxs olmadığını əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, o, hadisənin baş verdiyi müəssisəyə özünün rəhbərlik etdiyini, işçilərə özünün nəzarət etdiyini, onlara icazələri və iş saatlarına nəzarəti özünün apardığını, səlahiyyətli vəzifəli şəxs olduğunu bildirmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar