Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-695/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Maylzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X23, Zərərçəkmiş şəxslər - X28, X17, X21, X5, X12, Barəsində inzibati protokol tərtib edilmiş şəxs X24 iştirakları ilə xx.xx.1981-ci il tarixdə Türkiyə Cumhuriyyətində anadan olmuş, Türkiyə Cumhuriyyəti Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X24 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X23 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, inzibati xəta haqqında protokollardan görünür ki, X37 barəsində İXM-nin 227-ci maddəsinindı nəzərdə tutulan əməli törətməsi ilə bağlı barəsindəm protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X23 izahatında göstərdi ki, cinayət işinin başlanmasına əsas və səbəb Tanşu Ergün adlı Türkiyə Respublika vətəndaşının və Xatirə, Zeynəb adlı qadınların «Tap.az» saytının iş elanları bölümündə iş axtarışı elanı verməklə ünvan 3 ünvanında ofis yeri götürüb guya əhaliyə banklardan kredit götürməkdə, kredit borclarının silinməsində vasitəçilik fəaliyyəti göstərəcəklərini vəd edib aldadaraq xidmət haqqı kimi hər adam üçün 250 manatdan olmaqla xx.xx.2022-ci il tarixdə həmin ofisdə X9 1000 manat, xx.xx.2022-ci il tarixdə ofisdə X3 250 manat, xx.xx.2022-ci ildə X6 250 manat xx.xx.2022-ci ildə X25, 2 nəfər üçün 500 manat, X7 250 manat, X13 250 manat, X8 2 nəfər üçün 500 manat, X18 2 nəfər üçün 500 manat, X2 250 manat, X14 250 manat, X15 250 manat, X10 250 manat, X4 250 manat pul almaları, sonra da verdikləri vədə əməl etməyib xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasına getmələri barədə həmin şəxslərin Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşlarına verdikləri ərizələr əsasında toplanmış material olmuşdur. Yekun olaraq o, X24 bütün zərərçəkmiş şəxslərlə barışmasını və onlara vurmuş olduğu maddi ziyanı tam şəkildə ödədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X37 özünü təqsirli bilərək zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödədiyini bildirərək iş üzr icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 məlumat verərək bildirmişdir ki, X37 ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayətvə tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X28 məlumat verərək bildirmişdir ki, X37 ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X21 məlumat verərək bildirmişdir ki, X37 ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayətvə tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 məlumat verərək bildirmişdir ki, X37 ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayətvə tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X20 məlumat verərək bildirmişdir ki, X37 ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayətvə tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati Qaydada tutma” haqqında xx.xx.2022-ci il tarixli, protokoldan görünür ki, X37 xx.xx.2023-cü il tarixində saat 17:20 radələrində inzibati qaydada tutulmuşdur. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 01 mart 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, X24 əmlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanının tərkib əlamətləri olduğundan qərarın surəti X24 məsuliyyətə cəlb edilməsi məqəsədi ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nə göndərilmişdir. Zərərçəkmiş şəxs X42 ooğlunun məhkəməyə təqdim etmiş olduğu ərizəsindən görünür ki, onun X29 qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs X11 məhkəməyə təqdim etmiş olduğu ərizəsindən görünür ki, onun X29 qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs X16 məhkəməyə təqdim etmiş olduğu ərizəsindən görünür ki, onun X29 qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etmiş olduğu ərizəsindən görünür ki, onun X29 qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs X12 məhkəməyə təqdim etmiş olduğu ərizəsindən görünür ki, onun X29 qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. İXM-nin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir İXM-nin 53.0 və 53.0.10-cu maddələrinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən X24 barəsində başlanmış İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X24 İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-nin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-695/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-695/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver