Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-697/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 13.01.2022-ci il tarixdə saat 07:30 radələrində 16-cı PB-nə şübhəli şəxs qismində gətirilən zaman təqdim etdiyi əşyalardan bir büküm olan toz şəkilli narkotik vasitə olan maddə aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində 03 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 13.01.2022-ci il tarixdə saat 07:00 radələrində ƏÇPA-nın əməkdaşları tərəfindən Nərimanov rayonu, M.Araz küçəsi 96 saylı ünvanın qarşısında Şəxs saxlanılaraq saat 07:30 radələrində şübhəli şəxs qismində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Şəxs üzərində şəxsi axtarış aparıldı. Şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisinə spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə yayılmış 01 ədəd şüşə qabı, göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “İphone 6” markalı mobil telefonu və şalvarının sol yan cibindən 01 ədəd 5 manatlıq əskinazı könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Şəxs bildirmişdir ki, təqdim etdiyi şüşə qabın içərisinə yayılmış maddə psixotrop maddə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamindir. Aşkar olunmuş içərisinə psixotrop maddə yayılmış şüşə qab iştirakçıların və Şəxs iştirakı ilə qablaşdırılaraq içərisində olan maddənin tərkibi müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası MEM göndərilərək rəy alınmışdır. Məlum olmuşdur ki, Şəxs üzərindən aşkar olunmuş şüşə borucuğun daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Bundan sonra həmin şəxsin izahatı alınmış və müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, 13.01.2022-ci il tarixində saat 07:00 radələrində ünvan 2 ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu 16-cı PB-nə gətirmişlər. Xidməti otaqda iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilməsi təklif edilmiş və o da əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisinə spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə yayılmış 01 ədəd şüşə qabı, göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “iphone 6" markalı mobil telefonu və şalvarının sol yan cibindən 01 ədəd 5 manatlıq əskinazı polis əməkdaşlarına təqdim etmişdir. İçərisində psixotrop maddə olan şüşə qab qablaşdırılmış və o da imza etmişdir. Qeyd etmişdir ki, PB-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir güc tətbiq edilməmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu bildirib barəsində maddənin sanksiyası həddində yüngül tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi, eyni zamanda iş üzrə maddi sübut 1 ədəd şüşə borucuğun Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.01.2022ci il tarixli 6/230 saylı rəyindən görünür ki, vət. Şəxs üzərindən aşkar olunmuş şüşə borucuğun daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81.00 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 29.01.2022-ci il tarixli 406 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs KANNABİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qənaətinə gəlinərək ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə iclasında hadisənin görüntülərini əks etdirən 01 ədəd CD diskə baxış keçirilərkən müəyən olunmuşdur ki, baxış zamanı Şəxs üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməsi təklif edildikdə, o əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisinə spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə yayılmış 01 ədəd şüşə qabı, göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “İphone 6” markalı mobil telefonu və şalvarının sol yan cibindən 01 ədəd 5 manatlıq əskinazı könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Şəxs bildirmişdir ki, təqdim etdiyi şüşə qabın içərisinə yayılmış maddə psixotrop maddə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamindir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 03 mart 2022-ci il tarixdən saat 18:10-dan hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan hazırda Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd şüşə borucuq məhv edilməli, Şəxs ekspertiza tədqiqatlarının ümumi dəyəri 81.00 manat məhkəmə məsrəfindən tam şəkildə azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi gün) müddətində inzibati həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Həbsetmənin əvvəli 03 mart 2022-ci il tarixdən saat 18:10-dan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd şüşə borucuq məhv edilsin. Şəxs ekspertiza tədqiqatlarının ümumi dəyərindən ibarət 81.00 manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-697/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-697/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver