Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-698/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X1, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 fevral 2023-cü il tarixdə saat 08:54-də idarə etdiyi “Hundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Atatürk prospekti ilə üzü “Ayna Sultanova” heykəli istiqamətində hərəkət edib “X7” Azərbaycan Respublikası Qanunun 69-cu (yolun nişanlanması 5 saylı Əlavə) maddəsinin Vİ-cı hissəsinin 11 -ci bəndində qeyd edilən üfüqi nişanlanma xəttin tələbinə riayət edib və zolağı dəyişəcəyini bildirmək üçün sağa dönmə işığını yandırıb həmin hissədən zolağı dəyişib hərəkətini davam etdirmişdir. Bir müddət sonra “Asanpay”da olan şəxsi kabinetinə İXM-nin 327.1-ci maddəsi ilə cərimə edilməyi barədə məlumat, foto və video-görüntü yerləşdirilmişdir. Həmin foto və video görüntüyə baxdıqda orada hər hansı bir yol hərəkəti qaydasını pozmadığını açıq-aşkar görmək olur. Belə ki, həmin prospektin sağ kənar zolağı avtobusların hərəkəti üçün nəzərdə tutulsa da, həmin yol boyu sağdan sola və soldan sağa hərəkət zolağını dəyişməyə icazə verən yerlər qırıq xətlə (X7 Azərbaycan Respublikası Qanunun 5 saylı Əlavəsinin “yolların nişanlanması” hissəsinin 1.11 bəndində qeyd edildiyi kimi) göstərilmişdir. Elektron qərara əlavə edilmiş foto və video-görüntüdən də məlum olur ki, hərəkət zolağını dəyişməyi tərəfindən məhz qırıq xətt üzərindən edilmiş və burada hər hansı bir yol hərəkəti qaydasının pozulmasından söhbət gedə bilməz. Şikayət vermiş X3 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtobuslar üçün nəzərdə tutulmuş yolda irəliləyən zaman evə getməsi üçün sağa dönmüşdür. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X3 avtobus nəzərdə tutulan yoldan istifadə etmişdir. O halda həmin yoldan istifadə etməsi mümkün olardı ki, həmin yolun kənarında obyekt və ya yaşayış yeri olsun. X3 isə yolun sonuna qədər dönmədən hərəkət etmişdir. Müvafiq qaydada video-görüntülərin əks edildiyi CD diski məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “X7” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV-cü bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, digər nəqliyyat vasitələrinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda hərəkəti və dayanması qadağandır, yalnız ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamaqla dönərkən, həmçinin hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, X3 27 fevral 2023-cü il tarixdə saat 08:54-də idarə etdiyi “Hundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ə.Əbdülrəhimov küçəsi ilə Ata Türk prospektinin kəsişməsində hərəkətdə olarkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olur, lakin zolağa daxil olduqdan sonra sağa dönmə əməliyyatını həyata keçirməyərək düzünə hərəkət edir. Beləliklə də o, yol nişanlarının tələblərinə riayət etməmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-698/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-698/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver