Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-698/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – X3 və onun müdafiəçisi Bakı şəhəri 6 Saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, X7 barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞdən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsindən daxil olmuş 29 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs barəsində X4 döyməsi faktına dair xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ 18-ci PŞ-nin baş təhqiqatçısı Emin Quliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında X7 tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X5 protokola uyğun izahat verərək müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan X7 özünü təqsirli bilməyərək qeyd etmişdir ki, X4 vurmamış onların arasında sözlü mübahisə olmuşdur. Yekun olaraq ədalətli qərarın qəbul edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 isə bildirmişdir ki, evindən X3 evinə su axdığı üçün onlarin birinci sözlü mübahisəsi düşmüş daha sonra isə ona zərbə endirmiş və o bunun nəticəsində xəsarət almışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, X3 İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, X3 X4 döyməsi məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 oktyabr 2023-ci il tarixli qərardan görünür ki, istinad olunmuş Məhkəmə-Tibbi Ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsdən alınmış xx.xx.2023-cü il tarixli, 1208 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı vətəndaş X2 bədən səthi üzərində aşkar olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməməsi səbəbilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbiati tənbeh tədbirinin tətbiq edilməsi üçün sahə müvəkkilinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli “İnzibati icraatın başlanması haqqında” Qərardaddan aydın olur ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin sahə inspektoru Faiq Süleymanov tərəfindən inzibati qaydada icraat açılmışdır. xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə Qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında Qərardaddan aydın olur ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin polis sahə sahə rəisi Allahverdi Qarayev tərəfindən Şəxs barəsində dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, X7 barəsində "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar 09 oktyabr 2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, üç ay müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması" barədə Qərar qəbul edilmişdir, xx.xx.2024-cü il tarixdə isə inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul olunmuş və həmin tarixlə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bununla da inzibati məsuliyyətə cəlb etmə müddətindən 3 aydan çox müddət keçdiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 29 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-698/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-698/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver