Məhkəmə qərarları › İş №3(005)-7/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-7/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-7/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 və onun müdafiəçisi X4 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında 06 fevral 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla razılaşmır və hesab edir ki, həmin qərarın qəbul edilməsi üçün hüquqi əsaslar mövcud olmamış, göstərilən inzibati xətanı törətməkdə təqsirli olub-olmamağı araşdırılmamış, onun həmin inzibati xətanı törətmədiyini, ümumiyyətlə həmin inzibati xətanı törətmənin subyekti olmamağını araşdırılmadan əsassız qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərarın mövcud olmasından məlumatı olmamışdır, həmin qərarla bağlı ondan izahat alınmamış, həmçinin qərarın sürəti ona təqdim olunmamışdır. Qərarın mövcud olmasından 2022-cı il sentyabr ayının əvvəlində Yevlax rayon İcra və Probasiya Şöbəsindən məlumat almışdır. Belə ki, həmin şöbədən ona telefon vasitəsi ilə zəng edilərək Yevlax rayon İcra və Probasiya Şöbəsinə gələrək barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərara əsasən 5000 manat cərimə ödəməli olduğu bildirilmişdir. Bununla bağlı 5 sentyabr 2022-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə gedərək barəsində qəbul olunmuş qərarın surətinin ona verilməsini xahiş etmişdir. Nazirliyin girişində ondan çap olunmuş ərizə blankında müvafiq ərizə alaraq qərarın surətini göndərəcəklərini bildirmişlər. Bir neçə gündən sonra təkrar olaraq Səhiyyə Nazirliyinə getmiş və həmin yerdə ona bildirmişlər ki, ona aid belə bir qərar tapılmayıb. O, Yevlax rayon İcra və Probasiya Şöbəsi ilə əlaqə saxlamış və oradan ona Səhiyyə Nazirliyindən göndərilmiş məktubun tarixini və nömrəsini bildirmişlər. Bundan sonra ona yenidən bir neçə gündən sonra qərarın surətinin veriləcəyi deyilmişdir. 03 oktyabr 2022-ci ildə yenidən Səhiyyə Nazirliyinə getmişdir və giriş qapısından bir müddət sonra ona bir zərf gətirmişlər. Həmin zərfdə Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti olmuşdur. Həmin məktubun tarixi xx.xx.2022-ci il göstərilmişdir. Nömrəsi isə MİMO №1.3.2.2022- 16291 göstərilmişdir. Qeyd edilməlidir ki, həmin məktubda qərarın nömrəsi düzgün göstərilməyib. Məktuba həmçinin onun Səhiyyə Nazirliyinə verdiyi xx.xx.2022-ci il tarixli ərizəsinin surəti də əlavə edilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu prokurorluğundan daxil olmuş cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2019-cu il tarixli qərara əsasən X5 2019-cu il iyun ayında Bakı şəhəri Nərimanov rayonunda yerləşən obyektlərdə lisenziya olmadan tibb fəaliyyət (stomotologiya) göstərməsi faktı aşkar edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrinə əsasən qərara alınmışdır ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində cərimə tənbeh növü tətbiq edilsin və 5000 (beş min) manat cərimə edilsin. Bildirir ki, o, heç vaxt tibb fəaliyyəti, yəni həkim kimi fəaliyyət göstərməmişdir. O, diş texniki olaraq heç vaxt xəstələrlə birbaşa əlaqədə olmamışdır. Diş həkimi tərəfindən çıxarılmış ölçüyə uyğun olaraq xəstələrin həkimlə razılaşdıqları materiallardan müvafiq dişləri hazırlayır və həkimə təqdim edir. Hazırlanmış dişlər həkim tərəfindən xəstələrin çənə hissəsinə yerləşdirilərək bərkidilir. O, çox nadir və təsadüfi hallarda xəstələri həkimin yanında görür. Heç vaxt xəstələrlə birbaşa təmasda olmur, diş çəkmək və ya diş müalicə etməklə məşğul olmur. Ona görə də barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir. Şikayət vermiş şəxs X5 və onun müdafiəçisi X6 məhkəmə iclasında ayrı-ayrılıqda məhkəmədən hazırkı iş üzrə müddət keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Protokol tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, iş üzrə ictaata xitam verilməli, qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayonu prokurorluğundan daxil olmuş cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2019-cu il tarixli qərara əsasən X5 2019cu il iyun ayında Bakı şəhəri Nərimanov rayonunda yerləşən obyektlərdə lisenziya olmadan tibb fəaliyyət (stomotologiya) göstərməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 noyabr 2019-cu il tarixli qərardan görünür ki, X3 əməllərində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 131.2, 314.1 və 213-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə X5 barəsində inzibati xətaya dair icraat başlanılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, inzibati orqanın qərar qəbul etməsinə əsas olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar 01 noyabr 2019-cu il tarixdə qəbul edilmiş, Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi 3 (üç) aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, X3 barəsində MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar