Məhkəmə qərarları › İş №3(005)-7/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-7/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-7/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə, Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 30 may 2023-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən X7 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə protokola uyğun ifadə verərək vətəndaş X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinə müraciət edərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirməyə cəlb edildiklərini bildirmişdirlər. Qeyd olunan ərizə araşdırılmış və bu səbəbdən müəssisə barəsində protokol tərtib edilmişdir. Həmin protokola əvvəllər dəfələrlə məhkəmədə baxılaraq inzibati tənbeh tətbiq etmək haqqında qərarlar qəbul edilmiş, lakin apellyasiya məhkəməsinə verilmiş şikayətlər əsasında həmin qərarlar ləğv edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İş üzrə zəruri araşdırmanın aparılmasının nəzərə alınması və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil çıxış edərək bildirmişdir ki, X7 Şəxs MMC-nin işçisi olmamışdır, onun həmin müəssisədə işləməsini təsdiq edən heç bir sənəd mövcud deyildir. Qeyd edilən maddə üzrə iki protokol tərtib edilmiş biri Şəxs MMC-nin rəhbəri Famil Ələsgərov, biri isə hüquqi şəxsin özü barəsində olmuşdur. Vəzifəli şəxs barəsində tərtib edilmiş qərar məhkəmədə mübahisələndirilmiş və həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Eyni şikayət üzrə müəssisənin vəzifəli şəxsi barəsində inzibati iş üzrə icraata xitam verilməsinə baxmayaraq hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qanunsuz olaraq əvvəlki məhkəmə qərarları qəbul edilmişdir. Sonuncu dəfə Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə Nərimanov Rayon Prokurorluğunun icraatında X6 barəsində cinayət işinin materiallarından X1 və X3 ifadələrinin surətlərinin əldə edilməsi və iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Qeyd edilən ifadələrin nəzərə alınmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(005)-2365/2023 saylı qərarından görünür ki, şikayətçi X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənveh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 3(103)-2429/2023 saylı qərarı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(005)-2365/2023 saylı qərarı qüvvədə saxlanılmışdır. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(005)-2200/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(005)-2365/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(005)-2200/2023 saylı, xx.xx.2024-cü il tarixli, 3(005)-7/2024 saylı qərarından aydın olur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1705/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(103)-1999/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(103)-2259/2023 saylı, xx.xx.2024-cü il tarixli, 3(103)-230/2024 saylı qərarlarındandan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarları aidiyyəti üzrə ləğv edilərək və işin yenidən araşdırılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə tədqiq edilən Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmiş sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş X3 ifadəsindən aydın olur ki, Seymur Məmmədov fərdi sahibkar olaraq VÖEN üzrə fəaliyyət göstərmişdir. Şəxs MMC-də aparılmış auditdən və istintaqın gedişindən narazı olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilən Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmiş sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş X1 ifadəsindən aydın olur ki, Flora Ələsgərova Şəxs MMC-də hər hansı vəzifə, eləcə də maliyyə direktoru vəzifəsi tutmamışdır. Eyni zamanda qardaşı Famil Ələsgərovun xahişinə əsasən 2022-ci ilin avqust aylarından şirkətin maliyyə fəaliyyətinin yoxlanması ilə bağlı işlərə cəlb edilmişdir. Şirkətdən aylıq məvacib almadığını, şirkətdə işləyən şəxslərdə oraya kömək məqsədilə gəldiyini bildiklərini, MMC-nin ümumi mühasibatlıq işlərinə kənardan nəzarət etdiyini söyləmişdir. Bundan başqa Seymur Məmmədov Şəxs MMC-də faktiki olaraq satış təmsilçisi vəzifəsini icra etmişdir. Mobil nömrəsinin olduğu watsap qrupuna göndərilən bank qəbzlərinin, ödəmə terminallarında çıxarışdan, nağd qaydada daxil olan vəsaitlərlə bağlı bildirmişdir ki, bir müddət ödənilən pul vəsaitlərinə nəzarəti həyata keçirdiyindən bəzən olurdu ki, satış təmsilçiləri, eləcə də həmin dövrdə satış təmsilçisi olmuş Seymur Məmmədov ticarət subyektlərindən qəbul etdikləri müəyyən pul vəsaitini həmin bank kartına göndərirdilər və bununla bağlı həmin qrupda qeydlər aparılmaqla həmin pul vəsaitləri Cəmiyyətə mədaxil edilirdi. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” Müqavilədən aydın olur ki, Şəxs MMC ilə fərdi sahibkar X6 arasında daşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Məhkəmədə tədqiq edilən X4 Azərbaycan Respublikasının ƏMək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsində vermiş olduğu ilkin izahatında bildirmişdir ki, Şəxs MMC-də bölgə müdüri vəzifəsində işləmiş, 1500 manat əmək haqqı almış və onu işə götürən şəxs Elçin adlı şəxs olmuşdur. Əmək haqqını isə maliyyə işlərinə baxan Flora Ələsgərovadan almışdır. Flora Ələsgərova ilə də whatsap qrupu üzərindən yazışmalarını təqdim etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də əvvəlki məhkəmə iclaslarında dindirilmiş şahid ifadələrinin əks olunduğu məhkəmə iclas protokolları və qərarları ilə tanış olaraq, iş üzrə çızarılmış birinci və apellyasiya instansiya məhkəmələrinin qərarlarını öyrənərək hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 30 may 2023-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Belə ki, şikayət etmiş şəxs X7 ilkin izahatında, eləcə də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-2200/2023 saylı qərarına əsasən həmin tarixdə keçirilmiş məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu işə götürən şəxslər Seymur və Elçin adlı şəxslər olmuşlar. Gördüyü iş isə ağartı məhsullarını bölgələrə çatdırmaq olmuşdur. Məhkəmə qeyd etmək istərdi ki, Şəxs MMC ilə X6 arasında xx.xx.2022-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” Müqavilə mövcuddur və həmin müqavilədə hər iki tərəfin öhdəlikləri dəqiq müəyyən edilərək X6 daşıma xidmətlərinin həyata keçirməsini öhdəsinə götürmüşdür. Şəfəq Mehdiyeva da izahatında qeyd etdiyi kimi mağazalara məhsul çatdırmaq işinə cəlb edildiyini, yəni satış fəaliyyəti göstərdiyini bildirmiş və onu işə götürən şəxslərdən birinin Seymur Məmmədov olduğunu qedy etmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs olan X3 ifadəsində də özü fərdi sahibkar olduğunu təsdiq etmişdir. Qeyd olunan hallar X9 Məmmədovun işçisi olması qənaətinə gəlməyə imkan verir. X5 əmək haqqını Flora adlı xanımdan alması ilə bağlı izahatına, eləcə də bununla bağlı whatsap yazışmalarına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati iş materiallarında Flora Ələsgərovanın Şəxs MMC-nin işçisi olmasını, orada hansısa vəzifədə işləməsini, səlahiyyətlərinin nədən ibarət olmasını təsdiq edən sənədlər mövcud deyil, eləcə də məhkəmə istintaqı zamanı da bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim oluna bilməmişdir. Bununla yanaşı məhkəmənin sorğusu əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X3 təqsirləndirildiyi cinayət işi üzrə dindirilmiş Flora Ələsgərovanın ibtidai istintaq orqanına verdiyi izahatından aydın olur ki, qardaşı Famil Ələsgərovun xahişinə əsasən kömək məqsədi ilə 2022-ci ilin avqust aylarından şirkətin maliyyə fəaliyyətinin yoxlanması ilə bağlı işlərə cəlb edilmiş, şirkətdə rəsmi işçi olmamış, aylıq məvacib almamış, şirkətdə işləyən şəxslər də oraya kömək məqsədilə gəldiyini bilmişlər. Mobil nömrəsinin olduğu watsap qrupundakı yazışmalarla, eləcə də oraya göndərilən bank qəbzləri, ödəmə terminallarından çıxarışlar, nağd qaydada daxil olan vəsaitlərlə bağlı bildirmişdir ki, bir müddət ödənilən pul vəsaitlərinə nəzarəti həyata keçirdiyindən bəzən olurdu ki, satış təmsilçiləri, eləcə də həmin dövrdə satış təmsilçisi olmuş Seymur Məmmədov ticarət subyektlərindən qəbul etdikləri müəyyən pul vəsaitini onun bank kartına göndərirdilər və bununla bağlı həmin qrupda qeydlər aparılmaqla həmin pul vəsaitləri Cəmiyyətə mədaxil edilirdi. Məhkəmə belə qənaətə gəlir ki, Flora Ələsgərova Şəxs MMC-də qardaşının xahişi ilə müəssisənin maliyyə əməliyyatlarının yoxlanılmasına köməklik etmiş, bu məqsədlə onun telefon nömrəsinin də olduğu watsap qrupunda yazışmaları olmuş, lakin o müəssisənin rəsmi işçisi olmamış, hər hansı əmək haqqı almamış, həmçinin əmək haqqı verməsi kimi bir vəzifəsi müəyyən edilməmişdir. Yalnız qardaşına köməklik məqsədilə müəssisənin mühasibatlılıq məsələlərinə nəzarət etdiyindən və bu barədə müəssisənin işçilərinin də məlumatı olduğundan həmin sahədə watsap qrupundakı şəxslər pul məsələləri ilə bağlı problemləri barədə ona müraciət etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, X7 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirməsinə cəlb edilməsi ilə bağlı MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunsa da nə inzibati iş materiallarındakı sənədlərlə, nə də məhkəmə iclaslarında X4 müəssisədə qeyri-rəsmi şəkildə fəaliyyət göstərməsi öz təsdiqini tapmamış, bu halı təsdiq edən hər hansı möthəbər sübut məhkəməyə təqdim edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 30 may 2023-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar